https://sputnik.az/20220206/eli-asindan-da-olmusuq-veli-asindan-da----derslikler-yeniden-hazirlanmalidir-438865984.html
"Əli aşından da olmuşuq, Vəli aşından da" - dərsliklər yenidən hazırlanmalıdır
"Əli aşından da olmuşuq, Vəli aşından da" - dərsliklər yenidən hazırlanmalıdır
Sputnik Azərbaycan
Bəstəkar bildirir ki, orta məktəblərdə və orta ixtisas musiqi məktəblərində tədris olunan dərsliklərin vəziyyəti olduqca acınacaqldır.
2022-02-06T10:01+0400
2022-02-06T10:01+0400
2022-02-06T10:01+0400
musiqi
kitab
bəstəkar
mahnı
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424838159_0:219:1907:1292_1920x0_80_0_0_42ecaf2dce459280f9021883342f5a6f.jpg
BAKI, 6 fevral — Sputnik. Musiqi ruhun qidasıdır. Ta qədim zamanlardan musiqinin köməyi ilə insanların bir sıra ağır xəstəliklərdən şəfa tapması barədə faktlar var. Dövrümüzdə də elm sübuta yetirib ki, musiqi insanın fiziki və emosional vəziyyətinə müsbət təsir göstərir. Musiqi stresi azaldır, ağrıkəsici vasitə kimi təsir göstərir, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, iş qabiliyyətini yüksəldir, immuniteti gücləndirir.İnsanın formalaşmasında da musiqinin rolu böyükdür. Bəs bəşər övladının ən uğurlu tapıntısı olan musiqinin tədrisi ölkəmizdəki məktəblərdə necə aparılır?Bəstəkar Azər Hacıəskərli Sputnik Azərbaycan-a veridiyi açıqlamada bildirir ki, orta məktəblərdə və orta ixtisas musiqi məktəblərində tədris olunan dərsliklərin vəziyyəti olduqca acınacaqldır:"Çox təəssüf ki, bizim musiqi məktəblərimizdə hələ də ilk dərsə başlayan, pianoya toxunan uşağa "Жили у бабуси два веселых гуся" mahnısını öyrədirlər. Ümumiyyətlə, musiqi kitabları yenidən yazılmaldır. Musiqi müəllimləri də bu barədə həmişə deyirlər ki, müasir dövrdə çap olunan musiqi kitablarında çox problem var. Musiqi dərslikləri elə hazırlanmalıdır ki, uşaqlar bunu qavraya bilsinlər. Mən cizgi filmlərinin istehsalı ilə məşğul olan "Azanfilm" kinostudiyası üçün musiqilər yazmışam. Tədris üçün də musiqilər yazmışam. Amma mənə bununla bağlı heç bir müraciət olunmayıb".Uzun illərdir ki, musiqi müəllimi işləyən Svetlana Məhsimova bildirir ki, məktəblərdə tədris olunan musiqi kitabları olduqca qəlizdir. Tədrisə elə mövzuları salıblar ki, şagirdlər onu qavramaqda çətinlik çəkirlər:"Harmoniya, Solfecio, Qamma haqqında məlumatı şagirdlərə nə qədər də başa salmağa çalışsaq da onlar bunu qavramaqda çətinlik çəkirlər. Bu mövzular orta ixtisas musiqi məktəblərində və universitetlərdə tədris olunur. Tələbələr belə, bu mövzuda çətinlik çəkərkən şagirlərdən bunu qavramağı gözləmək ağılsızlıq olar. Elə ona görə də, necə deyərlər, Əli aşından da olmuşuq, Vəli aşından da".S.Məhsumova tədris proqramına salınan müasir bəstəkarların mahnılarından söz açarkən bildirdi ki, o mahnılar da uşaqlar üçün qəlizdir:"Mahnıların musiqisi də, sözləri də olduqca qəlizdir. Sözlərini mən belə yadımda saxlaya bilmirəm. Bilmirəm, hansı kriteriyalara əsaslanıb o mahnıları seçiblər. Vaxtilə uşaqların ən sevimli dərsi olan nəğmə dərsi indi onların kabusuna çevrilib. Halbuki, musiqi dərsi uşaqların musiqi duyumunun formalşmasında əhəmiyyətli rol oynayır".Daha bir musiqi müəllimi Zəminə Süleymanova bildirir ki, yaxşı olar ki, orta məktəbələrdə tədris olunan kitablarda xalq mahnılarına daha çox yer verilsin:"Dərsliklər elə tərtib olunub ki, şagirdlərin bu dərsə olan marağı getdikcə ölüb. Mən onların marağını cəlb etmək üçün filmlərimizdə səslənən musiqilərimizi öyrədirəm ki, az da olsa anlayışları olsun. Xarici bəstəkarlara yer verilib, bu yaxşıdır. Uşaqların intellektual səviyyəsini artırır. Amma o da elə tərtib olunmalıdır ki, şagird 45 dəqiqə ərzində zövq ala bilsin".Musiqi müəllimi təəssüf hissi ilə qeyd edir ki, bu gün uşaqlar daha çox əcnəbi musiqilərə meyl edir:"Düşünürəm ki, burada valideynlərin də üzərinə yük düşür. Hər şey evdən başlayır. Valideyn türk mahnılarına, meyxanaya qulaq asır, uşaq da düşünür ki, bu daha maraqlıdır. Amma valideynlər çalışmaldırlar ki, evdə hərdən hanısa klassik musiqimiz səslənsin və övladlarını o mahnılarla böyütsünlər. Bununla da uşaqların zövqünü formalaşdırmış olacaqlar".Məsələ ilə bağlı Təhsil nazirliyi ilə əlaqə saxladıq. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, nazirlik heç bir cavab verilmədi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Niyə rus dili Bakı üçün elə metro qədər dəyərlidir - VideoŞagirdlərin psixoloji durumu haqda pasport: kim, niyə, necə hazırlayacaq?Dünyada tanınan Azərbaycan mahnıları və ya "anonim" qurbanları - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424838159_0:0:1723:1292_1920x0_80_0_0_bbddc0e96c8e776d9b22cc7a1df52858.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"əli aşından da olmuşuq, vəli aşından da" - dərsliklər yenidən hazırlanmalıdır
"əli aşından da olmuşuq, vəli aşından da" - dərsliklər yenidən hazırlanmalıdır
"Əli aşından da olmuşuq, Vəli aşından da" - dərsliklər yenidən hazırlanmalıdır
Musiqi müəllimi təəssüf hissi ilə qeyd edir ki, bu gün uşaqlar daha çox əcnəbi musiqilərə meyl edir.
BAKI, 6 fevral — Sputnik. Musiqi ruhun qidasıdır. Ta qədim zamanlardan musiqinin köməyi ilə insanların bir sıra ağır xəstəliklərdən şəfa tapması barədə faktlar var. Dövrümüzdə də elm sübuta yetirib ki, musiqi insanın fiziki və emosional vəziyyətinə müsbət təsir göstərir. Musiqi stresi azaldır, ağrıkəsici vasitə kimi təsir göstərir, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, iş qabiliyyətini yüksəldir, immuniteti gücləndirir.
İnsanın formalaşmasında da musiqinin rolu böyükdür. Bəs bəşər övladının ən uğurlu tapıntısı olan musiqinin tədrisi ölkəmizdəki məktəblərdə necə aparılır?
Bəstəkar Azər Hacıəskərli Sputnik Azərbaycan-a veridiyi açıqlamada bildirir ki, orta məktəblərdə və orta ixtisas musiqi məktəblərində tədris olunan dərsliklərin vəziyyəti olduqca acınacaqldır:
"Çox təəssüf ki, bizim musiqi məktəblərimizdə hələ də ilk dərsə başlayan, pianoya toxunan uşağa "Жили у бабуси два веселых гуся" mahnısını öyrədirlər. Ümumiyyətlə, musiqi kitabları yenidən yazılmaldır. Musiqi müəllimləri də bu barədə həmişə deyirlər ki, müasir dövrdə çap olunan musiqi kitablarında çox problem var. Musiqi dərslikləri elə hazırlanmalıdır ki, uşaqlar bunu qavraya bilsinlər. Mən cizgi filmlərinin istehsalı ilə məşğul olan "Azanfilm" kinostudiyası üçün musiqilər yazmışam. Tədris üçün də musiqilər yazmışam. Amma mənə bununla bağlı heç bir müraciət olunmayıb".
Uzun illərdir ki, musiqi müəllimi işləyən Svetlana Məhsimova bildirir ki, məktəblərdə tədris olunan musiqi kitabları olduqca qəlizdir. Tədrisə elə mövzuları salıblar ki, şagirdlər onu qavramaqda çətinlik çəkirlər:
"Harmoniya, Solfecio, Qamma haqqında məlumatı şagirdlərə nə qədər də başa salmağa çalışsaq da onlar bunu qavramaqda çətinlik çəkirlər. Bu mövzular orta ixtisas musiqi məktəblərində və universitetlərdə tədris olunur. Tələbələr belə, bu mövzuda çətinlik çəkərkən şagirlərdən bunu qavramağı gözləmək ağılsızlıq olar. Elə ona görə də, necə deyərlər, Əli aşından da olmuşuq, Vəli aşından da".
S.Məhsumova tədris proqramına salınan müasir bəstəkarların mahnılarından söz açarkən bildirdi ki, o mahnılar da uşaqlar üçün qəlizdir:
"Mahnıların musiqisi də, sözləri də olduqca qəlizdir. Sözlərini mən belə yadımda saxlaya bilmirəm. Bilmirəm, hansı kriteriyalara əsaslanıb o mahnıları seçiblər. Vaxtilə uşaqların ən sevimli dərsi olan nəğmə dərsi indi onların kabusuna çevrilib. Halbuki, musiqi dərsi uşaqların musiqi duyumunun formalşmasında əhəmiyyətli rol oynayır".
Daha bir musiqi müəllimi Zəminə Süleymanova bildirir ki, yaxşı olar ki, orta məktəbələrdə tədris olunan kitablarda xalq mahnılarına daha çox yer verilsin:
"Dərsliklər elə tərtib olunub ki, şagirdlərin bu dərsə olan marağı getdikcə ölüb. Mən onların marağını cəlb etmək üçün filmlərimizdə səslənən musiqilərimizi öyrədirəm ki, az da olsa anlayışları olsun. Xarici bəstəkarlara yer verilib, bu yaxşıdır. Uşaqların intellektual səviyyəsini artırır. Amma o da elə tərtib olunmalıdır ki, şagird 45 dəqiqə ərzində zövq ala bilsin".
Musiqi müəllimi təəssüf hissi ilə qeyd edir ki, bu gün uşaqlar daha çox əcnəbi musiqilərə meyl edir:
"Düşünürəm ki, burada valideynlərin də üzərinə yük düşür. Hər şey evdən başlayır. Valideyn türk mahnılarına, meyxanaya qulaq asır, uşaq da düşünür ki, bu daha maraqlıdır. Amma valideynlər çalışmaldırlar ki, evdə hərdən hanısa klassik musiqimiz səslənsin və övladlarını o mahnılarla böyütsünlər. Bununla da uşaqların zövqünü formalaşdırmış olacaqlar".
Məsələ ilə bağlı Təhsil nazirliyi ilə əlaqə saxladıq. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, nazirlik heç bir cavab verilmədi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.