CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP uşaqlarla bağlı videoçarx hazırlayıb - VİDEO

© Sputnik / Fuad HasanovBakıda piyada keçidi
Bakıda piyada keçidi - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi layihə çərçivəsində hazırlanan videoçarxların təhsil müəssisələrində uşaqlara çatdırılması məqsədilə təhsil kollektivlərində aktiv olmasını xahiş edir.
BAKI, 1 fevral — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi uşaqlarla bağlı videoçarx hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, layihənin məqsədi uşaqların dili ilə yol hərəkəti qaydalarının təbliği, yol nəqliyyat hadisələrinin, eləcədə uşaq travmatizminin qarşısının alınması, formalaşan yeni nəsilə və ictimaiyyətə hüquqla qorunan qaydalara əməl etmək mədəniyyətinin formalaşdırılmasıdır.
Məlumatda qeyd edilib ki, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi layihə çərçivəsində hazırlanan videoçarxların təhsil müəssisələrində uşaqlara çatdırılması məqsədilə təhsil kollektivlərində aktiv olmasını xahiş edir.
Xəbər lenti
0