https://sputnik.az/20220202/uzun-iller-sonra-ermeniler-turkiyeye-ucurlar---vdeo-438777909.html
Uzun illər sonra: ermənilər Türkiyəyə uçurlar - VİDEO
Uzun illər sonra: ermənilər Türkiyəyə uçurlar - VİDEO
Sputnik Azərbaycan
Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək. 02.02.2022, Sputnik Azərbaycan
2022-02-02T19:03+0400
2022-02-02T19:03+0400
2022-02-02T19:03+0400
dünya xəbərləri
ermənistan
türkiyə
aviareys
video-görüntü
https://cdnn1.img.sputnik.az/img/42280/71/422807185_0:0:3073:1728_1920x0_80_0_0_5f2aac3b6455f24d720cbda4d4f7d260.jpg
BAKI, 2 fevral - Sputnik. Emənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, Ermənistanın “Flyone Armenia” aviadaşıyıcısı İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu gerçəkləşdirib..Yerli vaxtla saat 18:00-da göyərtəsində 65 sərnişin olan "Flyone Armenia" aviaşirkətinin təyyarəsi İrəvandakı Zvartnots hava limanından İstanbula yola düşüb.Qeyd edək ki, Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək. Bu güzəşt yalnız Pegasus Airlines və Flyone Armenia şirkətlərinə tətbiq ediləcək.Daha əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin yaydığı məlumatda bildirilmişdi ki, Ermənistana qarşılıqlı uçuşlar fevralın 2-də başlayacaq.Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.Sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/71/422807185_36:0:2767:2048_1920x0_80_0_0_95cc77168245f4bb3c02709bfde9ad3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan-türkiyə reysi açıldı - video
ermənistan-türkiyə reysi açıldı - video
Uzun illər sonra: ermənilər Türkiyəyə uçurlar - VİDEO
Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək.
BAKI, 2 fevral - Sputnik. Emənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ermənistanın “Flyone Armenia” aviadaşıyıcısı İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu gerçəkləşdirib..
Yerli vaxtla saat 18:00-da göyərtəsində 65 sərnişin olan "Flyone Armenia" aviaşirkətinin təyyarəsi İrəvandakı Zvartnots hava limanından İstanbula yola düşüb.
Qeyd edək ki, Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək. Bu güzəşt yalnız Pegasus Airlines və Flyone Armenia şirkətlərinə tətbiq ediləcək.
Daha əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin yaydığı məlumatda bildirilmişdi ki, Ermənistana qarşılıqlı uçuşlar fevralın 2-də başlayacaq.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.