https://sputnik.az/20220203/turkiye-ve-ermenistan-numayendeleri-vyanada-gorusecek-438818094.html
Türkiyə və Ermənistan nümayəndələri Vyanada görüşəcək
Türkiyə və Ermənistan nümayəndələri Vyanada görüşəcək
Sputnik Azərbaycan
Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
2022-02-03T21:19+0400
2022-02-03T21:19+0400
2022-02-03T21:24+0400
dünya xəbərləri
türkiyə
ermənistan
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/40987/65/409876529_0:0:3077:1731_1920x0_80_0_0_a0609299579e5358d91452936af4e11c.jpg
BAKI, 3 vevral - Sputnik. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək.Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.Məlumatda qeyd olunub ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Uzun illər sonra: ermənilər Türkiyəyə uçurlar - VİDEOYerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40987/65/409876529_0:0:2731:2048_1920x0_80_0_0_01d84e7fc4dc57cfda2b18902519e102.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə və ermənistan nümayəndələri vyanada görüşəcək
türkiyə və ermənistan nümayəndələri vyanada görüşəcək
Türkiyə və Ermənistan nümayəndələri Vyanada görüşəcək
21:19 03.02.2022 (Yenilənib: 21:24 03.02.2022) Məlumatda qeyd olunub ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.
BAKI, 3 vevral - Sputnik. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək.
Bu barədə
"Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.