https://sputnik.az/20220202/universitetlere-qarsi-selib-yurusu-438716951.html
Universitetlərə qarşı səlib yürüşü?!
Universitetlərə qarşı səlib yürüşü?!
Sputnik Azərbaycan
Ötən həftə ərzində daha bir aktual mövzu yenə təhsillə, universitetlərlə bağlı idi.
2022-02-02T12:00+0400
2022-02-02T12:00+0400
2022-02-02T12:00+0400
universitet
yazarlar
təhsil
reytinq
https://cdnn1.img.sputnik.az/img/42223/18/422231842_0:0:3036:1708_1920x0_80_0_0_72696932e421739bae61fe37dc73d7b1.jpg
BAKI, 1 fevral — Sputnik. Bu qış semestrində Təhsil Nazirliyi tələbə köçürmələrinin dayandırılması barədə qərar qəbul etdi. Geniş ictimai müzakirəyə səbəb olan bu qərarı bəzi təhsil ekspertləri özəl universitetlərin nazirliyə təzyiqinin nəticəsi kimi şərh etdilər. Yəni iddia bu idi ki, özəl universitetlər bu prosesdən tələbə itirdiyindən bununla bağlı nazirliyə ardıcıl müraciətlər ediblər və nəticə də belə olub.Ancaq əslində, qərarın köçürmələrdə neqativ halların, bəzi işbazlar tərəfindən həyata keçirilən maxinasiyaların qarşısını almaq məqsədilə verildiyi güman edilir.Bəs bu sistem necə işləyirdi?Sistemin nüvəsini “kodlaşdırma mərkəzləri” təşkil edir. Hər il tələbə qəbulu dövründə xüsusilə fəallaşan bu mərkəzlər tələbələrə hansı universitetə qəbul olunmasından asılı olmayaraq “bir semester sonra istədiyi universitetə köçürülmə” xidməti də təklif edirlər. Təbii ki, bu, böyük məbləğdə ödəniş əsasında həyata keçirilirdi.Təhsil Nazirliyinin köçürmələrdə şəffaflığı təmin etmək məqsədilə yaratdığı “transfer.edu.az” saytından işbazlar öz məqsədləri üçün “uğurla” istifadə edirdilər – sənədləri düzgün doldurmaq və köçürməni təmin etməklə. Halbuki, bunu valideyn özü də icra edə bilərdi və köçürmə üçün heç bir rüsum tələb olunmur. Burada daha bir ehtimal odur ki, işbazlar tək deyillər. Təhsil Nazirliyinin araşdırmaları həm də bu kombinasiyanı müəyyənləşdirmək və sıradan çıxarmağa hesablanıb.Köçürmələr hansı fəsadlara səbəb olur?Birincisi, 1 semestrlik hansısa universitetə qəbul olan və köçürülmə planları olan tələbə həmin ixtisasa qəbul olaraq 4 il oxumaq və peşəkar mütəxəssis olmaq arzusunda olan hansısa abituriyentin yerini tutur – ondan 1 bal artıq toplamaqla buna nail olur və yarım il sonra yerini dəyişir. İkincisi, bu, universitetlərin iqtisadiyyatını baltalayır: tutaq ki, universitet bir ixtisas üzrə 100 tələbə ilə tədrisə başlayır və bütün hesablamaları - maddi-texniki baza, infrastruktur, müəllim heyəti və s. üzrə xərclərini bu saya adekvat müəyyən edir və bir semestr sonra, tutaq ki, 20 tələbənin köçürülməsi baş verir və universitetin qurduğu sistem iflic olur.Beləcə, kodlaşdırma mərkəzləri universitetin anasını ağladır və onun nəinki inkişafına mane olur, yerində saymağa belə qoymur…Universitet niyə təhsil haqqı tələb edir?Ötən həftə ərzində daha bir aktual mövzu yenə təhsillə, universitetlərlə bağlı idi. Bəzi sosial şəbəkə səhifələri universitetləri “ağ yuyub, qara sərdilər” ki, niyə tələbədən təhsil haqqı tələb edilir. Burada bir neçə sual yaranır: Universitetin güzəşt prinsipi nəyə söykənməlidir – yaxşı oxuyan tələbəyə, yoxsa sosial çətinliyi olan tələbəyə güzəşt edilməlidir? Maddi çətinliyi olan tələbə də yaxşı oxuyaraq təhsil haqqından azad oluna, güzəştlər əldə edə bilməzmi? Əks halda, biz zəhmətin dəyərini itirib, ələbaxımlılıq təfəkkürünü təşviq etmirikmi?Universitet nə qədər tələbənin yükünü qaldıra bilər? Ümumiyyətlə, universitetə qarşı belə bir tələblə çıxış etmək nə qədər ədalətlidir? Bu tələblə çıxış edənlər özləri heç olmasa, bir tələbənin təhsil haqqını ödəməyə hazırdırlarmı? Universitet təhsil haqqını almadan müəllimə hansı büdcə hesabına əməkhaqqı versin? Yoxsa universitetlərin yükünü də dövlət büdcəsinin belinə qoyaq və s.Hər il müxtəlif reytinq təşkilatları tərəfindən dünyanın ən yaxşı universitetlərinin siyahıları açıqlanır. Sıralamada ən qabaqcıl yerlərdə Azərbaycan universitetlərinin adlarının olmamasından gileyimizin sədası səmaya bülənd olur. Universitetlərimizin inkişafını, onların istər infrastrukturu, maddi-texniki bazası, istər tədris proqramları və peşəkar mütəxəssisləri cəlbetmə baxımından dünya standartlarına çatmasını istəyimizlə niyə təhsil haqlarını tələb etməsi sualı paradoks təşkil edir. Epiloq əvəziAmerikalı yazıçı Mark Tven 10 nəfər vəzifəli şəxsə zarafatca anonim "Qaç, işimizin üstü açıldı" deyə məktub yollayıb. Səhər açılanda məlum olub ki, həmin vəzifəli şəxslərin hamısı ölkəni tərk edib… İndi bəzi təhsil ekspertlərinə və kodlaşdırma mərkəzlərinə belə bir məktub yazıb, maraqlı eksperiment aparmaq olar…Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Tağıyevin təsbehinə SÖZARDI: Köhnə Bakının daha bir adəti yada düşürAzərbaycanın hansı universitetlərini problemlər gözləyir?Şagird-müəllim münasibətləri barədə yeni qaydalar: Komitə valideynlərə çağırış etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/18/422231842_305:0:3036:2048_1920x0_80_0_0_0d4528d87bde2eac946a5cd94061ea33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
universitetlərə qarşı səlib yürüşü?!
universitetlərə qarşı səlib yürüşü?!
Universitetlərə qarşı səlib yürüşü?!
Təhsil Nazirliyinin köçürmələrdə şəffaflığı təmin etmək məqsədilə yaratdığı “transfer.edu.az” saytından işbazlar öz məqsədləri üçün “uğurla” istifadə edirdilər – sənədləri düzgün doldurmaq və köçürməni təmin etməklə.
BAKI, 1 fevral — Sputnik. Bu qış semestrində Təhsil Nazirliyi tələbə köçürmələrinin dayandırılması barədə qərar qəbul etdi. Geniş ictimai müzakirəyə səbəb olan bu qərarı bəzi təhsil ekspertləri özəl universitetlərin nazirliyə təzyiqinin nəticəsi kimi şərh etdilər. Yəni iddia bu idi ki, özəl universitetlər bu prosesdən tələbə itirdiyindən bununla bağlı nazirliyə ardıcıl müraciətlər ediblər və nəticə də belə olub.
Ancaq əslində, qərarın köçürmələrdə neqativ halların, bəzi işbazlar tərəfindən həyata keçirilən maxinasiyaların qarşısını almaq məqsədilə verildiyi güman edilir.
Bəs bu sistem necə işləyirdi?
Sistemin nüvəsini “kodlaşdırma mərkəzləri” təşkil edir. Hər il tələbə qəbulu dövründə xüsusilə fəallaşan bu mərkəzlər tələbələrə hansı universitetə qəbul olunmasından asılı olmayaraq “bir semester sonra istədiyi universitetə köçürülmə” xidməti də təklif edirlər. Təbii ki, bu, böyük məbləğdə ödəniş əsasında həyata keçirilirdi.
Təhsil Nazirliyinin köçürmələrdə şəffaflığı təmin etmək məqsədilə yaratdığı “transfer.edu.az” saytından işbazlar öz məqsədləri üçün “uğurla” istifadə edirdilər – sənədləri düzgün doldurmaq və köçürməni təmin etməklə. Halbuki, bunu valideyn özü də icra edə bilərdi və köçürmə üçün heç bir rüsum tələb olunmur. Burada daha bir ehtimal odur ki, işbazlar tək deyillər. Təhsil Nazirliyinin araşdırmaları həm də bu kombinasiyanı müəyyənləşdirmək və sıradan çıxarmağa hesablanıb.
Köçürmələr hansı fəsadlara səbəb olur?
Birincisi, 1 semestrlik hansısa universitetə qəbul olan və köçürülmə planları olan tələbə həmin ixtisasa qəbul olaraq 4 il oxumaq və peşəkar mütəxəssis olmaq arzusunda olan hansısa abituriyentin yerini tutur – ondan 1 bal artıq toplamaqla buna nail olur və yarım il sonra yerini dəyişir. İkincisi, bu, universitetlərin iqtisadiyyatını baltalayır: tutaq ki, universitet bir ixtisas üzrə 100 tələbə ilə tədrisə başlayır və bütün hesablamaları - maddi-texniki baza, infrastruktur, müəllim heyəti və s. üzrə xərclərini bu saya adekvat müəyyən edir və bir semestr sonra, tutaq ki, 20 tələbənin köçürülməsi baş verir və universitetin qurduğu sistem iflic olur.
Beləcə, kodlaşdırma mərkəzləri universitetin anasını ağladır və onun nəinki inkişafına mane olur, yerində saymağa belə qoymur…
Universitet niyə təhsil haqqı tələb edir?
Ötən həftə ərzində daha bir aktual mövzu yenə təhsillə, universitetlərlə bağlı idi. Bəzi sosial şəbəkə səhifələri universitetləri “ağ yuyub, qara sərdilər” ki, niyə tələbədən təhsil haqqı tələb edilir. Burada bir neçə sual yaranır: Universitetin güzəşt prinsipi nəyə söykənməlidir – yaxşı oxuyan tələbəyə, yoxsa sosial çətinliyi olan tələbəyə güzəşt edilməlidir? Maddi çətinliyi olan tələbə də yaxşı oxuyaraq təhsil haqqından azad oluna, güzəştlər əldə edə bilməzmi? Əks halda, biz zəhmətin dəyərini itirib, ələbaxımlılıq təfəkkürünü təşviq etmirikmi?
Universitet nə qədər tələbənin yükünü qaldıra bilər? Ümumiyyətlə, universitetə qarşı belə bir tələblə çıxış etmək nə qədər ədalətlidir? Bu tələblə çıxış edənlər özləri heç olmasa, bir tələbənin təhsil haqqını ödəməyə hazırdırlarmı? Universitet təhsil haqqını almadan müəllimə hansı büdcə hesabına əməkhaqqı versin? Yoxsa universitetlərin yükünü də dövlət büdcəsinin belinə qoyaq və s.
Hər il müxtəlif reytinq təşkilatları tərəfindən dünyanın ən yaxşı universitetlərinin siyahıları açıqlanır. Sıralamada ən qabaqcıl yerlərdə Azərbaycan universitetlərinin adlarının olmamasından gileyimizin sədası səmaya bülənd olur. Universitetlərimizin inkişafını, onların istər infrastrukturu, maddi-texniki bazası, istər tədris proqramları və peşəkar mütəxəssisləri cəlbetmə baxımından dünya standartlarına çatmasını istəyimizlə niyə təhsil haqlarını tələb etməsi sualı paradoks təşkil edir.
Amerikalı yazıçı Mark Tven 10 nəfər vəzifəli şəxsə zarafatca anonim "Qaç, işimizin üstü açıldı" deyə məktub yollayıb. Səhər açılanda məlum olub ki, həmin vəzifəli şəxslərin hamısı ölkəni tərk edib… İndi bəzi təhsil ekspertlərinə və kodlaşdırma mərkəzlərinə belə bir məktub yazıb, maraqlı eksperiment aparmaq olar…
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.