https://sputnik.az/20220131/mektebliler-arasinda-bicaqlanma---bu-defe-qazaxda-438703171.html
Məktəblilər arasında bıçaqlanma - bu dəfə Qazaxda
Məktəblilər arasında bıçaqlanma - bu dəfə Qazaxda
Sputnik Azərbaycan
Xəsarət alan Yunis Yolçuyevi Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
2022-01-31T17:41+0400
2022-01-31T17:41+0400
2022-01-31T19:18+0400
məktəb
azərbaycan xəbərləri
bıçaqlanma
qazax
məktəbli
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438702263_145:0:1455:737_1920x0_80_0_0_92a1b8750ce9043e8ec2a44e66b6a9a4.jpg
BAKI, 31 yanvar — Sputnik. Qazaxda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10 və 11-ci sinif şagirdləri arasında olub.Hadisəni törədən məktəbin 10-cu sinif şagirdi Vəliyev Qaraca Namiq oğlunun olduğu bildirilir.Futbol meydançasında mübahisə zamanı o 11-ci sinif şagirdi Yunis Xəqani oğlu Yolçuyevə 2 bıçaq zərbəsi vurub.Bıçaqlanan şagirdin qohumu Nizami Yolçuyev hadisədən evdə olarkən xəbər tutduğunu bildirib:“Mən evdə idim. Xəstəxanaın yanında oluram. Mənə zəng etdilər ki, nəvənizi bıçaqlayıblar. Mənə maraqlı gəldi ki, nəyə görə uşağı dərs vaxtı bıçaqlayırlar? Dərs keçə-keçə... Məktəb müəllimləri hara baxır?", - deyə Yolçuyev narazılığını bildirib.Xəsarət alan Yunis Yolçuyevi Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkim-cərrahı Binyamin Abbasəliyev bildirilib ki, yaralı hazırda reanimasiya şöbəsindədir, nəzarətdədir və onun həyatı üçün təhlükə yoxdur.“Yolçuyev Yunis ağır vəziyyətdə aldığı bıçaq yarasından sonra təcili tibbi yardım maşını ilə gətirilib. Xəstə müayinə olunandan sonra təcili əməliyata götürlmüş onun döş tərəfinin sol tərəfində dəlib kəsib deşilmiş daxilə sirayət edilən ağciyərin zədələnməsi ilə yara aşkar edildi. Xəstə əməliyyat olundu. Yara tikildi. Hazırda xəstənin vəziyyəti sabitdir", - deyə həkim qeyd edib.DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı araşdırmalara başlanıb:“Faktla bağlı Qazax Rayon Polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirilib. Hazırda Qazax rayon şöbəsinin istintaq bölməsində araşdırma davam etdirilir. Araşdırmanın və ekspertizaların rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə o vurğulayıb.Qeyd edək ki hadisənin baş verdiyi rayon mərkəzi stadionu sözügedən məktəbin yaxınlığında yerləşir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Dörd yaşlı qızın meyiti aşkarlanıbKəlbəcərdə itkin düşən zabitin nəşi tapılıb - MN
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438702263_309:0:1292:737_1920x0_80_0_0_ff5910137bfc4846509a380c6884b42d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
məktəblilər arasında bıçaqlanma - bu dəfə qazaxda
məktəblilər arasında bıçaqlanma - bu dəfə qazaxda
Məktəblilər arasında bıçaqlanma - bu dəfə Qazaxda
17:41 31.01.2022 (Yenilənib: 19:18 31.01.2022) Xəsarət alan Yunis Yolçuyev Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
BAKI, 31 yanvar — Sputnik. Qazaxda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10 və 11-ci sinif şagirdləri arasında olub.
Hadisəni törədən məktəbin 10-cu sinif şagirdi Vəliyev Qaraca Namiq oğlunun olduğu bildirilir.
Futbol meydançasında mübahisə zamanı o 11-ci sinif şagirdi Yunis Xəqani oğlu Yolçuyevə 2 bıçaq zərbəsi vurub.
Bıçaqlanan şagirdin qohumu Nizami Yolçuyev hadisədən evdə olarkən xəbər tutduğunu bildirib:
“Mən evdə idim. Xəstəxanaın yanında oluram. Mənə zəng etdilər ki, nəvənizi bıçaqlayıblar. Mənə maraqlı gəldi ki, nəyə görə uşağı dərs vaxtı bıçaqlayırlar? Dərs keçə-keçə... Məktəb müəllimləri hara baxır?", - deyə Yolçuyev narazılığını bildirib.
Xəsarət alan Yunis Yolçuyevi Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkim-cərrahı Binyamin Abbasəliyev bildirilib ki, yaralı hazırda reanimasiya şöbəsindədir, nəzarətdədir və onun həyatı üçün təhlükə yoxdur.
“Yolçuyev Yunis ağır vəziyyətdə aldığı bıçaq yarasından sonra təcili tibbi yardım maşını ilə gətirilib. Xəstə müayinə olunandan sonra təcili əməliyata götürlmüş onun döş tərəfinin sol tərəfində dəlib kəsib deşilmiş daxilə sirayət edilən ağciyərin zədələnməsi ilə yara aşkar edildi. Xəstə əməliyyat olundu. Yara tikildi. Hazırda xəstənin vəziyyəti sabitdir", - deyə həkim qeyd edib.
DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı araşdırmalara başlanıb:
“Faktla bağlı Qazax Rayon Polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirilib. Hazırda Qazax rayon şöbəsinin istintaq bölməsində araşdırma davam etdirilir. Araşdırmanın və ekspertizaların rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki hadisənin baş verdiyi rayon mərkəzi stadionu sözügedən məktəbin yaxınlığında yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.