https://sputnik.az/20220203/azerbaycan-ermenistanin-tekliflerine-menfi-reaksiya-verib---mirzoyan-438793112.html
Azərbaycan Ermənistanın təkliflərinə mənfi reaksiya verib - Mirzoyan
Azərbaycan Ermənistanın təkliflərinə mənfi reaksiya verib - Mirzoyan
Sputnik Azərbaycan
Mirzoyanın sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiq qalır və ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan... 03.02.2022, Sputnik Azərbaycan
2022-02-03T15:05+0400
2022-02-03T15:05+0400
2022-02-03T15:05+0400
azərbaycan
qarabağ
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_0:0:2815:1583_1920x0_80_0_0_a5474a9b896b3472fa313d39a299ac76.jpg
BAKI, 3 fevral — Sputnik. Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə müsahibəsində deyib.Mirzoyanın sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiq qalır və ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə komissiyanın yaradılmasına hazırdır."İndi biz Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılması vasitələrini müzakirə edirik. Mən artıq müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir", - Mirzoyan bildirib."Konkret olaraq Azərbaycan Ermənistanın son təkliflərinə mənfi reaksiya verdi. Amma proses davam edir. Prosesdə Yerevan üçün qəbuledilməz olan təkliflər də var idi".Mirzoyan daha əvvəl bildirmişdi ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün qəbuledilməz məsələləri anlamağa çalışır.Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanın Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə təkliflər verdiyini açıqlamışdı. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu demişdi.2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_86:0:2815:2047_1920x0_80_0_0_92efc779343217ae73abb9b81560409e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan azərbaycanı anlamağa çalışır
ermənistan azərbaycanı anlamağa çalışır
Azərbaycan Ermənistanın təkliflərinə mənfi reaksiya verib - Mirzoyan
Mirzoyanın sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiq qalır və ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə komissiyanın yaradılmasına hazırdır.
BAKI, 3 fevral — Sputnik. Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə müsahibəsində deyib.
Mirzoyanın sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiq qalır və ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə komissiyanın yaradılmasına hazırdır.
"İndi biz Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılması vasitələrini müzakirə edirik. Mən artıq müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir", - Mirzoyan bildirib.
"Konkret olaraq Azərbaycan Ermənistanın son təkliflərinə mənfi reaksiya verdi. Amma proses davam edir. Prosesdə Yerevan üçün qəbuledilməz olan təkliflər də var idi".
Mirzoyan daha əvvəl bildirmişdi ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün qəbuledilməz məsələləri anlamağa çalışır.
Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanın Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə təkliflər verdiyini açıqlamışdı. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu demişdi.
2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.