https://sputnik.az/20220121/tokayev-olkedeki-qarsidurmalarin-esl-sebebini-aciqladi-438359722.html
Tokayev ölkədəki qarşıdurmaların əsl səbəbini açıqladı
Tokayev ölkədəki qarşıdurmaların əsl səbəbini açıqladı
Sputnik Azərbaycan
Yanvarın 19-u Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlıları Qazaxıstanı tam şəkildə tərk edib.
2022-01-21T11:36+0400
2022-01-21T11:36+0400
2022-01-21T12:44+0400
qazaxıstan
dünya xəbərləri
qarşıdurma
səbəb
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883565_0:26:3065:1750_1920x0_80_0_0_7a5b968cae2167503ea89db54175c859.jpg
BAKI, 21 yanvar — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə günü ölkə biznesmenləri ilə görüşü zamanı bəyan edib ki, ölkədə yanvar ayında baş verən qarşıdurmaların əsas səbəbi varlılarla yoxsulların gəlirləri arasında yolverilməz uçurum olub."Varlılar və kasıblar arasında uçurum qəbuledilməz həddə çatdı. Korrupsiya fonunda Qazaxıstanın gəlirlərində təbəqələşmə barıt çəlləyinin ağzında yanan kibrit oldu ki, terrorçular və sui-istifadə edənlər bundan istifadə etdi. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların, yaraqlıların və onların arxasında duran sui-qəsdçilərin istifadə etdikləri barıt çəlləyində yandırılmış kibrit rolunu oynayırdı", - deyə prezident bildirib.Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb:"Bu gün bizim qarşımızda bütün ictimai strukturun köklü transformasiyası kimi strateji vəzifə durur. Bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır".Qazaxıstanda iğtişaşlarQeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Yanvarın 19-u Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlıları Qazaxıstanı tam şəkildə tərk edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Sıromolotov: Qazaxıstandakı hadisələrin sifarişçiləri barədə danışmaq hələ tezdirRusiya XİN: KTMT Qazaxıstanda özünü effektli mexanizm kimi göstərdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883565_59:0:2790:2048_1920x0_80_0_0_246d493d3d7b51d58a2c18e778f01f1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tokayev ölkədəki qarşıdurmaların əsl səbəbini açıqladı
tokayev ölkədəki qarşıdurmaların əsl səbəbini açıqladı
Tokayev ölkədəki qarşıdurmaların əsl səbəbini açıqladı
11:36 21.01.2022 (Yenilənib: 12:44 21.01.2022) Qazaxıstan Prezidenti deyib ki, ölkəyə vətəndaşların istək və maraqlarına cavab verən real islahatlar lazımdır.
BAKI, 21 yanvar — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə günü ölkə biznesmenləri ilə görüşü zamanı bəyan edib ki, ölkədə yanvar ayında baş verən qarşıdurmaların əsas səbəbi varlılarla yoxsulların gəlirləri arasında yolverilməz uçurum olub.
"Varlılar və kasıblar arasında uçurum qəbuledilməz həddə çatdı. Korrupsiya fonunda Qazaxıstanın gəlirlərində təbəqələşmə barıt çəlləyinin ağzında yanan kibrit oldu ki, terrorçular və sui-istifadə edənlər bundan istifadə etdi. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların, yaraqlıların və onların arxasında duran sui-qəsdçilərin istifadə etdikləri barıt çəlləyində yandırılmış kibrit rolunu oynayırdı", - deyə prezident bildirib.
Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb:
"Bu gün bizim qarşımızda bütün ictimai strukturun köklü transformasiyası kimi strateji vəzifə durur. Bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır".
Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Yanvarın 19-u Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlıları Qazaxıstanı tam şəkildə tərk edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.