CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

© Sputnik / Irade JELILYPX avtomobili, arxiv şəkli
YPX avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
"Yol hərəkəti haqqında" qanuna əsasən, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.
BAKI, 3 fevral — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Sputnik Azərbaycan-a bildirib ki, yol-nəqliyyat hadisələri içərisində diqqət çəkən məqamlardan biri də bu və ya digər səbəblərdən nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayandırılması zamanı öz təhlükəsizliklərinə biganə yanaşan sürücü və ya sərnişinlərin sol tərəfdən qapını açıb yerə düşərkən diqqətsizliyə yol vermələri və ona görə də ağır qəzaların qurbanlarına çevrilmələridir.
O bildirib ki, hava və yol şəraitinə, məhdudiyyətli görünməyə, sutkanın işıqlı yaxud qaranlıq olmasına, nəqliyyatın hərəkət şiddətinə əhəmiyyət vermədən bir müddət avtomobili idarə etdikdən sonra yolun hərəkət hissəsində saxlayıb dərhal yerə düşən sürücülər, eləcə də sol tərəfdən avtomobildən düşən sərnişinlər, təəssüf ki, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını hansı təhlükəyə atdıqlarının fərqində olmurlar.
Qeyd edilib ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.
Bu tələb sürücülərlə yanaşı sərnişinlərə də şamil olunur. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilərlər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.
"Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən insanların ölümü və ya xəsarət alması nəticələnən onlarla yol-nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətinə çatdırır və hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən ehtiyatlı olmağı, qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir", - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Paytaxtda və rayonlarda yağıntı ehtimalı var
DYP uşaqlarla bağlı videoçarx hazırlayıb - VİDEO
DYP işıqforlarla düzgün davranmayan vətəndaşlara xəbərdarlıq etdi
Xəbər lenti
0