SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycana delimitasiya ilə bağlı yeni təkliflər ötürüb - Nazir

© Photo : MFA AzerbaijanXarici işlər naziri Ceyhun Bayramov
Xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
"Ermənistan tərəfi komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib"
BAKI, 3 fevral — Sputnik. Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:
"Lakin torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var".
Nazir bildirib ki, Azərbaycanın Ermənistana cavabında bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyi ifadə olunub.
"Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün dırnaqarası icadlara ehtiyac yoxdur. Ermənistanın buna haqqı yoxdur. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir".
Daha sonra C.Bayramov bildirib ki, prosesə başlamaq üçün ilkin şərtlərin irəli sürüldüyünü deyən nazir vurğulayıb:
"Ermənistan tərəfi komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Xaçaturyan: "Ermənistan Türkiyə və Azərbaycanla sülh içində yaşamalıdır"
Spiker Ermənistanla bağlı arzularını dilə gətirdi
Azərbaycan Ermənistanın təkliflərinə mənfi reaksiya verib - Mirzoyan
Xəbər lenti
0