https://sputnik.az/20220124/azerbaycanda-covid-19-la-bagli-bu-gunden-deyisen-qaydalar-438429778.html
Azərbaycanda COVID-19-la bağlı bu gündən dəyişən QAYDALAR
Azərbaycanda COVID-19-la bağlı bu gündən dəyişən QAYDALAR
Sputnik Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatı ölkələri COVID-19-la aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırıb. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T08:04+0400
2022-01-24T08:04+0400
2022-01-24T08:04+0400
səhiyyə
qayda
azərbaycanda koronavirus: son xəbərlər
koronavirus
covid-19
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42413/82/424138213_0:0:963:541_1920x0_80_0_0_30f5239144a68c1739f6e65d47ff722a.jpg
BAKI, 24 yanvar — Sputnik. Azərbaycan COVID-19 infeksiyası ilə bağlı görülən tədbirlərdə bu gündən müəyyən dəyişikliklər qüvvəyə minir.Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun "Omikron" ştamının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri COVID-19-la aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.Bu baxımdan, yeni ştammın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib."Beynəlxalq təcrübəni, həmçinin mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin, onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır."Omikron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:• Maska taxın.• Vaxtaşırı əllərinizi yuyun, yaxud antiseptik vasitələrdən istifadə edin.• Fiziki məsafə saxlayın.• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.• Vaksin olunun.Virusa yoluxduğunuz halda:• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.• Təcrid olduğunuz yeri vaxtaşırı havalandırın.• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.• Bol maye için.• Yataq rejiminə riayət edin.• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən, venadaxili mayelərin köçürülməsindən uzaq durun.• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici ("buster") doza ilə vaksin olunmağa çağırırıq", - qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42413/82/424138213_0:0:721:541_1920x0_80_0_0_697c26ad949f93c155e50f159ee9bbf2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycanda covid-19-la bağlı bu gündən dəyişən qaydalar video
azərbaycanda covid-19-la bağlı bu gündən dəyişən qaydalar video
Azərbaycanda COVID-19-la bağlı bu gündən dəyişən QAYDALAR
Ümumdünya Səhiyyə Təşkilatı ölkələri COVID-19-la aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırıb.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycan COVID-19 infeksiyası ilə bağlı görülən tədbirlərdə bu gündən müəyyən dəyişikliklər qüvvəyə minir.
Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun "Omikron" ştamının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri COVID-19-la aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.
Bu baxımdan, yeni ştammın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.
"Beynəlxalq təcrübəni, həmçinin mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin, onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.
"Omikron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:
• Vaxtaşırı əllərinizi yuyun, yaxud antiseptik vasitələrdən istifadə edin.
• Fiziki məsafə saxlayın.
• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.
Virusa yoluxduğunuz halda:
• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.
• Təcrid olduğunuz yeri vaxtaşırı havalandırın.
• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.
• Yataq rejiminə riayət edin.
• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.
• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.
• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən, venadaxili mayelərin köçürülməsindən uzaq durun.
• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.
• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.
Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici ("buster") doza ilə vaksin olunmağa çağırırıq", - qeyd olunub.