https://sputnik.az/20220128/dyp-isiqforlarla-duzgun-davranmayan-vetendaslara-xeberdarliq-etdi-438595467.html
DYP işıqforlarla düzgün davranmayan vətəndaşlara xəbərdarlıq etdi
DYP işıqforlarla düzgün davranmayan vətəndaşlara xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən işıqforların imkanlarından... 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T11:47+0400
2022-01-28T11:47+0400
2022-01-28T11:54+0400
dyp
paytaxt xəbərləri
işıqfor
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438595437_0:0:3072:1728_1920x0_80_0_0_45cce14835e2263e00f9ea7de6e77da0.jpg
BAKI, 28 yanvar — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyada işıqforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. BDYPİ-dən Sputnik Azərbaycan-a daxil olan xəbərdarlıqda deyilir:"Son illərdə paytaxt ərazisindəki küçə və prospektlərdə nəqliyyat axınının tənzimlənməsi, eləcə də piyadaların, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin yolu qarşı tərəfə təhlükəsiz keçmələri üçün bəzi nizamlanan piyada keçidlərində sensor və ya düymə ilə idarə olunan piyada işıqforları quraşdırılıb.Sürücülər üçün yaşıl işıq siqnalına üstünlük verilən belə işıqforların iş prinsipinə görə qurğuya toxunduqdan bir neçə saniyə sonra avtomobillər üçün qırmızı işıq siqnalı yanır və piyadaların yolun hərəkət hissəsini rahat şəkildə keçməsinə şərait yaranır ki, bu da nəqliyyatın intensiv hərəkət etdiyi yollarda ləngimələrin qarşısının alınmasına hesablanıb.Lakin müşahidələr göstərir ki, yolu tək keçməyə çalışan bir çox piyadaların sensor və ya düymədən qısa zaman kəsiyində tez-tez istifadə etməsi bu tip işıqforların quraşdırıldığı ərazilərdə süni sıxlığın yaranmasına gətirib çıxarır. Yaxşı olar ki, piyadalar yolu keçərkən ətrafa baxsınlar, əgər başqaları da varsa, onları gözləyib yolu birlikdə keçsinlər. Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən işıqforların imkanlarından istifadə edirlər.Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək sensorlu və ya düyməli piyada işıqforlarının quraşdırıldığı ərazilərdə səbirli davranaraq yolu tək-tək deyil, toplu halda keçməyi, özləri ilə yanaşı digər yol hərəkəti iştirakçılarını da nəzərə almağı xahiş edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438595437_261:0:2992:2048_1920x0_80_0_0_cb9873863d4e109f2ace74fe0248ce14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tez-tez işıqforları dayandıran vətəndaşlara xəbərdarlıq
tez-tez işıqforları dayandıran vətəndaşlara xəbərdarlıq
DYP işıqforlarla düzgün davranmayan vətəndaşlara xəbərdarlıq etdi
11:47 28.01.2022 (Yenilənib: 11:54 28.01.2022) Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən işıqforların imkanlarından istifadə edirlər.
BAKI, 28 yanvar — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyada işıqforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. BDYPİ-dən Sputnik Azərbaycan-a daxil olan xəbərdarlıqda deyilir:
"Son illərdə paytaxt ərazisindəki küçə və prospektlərdə nəqliyyat axınının tənzimlənməsi, eləcə də piyadaların, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin yolu qarşı tərəfə təhlükəsiz keçmələri üçün bəzi nizamlanan piyada keçidlərində sensor və ya düymə ilə idarə olunan piyada işıqforları quraşdırılıb.
Sürücülər üçün yaşıl işıq siqnalına üstünlük verilən belə işıqforların iş prinsipinə görə qurğuya toxunduqdan bir neçə saniyə sonra avtomobillər üçün qırmızı işıq siqnalı yanır və piyadaların yolun hərəkət hissəsini rahat şəkildə keçməsinə şərait yaranır ki, bu da nəqliyyatın intensiv hərəkət etdiyi yollarda ləngimələrin qarşısının alınmasına hesablanıb.
Lakin müşahidələr göstərir ki, yolu tək keçməyə çalışan bir çox piyadaların sensor və ya düymədən qısa zaman kəsiyində tez-tez istifadə etməsi bu tip işıqforların quraşdırıldığı ərazilərdə süni sıxlığın yaranmasına gətirib çıxarır.
Yaxşı olar ki, piyadalar yolu keçərkən ətrafa baxsınlar, əgər başqaları da varsa, onları gözləyib yolu birlikdə keçsinlər. Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən işıqforların imkanlarından istifadə edirlər.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək sensorlu və ya düyməli piyada işıqforlarının quraşdırıldığı ərazilərdə səbirli davranaraq yolu tək-tək deyil, toplu halda keçməyi, özləri ilə yanaşı digər yol hərəkəti iştirakçılarını da nəzərə almağı xahiş edir".