https://sputnik.az/20220119/rusiya-xn-ktmt-qazaxistanda-ozunu-effektli-mexanizm-kimi-gosterdi-438309055.html
Rusiya XİN: KTMT Qazaxıstanda özünü effektli mexanizm kimi göstərdi
Rusiya XİN: KTMT Qazaxıstanda özünü effektli mexanizm kimi göstərdi
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib ki, Qazaxıstanda baş verən hadisələrin fonunda söhbət xaricdə ciddi hazırlıq keçmiş beynəlxalq... 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T13:13+0400
2022-01-19T13:13+0400
2022-01-19T13:13+0400
ktmt
dünya xəbərləri
qazaxıstan
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071168_0:92:3316:1957_1920x0_80_0_0_d51010fe12979cd0315903519cfbc16e.jpg
BAKI, 19 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstanda özünü beynəlxalq terror dəstələrinə qarşı effektli mexanizm kimi göstərdi. Bu fikiri Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində səsləndirib.O xatırladıb ki, Qazaxıstanda baş verən hadisələrin fonunda söhbət "xaricdə ciddi hazırlıq keçmiş beynəlxalq terror dəstələrinin təcavüzündən gedirdi"."Məhz buna görə də, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası müqavilənin 4-ci bəndinə əsasən, yanvarın 6-da qurumun kollektiv sülhməramlı qüvvələrini vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün məhdud müddətə Qazaxıstana göndərdi", – deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib."Təşkilat Qazaxıstanda hadisələrin gedişatında özünü bu tip təhdidlərə qarşı effektli və tələb olunan mexanizm kimi göstərdi", – Sıromolotov vurğulayıb.Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb. Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib. BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Həmçinin oxuyun:KTMT sülhməramlıları tam şəkildə Qazaxıstanı tərk etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071168_293:0:3024:2048_1920x0_80_0_0_7ee3461350ea6a9d9f3deb5e2f43c49c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, qazaxıstan, kasım-jomart tokayev
ktmt, qazaxıstan, kasım-jomart tokayev
Rusiya XİN: KTMT Qazaxıstanda özünü effektli mexanizm kimi göstərdi
Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib ki, Qazaxıstanda baş verən hadisələrin fonunda söhbət xaricdə ciddi hazırlıq keçmiş beynəlxalq terror dəstələrinin təcavüzündən gedirdi.
BAKI, 19 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstanda özünü beynəlxalq terror dəstələrinə qarşı effektli mexanizm kimi göstərdi. Bu fikiri Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində səsləndirib.
O xatırladıb ki, Qazaxıstanda baş verən hadisələrin fonunda söhbət "xaricdə ciddi hazırlıq keçmiş beynəlxalq terror dəstələrinin təcavüzündən gedirdi".
"Məhz buna görə də, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası müqavilənin 4-ci bəndinə əsasən, yanvarın 6-da qurumun kollektiv sülhməramlı qüvvələrini vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün məhdud müddətə Qazaxıstana göndərdi", – deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib.
"Təşkilat Qazaxıstanda hadisələrin gedişatında özünü bu tip təhdidlərə qarşı effektli və tələb olunan mexanizm kimi göstərdi", – Sıromolotov vurğulayıb.
Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək.
Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb. Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib.
Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib. BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.