Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Azərpoçt"dan Pedaqoji Universitetə hədiyyə: Yeni poçt markası dövriyyəyə buraxıldı- FOTO

© Depositphotos.com / MichaelpucheMəktub qutusu, arxiv şəkli
Məktub qutusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Buraxılış 2 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 3 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib. Markanın müəllifi rəssam Orxan Qarayevdir.
BAKI, 23 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb.
Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, marka Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunub.
Buraxılış 2 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 3 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib. Markanın müəllifi rəssam Orxan Qarayevdir.
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
Xatırladaq ki, "Azərpoçt" mütəmadi olaraq mühüm əhəmiyyət kəsb edən əlamətdar tarixlərlə bağlı poçt markaları dövriyyəyə buraxır.
Xəbər lenti
0