https://sputnik.az/20220205/nikol-pasinyan-mart-ayinda-turkiyeye-gedecek--438857093.html
Nikol Paşinyan mart ayında Türkiyəyə gedəcək
Nikol Paşinyan mart ayında Türkiyəyə gedəcək
Sputnik Azərbaycan
Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib ki, Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu 05.02.2022, Sputnik Azərbaycan
2022-02-05T08:01+0400
2022-02-05T08:01+0400
2022-02-05T08:01+0400
dünya xəbərləri
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/07/427143021_0:0:3072:1728_1920x0_80_0_0_374e389726faef2de3ca3467cad34487.jpg
BAKI, 5 fevral - Sputnik. Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.Bu barədə Report “A Haber” telekanalına istinadən xəbər yayıb.Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq. Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub.O, qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.Xüsusi nümayəndələrin görüşüTürkiyə Xarici İşlər Nazirliyinin iki gün əvvəl yaydığı məlumata görə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək.Məlumatda qeyd olunub ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Uzun illər sonra: ermənilər Türkiyəyə uçurlar - VİDEOYerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/07/427143021_176:0:2907:2048_1920x0_80_0_0_d0f6b3e6d46bde3363b74c49731b8eef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, türkiyə
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, türkiyə
Nikol Paşinyan mart ayında Türkiyəyə gedəcək
Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib ki, Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu
BAKI, 5 fevral - Sputnik. Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
Bu barədə Report “A Haber” telekanalına istinadən xəbər yayıb.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq.
“Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub.
O, qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.
Xüsusi nümayəndələrin görüşü
Türkiyə Xarici İşlər Nazirliyinin iki gün əvvəl yaydığı məlumata görə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək.
Məlumatda qeyd olunub ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.