https://sputnik.az/20220203/xacaturyan-ermenistan-turkiye-ve-azerbaycanla-sulh-icinde-yasamalidir--438792391.html
Xaçaturyan: "Ermənistan Türkiyə və Azərbaycanla sülh içində yaşamalıdır"
Xaçaturyan: "Ermənistan Türkiyə və Azərbaycanla sülh içində yaşamalıdır"
Sputnik Azərbaycan
Ermənistan prezidentliyinə namizəd Vahanq Xaçaturyan deyib ki, müxalifətin "Ermənistan sülhə məcbur edilir" tezisini köhnəlmiş hesab edir. 03.02.2022, Sputnik Azərbaycan
2022-02-03T14:00+0400
2022-02-03T14:00+0400
2022-02-03T14:00+0400
ermənistan
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438792063_0:0:1439:809_1920x0_80_0_0_4c234be2d169ab0eddb98d0eef3ff937.jpg
BAKI, 3 fevral — Sputnik. Ermənistan qonşuları Türkiyə və Azərbaycanla sülh içində yaşamalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan İctimai televiziyasının efirində "Vətəndaş Müqaviləsi" partiyasından Ermənistan prezidentliyinə namizəd Vahanq Xaçaturyan deyib.O bildirib ki, qonşu ölkələrlə döyüşmək, münaqişə yaratmaq niyyətində deyil: "Mən hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq olar. Müxalifətin "Ermənistan sülhə məcbur edilir" tezisini də köhnəlmiş hesab edirəm. Biz çox güclü olsaq da, sülhə can atmalı, digərləri ilə münasibətdə bunu əsas tutmalıyıq".Xaçaturyan Ermənistan-Türkiyə normallaşma prosesi haqqında da danışıb və bildirib ki, bu prosesə müsbət yanaşır: "Normallaşma prosesini davam etdirmək lazımdır. Bu, prosesin nəticəsi iqtisadi və siyasi əlaqələrə gətirib çıxaracaq. Əminəm ki, Türkiyənin də hər hansı ön şərti yoxdur. Ermənistan hakimiyyətinin və Türkiyə üzrə xüsusi nümayəndə Ruben Rubinyanın səsləndirdikləri bəyanatlara güvənirəm".Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438792063_177:0:1256:809_1920x0_80_0_0_55ca82a75bda053e251e3db3e6cf0140.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan prezidetliyinə namizəd sülh əlini uzadıb
ermənistan prezidetliyinə namizəd sülh əlini uzadıb
Xaçaturyan: "Ermənistan Türkiyə və Azərbaycanla sülh içində yaşamalıdır"
Ermənistan prezidentliyinə namizəd Vahanq Xaçaturyan deyib ki, müxalifətin "Ermənistan sülhə məcbur edilir" tezisini köhnəlmiş hesab edir.
BAKI, 3 fevral — Sputnik. Ermənistan qonşuları Türkiyə və Azərbaycanla sülh içində yaşamalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan İctimai televiziyasının efirində "Vətəndaş Müqaviləsi" partiyasından Ermənistan prezidentliyinə namizəd Vahanq Xaçaturyan deyib.
O bildirib ki, qonşu ölkələrlə döyüşmək, münaqişə yaratmaq niyyətində deyil: "Mən hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq olar. Müxalifətin "Ermənistan sülhə məcbur edilir" tezisini də köhnəlmiş hesab edirəm. Biz çox güclü olsaq da, sülhə can atmalı, digərləri ilə münasibətdə bunu əsas tutmalıyıq".
Xaçaturyan Ermənistan-Türkiyə normallaşma prosesi haqqında da danışıb və bildirib ki, bu prosesə müsbət yanaşır: "Normallaşma prosesini davam etdirmək lazımdır. Bu, prosesin nəticəsi iqtisadi və siyasi əlaqələrə gətirib çıxaracaq. Əminəm ki, Türkiyənin də hər hansı ön şərti yoxdur. Ermənistan hakimiyyətinin və Türkiyə üzrə xüsusi nümayəndə Ruben Rubinyanın səsləndirdikləri bəyanatlara güvənirəm".
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.