Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Normal həyata qayıdacağıq, amma... Virusoloq koronavirusun gələcəyi ilə bağlı

Bakı - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Normal həyata qayıdacağıq, amma belə görünür ki, bu virusla hələ uzun müddət və davamlı şəkildə mübarizə aparmalı olacağıq.
BAKI, 6 fevral — Sputnik. Koronavirusa yoluxma halları sürətlə azalacaq, amma xəstəlik tamamilə yox olmayacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu proqnozla rusiyalı virusoloq Anatoli Altşteyn çıxış edib.
"Dünyada peyvənd olunmuş insanların sayı kifayət qədərdir, bununla yanaşı, çoxlu sayda peyvənd preparatları da yaradılıb, digər tərəfdən, insanlar virusa yoluxub sağalıblar. Nəticədə virusun yayılma perspektivi aşağı düşüb. Odur ki, epidemiya azalacaq", - deyə alim bildirib.
Bununla belə, mütəxəssisin fikrincə, COVID-19 hələlik bəşər övladının yaxasından tamamilə əl çəkməyəcək.
"Koronavirus qalacaq. Vaksinasiyaya davam edəcəyik, ancaq artıq pandemiya vəziyyəti olmayacaq. Normal həyata qayıdacağıq, amma belə görünür ki, bu virusla hələ uzun müddət və davamlı şəkildə mübarizə aparmalı olacağıq", - deyə Altşteyn vurğulayıb.
Qeyd edək ki, koronavirusun hazırda bütün dünyada ən çox yayılmış ştammı olan "Omikron" və ya B.1.1.529 ilk dəfə ötən ilin noyabrında Botsvana və Cənubi Afrikada aşkarlanıb. Koronavirusun bu variantı yüksək yoluxuculuğu və immunitetə qarşı davamlılığını ilə seçilir.
Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin ( "Rospotrebnadzor") rəhbəri Anna Popovanın sözlərinə görə, "Omikron"-un yoluxuculuğu əvvəlki ştamlarla müqayisədə üç-yeddi dəfə yüksəkdir və inkubasiya müddəti iki-beş gün çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiyada COVID-19-a qarşı yeni dərman
Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü
Hansı şəxslərə dərmanlar pulsuz verilir?
Azərbaycanda satışı qadağan edilən qida əlavələrinin sayı açıqlanıb
"Buster" doza bu şəxslər üçün vacibdir
Xəbər lenti
0