CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy olmayacaq! - Məktəbli qızı ərə verənlərlə söhbət edildi

© Sputnik / Ilham MustafayevMəktəbli qız
Məktəbli qız - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
Teymur Mərdanoğlu bildirib ki, sözügedən fakt öz təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək.
BAKI, 31 yanvar — Sputnik. Ailə,Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsinə,Massalı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyadan verilən məlumata görə, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları aildə olublar.
Fakt araşdırılıb. Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq.
Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir.
Qeyd edək ki, hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.
***
Daha öncə Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, rayonun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi barədə məlumatlarla əlaqədar araşdırmalara başlanılıb: "Araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək. Fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı iddia olunur.
Xatırladaq ki, bu günlərdə Tərtər rayonunda da məktəbli qız qaçırılmışdı. Hadisə Yanvar ayının 11-də rayonun Evoğlu kəndində baş verib. Kənd sakini 2005 – ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb.
Məktəbli qızın qaçması ilə bağlı pərişan olan ailə onu axtarmağa başlayıb. Amma qızın kim tərəfindən qaçırıldığını tapmaq üçün o qədər də əziyyət çəkməyiblər. Çünki qızın özü bibisinə zəng edərək, kim tərəfindən və hansı rayona qaçırıldığını deyib.
Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.
Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.
O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub.
İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0