CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan vətəndaşların əyani qəbulu dayandırılır

© Justin Sullivan/Getty Images/AFPMəmur portfeli, arxiv şəkli
Məmur portfeli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar onlayn növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.
BAKI, 31 yanvar — Sputnik. Fevralın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbulu yalnız onlayn qaydada və ya "Whatsapp" ilə qeydiyyat əsasında aparılacaq.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd COVİD-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.
Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 "WhatsApp" nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.
Qeyd edək ki, son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Buster" doza bu şəxslər üçün vacibdir
Həkim uşaqları “İnfluenza” virusundan qorumağın yollarını açıqlayıb
Azərbaycanda COVID-19-la bağlı bu gündən dəyişən QAYDALAR
Xəbər lenti
0