https://sputnik.az/20220204/sagirdlerin-psixoloji-durumu-haqda-pasport-kim-niye-nece-hazirlayacaq-438736072.html
Şagirdlərin psixoloji durumu haqda pasport: kim, niyə, necə hazırlayacaq?
Şagirdlərin psixoloji durumu haqda pasport: kim, niyə, necə hazırlayacaq?
Sputnik Azərbaycan
Şagirdlərin psixoloji durumu haqda pasportu kim, necə və niyə hazırlayacaq? Ondan kim yararlana biləcək - Sputnik Azərbaycan araşdırıb.
2022-02-04T09:31+0400
2022-02-04T09:31+0400
2022-02-04T11:26+0400
şagird
təhsil
məktəb
pasport
psixoloji
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_0:0:3069:1726_1920x0_80_0_0_4f94f40794458f0729de69f32db280dd.jpg
BAKI, 4 fevral — Sputnik. Son günlər paytaxt məktəblərində şagirdlərin yol verdikləri neqativ hallar məktəblilərin psixoloji durumunun monitorinqini aktuallaşdırıb. Artıq şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm hazırlanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov bildirib ki, söhbət psixoloji pasportlardan gedir. Sputnik Azərbaycan şagirdlərin psixoloji monitorinqinin necə aparılacağını, psixoloji pasportların əhəmiyyətini araşdırıb.Psixoloji pasport nədir?İ.Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin psixoloji durumu da nəzarətdə saxlanılmalıdır. Onun sözlərinə görə, məktəblərdə tədris prosesi təkcə şagirdlərin akedemik biliklərinin artırılmasından ibarət deyil. Onların psixoloji durumu diqqətdə saxlanılmalıdır. Layihə barədə məlumat verən direktor bildirib ki, bir neçə ay öncə sözügedən layihənin hazırlığına başlanılıb. Son günlər məktəblərdə yaşanan hadisələr isə şagirdlərin psixoloji pasportunun hazırlanmasını daha da aktual edib. O qeyd edib ki, şagirdlərin psixoloji pasportlarının yaradılmasına hazırlıq işləri görülür. İlkin Həsənov psixoloji pasportların hansı əsaslarla hazırlanacağına aydınlıq gətirib. O bildirib ki, pasportlar məktəb direktoru, sinif rəhbəri və psixoloqun şagird haqqında məlumatları əsasında formalaşdırılacaq: "Məktəblərdə psixoloq sayının az olduğunu nəzərə alaraq bu işdə onlara sinif müəllimləri də kömək edəcək. Sinif rəhbərləri uşaqların psixoloji durumuna nəzarət edəcəklər. Davamlı məlumat axını təmin olunacaq. Psixoloq həmin məlumatları bazaya yükləyəcək. Hər bir şagirdin psixoloji durumu barədə bazada ilkin rəy formalaşacaq. Biz psixoloqlara müəyyən alətlər verəcəyik ki, onlar şagirdlərin psixoloji durumunu qiymətləndirsinlər. Beləcə biz elektron sistemə daxil olaraq hər məktəbdə şagirdlərin psixoloji durumu barədə məlumatlar əldə edəcəyik. Bu məlumatlara direktorların da çıxışı olacaq. Hansı şagirdin psixoloji durumunda narahatlıq varsa, ona psixoloji dəstək göstəriləcək".Məlumat sıza bilərmi?İ.Həsənov qeyd edib ki, bu rəylər valideyn və məktəb üçün önəmli olacaq. Amma şagirdlər barədə psixoloji rəylər konfidensial olacaq. O rəyləri heç bir müəllim görə bilməyəcək. Bu rəyləri ancaq psixoloq, məktəb direktoru və aidiyyəti qurumların buna məsul şəxsləri görə biləcəklər.Mərkəz direktoru bildirib ki, gələcəkdə hər hansı şagird cinayət törədərsə, Daxili İşlər Nazirliyi üçün bu data faydalı ola bilər. Amma bu datadan çox ehtiyatla istifadə olunacaq:"Bu, şagirdin emosional durumu barədədir. Nəzərə alsaq ki, psixoloji durum dəyişəndir, bu zaman bu gün psixoloji durumu yaxşı olmayan şagirdin gələcəkdə vəziyyəti yaxşılaşa bilər". Həsənov hesab edir ki, psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanılacaq:"Kiməsə kağız formasında pasport verilməyəcək. Bu, datadır. Bu data şagirdlərlə bağlı daha doğru tədbirlər görməyə imkan verəcək".Əvvəl Bakı, sonra regionlarİlkin Həsənov əlavə edib ki, layihə ilkin olaraq paytaxt məktəblərində təhsil alan şagirdləri əhatə edəcək. Əgər effektli olarsa, respublika üzrə digər məktəblərdə də tətbiq edilə bilər.Psixoloq problemi varTəhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə 2600 məktəb psixoloqu var. Normativ hüquqi aktda isə sinif rəhbərinin şagirdlərin psixoloji durumu ilə bağlı iş aparması öz əksini tapıb:"Əgər belə bir monitorinq aparılsa, hər məktəbə 10 psixoloq lazımdır. Bakıda isə məktəblərdə şagird sayı çox, psixoloq sayı azdır. Həmçinin psixoloqların çoxu ixtisaslı kadr deyil. Fikrimcə, bu, sadəcə mövcud vəziyyətdən çıxış yolu kimidir".K.Əsədov qeyd edir ki, hətta belə bir monitorinq aparılsa belə, bu, şagirdlərin real psixoloji durumunu əks etdirməyəcək. O iddia edir ki, psixoloji pasportları şagirdlərə şamil etmək düzgün deyil:"Azərbaycanda inklüziv təhsil var. Tutaq ki, hər hansı şagirdin psixoloji durumu yerində deyil. Onda o şagird məktəbdənmi qovulacaq? Bütün uşaqların təhsil almaq hüququ var. Psixoloji duruma təsir etmək üçün hər bir uşaqla indivudal işləmək tələb olunur".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Bakı məktəbləri psixoloq axtarır* Məktəblilər arasında bıçaqlanma - bu dəfə Qazaxda* Toy olmayacaq! - Məktəbli qızı ərə verənlərlə söhbət edildi* Müəllimə bir töhmət, valideynə iki: bu yükü hər kəs boynuna götürməlidir* Ey töhmətli müəllim!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_338:0:3069:2048_1920x0_80_0_0_b8bc0c0dc64a89b5a65d1f6de8c775bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagirdlərin psixoloji durumu ilə bağlı pasportlar kimə lazımdır? video
şagirdlərin psixoloji durumu ilə bağlı pasportlar kimə lazımdır? video
Şagirdlərin psixoloji durumu haqda pasport: kim, niyə, necə hazırlayacaq?
09:31 04.02.2022 (Yenilənib: 11:26 04.02.2022) Nəzərə alsaq ki, psixoloji durum dəyişəndir, o zaman şagirdlərin psixoloji durumu haqda pasport xeyli sual doğurur. Ətraflı - Sputnik Azərbaycan-ın materialında.
BAKI, 4 fevral — Sputnik. Son günlər paytaxt məktəblərində şagirdlərin yol verdikləri neqativ hallar məktəblilərin psixoloji durumunun monitorinqini aktuallaşdırıb. Artıq şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm hazırlanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov bildirib ki, söhbət psixoloji pasportlardan gedir.
Sputnik Azərbaycan şagirdlərin psixoloji monitorinqinin necə aparılacağını, psixoloji pasportların əhəmiyyətini araşdırıb.
İ.Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin psixoloji durumu da nəzarətdə saxlanılmalıdır. Onun sözlərinə görə, məktəblərdə tədris prosesi təkcə şagirdlərin akedemik biliklərinin artırılmasından ibarət deyil. Onların psixoloji durumu diqqətdə saxlanılmalıdır.
Layihə barədə məlumat verən direktor bildirib ki, bir neçə ay öncə sözügedən layihənin hazırlığına başlanılıb. Son günlər məktəblərdə yaşanan hadisələr isə şagirdlərin psixoloji pasportunun hazırlanmasını daha da aktual edib. O qeyd edib ki, şagirdlərin psixoloji pasportlarının yaradılmasına hazırlıq işləri görülür.
İlkin Həsənov psixoloji pasportların hansı əsaslarla hazırlanacağına aydınlıq gətirib. O bildirib ki, pasportlar məktəb direktoru, sinif rəhbəri və psixoloqun şagird haqqında məlumatları əsasında formalaşdırılacaq:
"Məktəblərdə psixoloq sayının az olduğunu nəzərə alaraq bu işdə onlara sinif müəllimləri də kömək edəcək. Sinif rəhbərləri uşaqların psixoloji durumuna nəzarət edəcəklər. Davamlı məlumat axını təmin olunacaq. Psixoloq həmin məlumatları bazaya yükləyəcək. Hər bir şagirdin psixoloji durumu barədə bazada ilkin rəy formalaşacaq. Biz psixoloqlara müəyyən alətlər verəcəyik ki, onlar şagirdlərin psixoloji durumunu qiymətləndirsinlər. Beləcə biz elektron sistemə daxil olaraq hər məktəbdə şagirdlərin psixoloji durumu barədə məlumatlar əldə edəcəyik. Bu məlumatlara direktorların da çıxışı olacaq. Hansı şagirdin psixoloji durumunda narahatlıq varsa, ona psixoloji dəstək göstəriləcək".
İ.Həsənov qeyd edib ki, bu rəylər valideyn və məktəb üçün önəmli olacaq. Amma şagirdlər barədə psixoloji rəylər konfidensial olacaq. O rəyləri heç bir müəllim görə bilməyəcək. Bu rəyləri ancaq psixoloq, məktəb direktoru və aidiyyəti qurumların buna məsul şəxsləri görə biləcəklər.
Mərkəz direktoru bildirib ki, gələcəkdə hər hansı şagird cinayət törədərsə, Daxili İşlər Nazirliyi üçün bu data faydalı ola bilər. Amma bu datadan çox ehtiyatla istifadə olunacaq:
"Bu, şagirdin emosional durumu barədədir. Nəzərə alsaq ki, psixoloji durum dəyişəndir, bu zaman bu gün psixoloji durumu yaxşı olmayan şagirdin gələcəkdə vəziyyəti yaxşılaşa bilər".
Həsənov hesab edir ki, psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanılacaq:
"Kiməsə kağız formasında pasport verilməyəcək. Bu, datadır. Bu data şagirdlərlə bağlı daha doğru tədbirlər görməyə imkan verəcək".
Əvvəl Bakı, sonra regionlar
İlkin Həsənov əlavə edib ki, layihə ilkin olaraq paytaxt məktəblərində təhsil alan şagirdləri əhatə edəcək. Əgər effektli olarsa, respublika üzrə digər məktəblərdə də tətbiq edilə bilər.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə 2600 məktəb psixoloqu var. Normativ hüquqi aktda isə sinif rəhbərinin şagirdlərin psixoloji durumu ilə bağlı iş aparması öz əksini tapıb:
"Əgər belə bir monitorinq aparılsa, hər məktəbə 10 psixoloq lazımdır. Bakıda isə məktəblərdə şagird sayı çox, psixoloq sayı azdır. Həmçinin psixoloqların çoxu ixtisaslı kadr deyil. Fikrimcə, bu, sadəcə mövcud vəziyyətdən çıxış yolu kimidir".
K.Əsədov qeyd edir ki, hətta belə bir monitorinq aparılsa belə, bu, şagirdlərin real psixoloji durumunu əks etdirməyəcək. O iddia edir ki, psixoloji pasportları şagirdlərə şamil etmək düzgün deyil:
"Azərbaycanda inklüziv təhsil var. Tutaq ki, hər hansı şagirdin psixoloji durumu yerində deyil. Onda o şagird məktəbdənmi qovulacaq? Bütün uşaqların təhsil almaq hüququ var. Psixoloji duruma təsir etmək üçün hər bir uşaqla indivudal işləmək tələb olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.