https://sputnik.az/20220204/azerpoct-alicilarin-rahatligi-ucun-logistika-xidmeti-gosterir-438803567.html
“Azərpoçt” alıcıların rahatlığı üçün "Logistika” xidməti göstərir
“Azərpoçt” alıcıların rahatlığı üçün "Logistika” xidməti göstərir
Sputnik Azərbaycan
"Logistika" xidməti 2021-ci ilin oktyabrında COVID-19 pandemiyası şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda, ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.
2022-02-04T07:37+0400
2022-02-04T07:37+0400
2022-02-04T07:37+0400
"azərpoçt" mmc
cəmiyyət
xidmət
narahatlıq
alıcı
logistika
https://cdnn1.img.sputnik.az/img/42062/32/420623278_0:76:1201:751_1920x0_80_0_0_2010afd2fe1d6864d734d01ff679cd02.jpg
BAKI, 4 fevral — Sputnik. "Azərpoçt" MMC-nin "Sədərək" Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılmasını təmin edən "Logistika" xidməti artan templə inkişaf edir.MMC-dən Sputnik Azərbaycan-a bildirilib ki, istifadəyə verildiyi 4 ay ərzində layihə çərçivəsində daşımaların həcmi 10 dəfədən çox artıb.Qeyd edək ki, "Logistika" xidməti 2021-ci ilin oktyabrında COVID-19 pandemiyası şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda, ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.Xidmətin fəaliyyətə başladığı ilk ay ərzində cəmi 95 daşıma həyata keçirilsə də, hazırda aylıq çatdırmanın sayı mindən artıqdır. Bu da "Azərpoçt"un bazarda olan tələbatı doğru təhlil edərək, satıcı və alıcılara optimal həll təklif etdiyini göstərir. Ötən 4 ayın göstəricilərinə əsasən, qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır."Logistika" xidmətindən istifadə etmək istəyən mağaza sahibləri "Sədərək" Ticarət Mərkəzinin "Elit 2" korpusunun 2-ci mərtəbəsində yerləşən "Azərpoçt" məntəqəsinə yaxınlaşa bilərlər.Xatırladaq ki, "Azərpoçt" MMC ötən il "Logistika" xidməti ilə yanaşı, sahibkarların məhsullarının "Azərpoçt" şöbələrində vətəndaşlara təqdim olunmasını nəzərdə tutan "Retail" xidmətini də istifadəyə verib və qarşılıqlı əməkdaşlıqdan yüksək nəticələr əldə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Bu gündən tarifi dəyişən poçt xidmətləri - İNFOQRAFİKATarif Şurasının qərarı: Rüsumları dəyişən universal poçt xidmətləri"Azərpoçt"dan Pedaqoji Universitetə hədiyyə: Yeni poçt markası dövriyyəyə buraxıldı- FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42062/32/420623278_58:0:1123:799_1920x0_80_0_0_aadaf83c0cb94e8bd9b885e9d68c8d52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
“azərpoçt” alıcıların rahatlığı üçün "logistika” xidməti göstərir
“azərpoçt” alıcıların rahatlığı üçün "logistika” xidməti göstərir
“Azərpoçt” alıcıların rahatlığı üçün "Logistika” xidməti göstərir
“Logistika” xidməti ötən il pandemiya şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda, ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.
BAKI, 4 fevral — Sputnik. "Azərpoçt" MMC-nin "Sədərək" Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılmasını təmin edən "Logistika" xidməti artan templə inkişaf edir.
MMC-dən Sputnik Azərbaycan-a bildirilib ki, istifadəyə verildiyi 4 ay ərzində layihə çərçivəsində daşımaların həcmi 10 dəfədən çox artıb.
Qeyd edək ki, "Logistika" xidməti 2021-ci ilin oktyabrında COVID-19 pandemiyası şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda, ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.
Xidmətin fəaliyyətə başladığı ilk ay ərzində cəmi 95 daşıma həyata keçirilsə də, hazırda aylıq çatdırmanın sayı mindən artıqdır. Bu da "Azərpoçt"un bazarda olan tələbatı doğru təhlil edərək, satıcı və alıcılara optimal həll təklif etdiyini göstərir. Ötən 4 ayın göstəricilərinə əsasən, qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır.
"Logistika" xidmətindən istifadə etmək istəyən mağaza sahibləri "Sədərək" Ticarət Mərkəzinin "Elit 2" korpusunun 2-ci mərtəbəsində yerləşən "Azərpoçt" məntəqəsinə yaxınlaşa bilərlər.
Xatırladaq ki, "Azərpoçt" MMC ötən il "Logistika" xidməti ilə yanaşı, sahibkarların məhsullarının "Azərpoçt" şöbələrində vətəndaşlara təqdim olunmasını nəzərdə tutan "Retail" xidmətini də istifadəyə verib və qarşılıqlı əməkdaşlıqdan yüksək nəticələr əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.