https://sputnik.az/20220117/bu-gunden-tarifi-deyisen-poct-xidmetleri---nfoqrafka-438246299.html
Bu gündən tarifi dəyişən poçt xidmətləri - İNFOQRAFİKA
Bu gündən tarifi dəyişən poçt xidmətləri - İNFOQRAFİKA
Sputnik Azərbaycan
Tarif Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T18:00+0400
2022-01-17T18:00+0400
2022-01-17T18:00+0400
tarif
infoqrafika
"poçt haqqında"
poçt şöbəsi
poçt markası
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438246260_0:0:268:152_1920x0_80_0_0_627d2d2b885ef0a307c0f0404607ca2e.png
Tarif (Qiymət) Şurasının qərarı ilə bu gündən Azərbaycanda bəzi poçt xidmətləri üzrə rüsumlar dəyişib.Sputnik Azərbaycan-ın məlumatına görə, Tarif Şurası yanvarın 13-də iclas keçirərək müvafiq qərar qəbul edib.Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib.Müraciətdə həmçinin qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.Tarif Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.Universal poçt rabitəsi xidmətləri üzrə yeni tariflərin cədvəli ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış olmaq olar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438246257_0:0:269:202_1920x0_80_0_0_a20c47a1f9a24bec595782fc6b796b2e.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarif, инфографика, "poçt haqqında", poçt şöbəsi, poçt markası
tarif, инфографика, "poçt haqqında", poçt şöbəsi, poçt markası
Bu gündən tarifi dəyişən poçt xidmətləri - İNFOQRAFİKA
Tarif Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.
Tarif (Qiymət) Şurasının qərarı ilə bu gündən Azərbaycanda bəzi poçt xidmətləri üzrə rüsumlar dəyişib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tarif Şurası yanvarın 13-də iclas keçirərək müvafiq qərar qəbul edib.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib.
Müraciətdə həmçinin qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.
İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.
Tarif Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.
Universal poçt rabitəsi xidmətləri üzrə yeni tariflərin cədvəli ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış olmaq olar.