Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkim uşaqları “İnfluenza” virusundan qorumağın yollarını açıqlayıb

© Sputnik / Валерий Титиевский / Mediabanka keçidUşaq pəncərədən baxır, arxiv şəkli
Uşaq pəncərədən baxır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Valideynlərə tövsiyə edilir ki, övladlarını ümumiyyətlə vacib olan bütün peyvəndlərlə təmin etsinlər.
BAKI, 16 yanvar — Sputnik. Həkim-pediatr Telman Aytayev uşaqları "influenza" virusundan qoruma yollarını açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, həkim son vaxtlar uşaqlar arasında virusla xəstələnmə hallarının sayının artdığına diqqət çəkib.
Onun sözlərinə görə, xüsusilə məktəbyaşlılar arasında təmas çox olduğu üçün onların virusla yoluxması halına daha çox rast gəlinir:
"Uşaqlar arasında yayılan infeksiya "influenza"nın A ştamıdır. Başqa adı ilə H1N1 virusu da adlandırılır. Bu virus, demək olar ki, hər il pandemik vəziyyət yaradır. Belə xəstələrdə infeksiya ilə əlaqədar 3-5 gün davam edən yüksək hərarət və öskürək normaldır. "İnfluenza" virusundan qorunmaq üçün ona qarşı vaksin olunmaq vacibdir".
Həkim-mütəxəssis bildirib ki, "İnfluenza" xəstəliyi azyaşlı uşaqlar və yaşlılar üçün daha çox təhlükə yaradır. Xüsusən də yaşı beşdən aşağı olan körpələr, 60-dan yuxarı olan yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkənlər "influenza"nın risk qrupuna aiddirlər.
Ona görə də "influenza" virusundan qorunmaq üçün infeksiya əleyhinə peyvəndlənmək vacibdir. Peyvəndləmə nəticəsində "influenza" virusundan 60-70 faiz qorunmaq mümkündür.
"Səhiyyə Nazirliyi son günlər uşaqlar arasında geniş yayılmış xəstəlik “influenza” virusu olduğunu rəsmi təsdiq edib. Bildirlib ki, həmin virusu yeni növ koronavirus (COVID-19) infeksiyasından fərqləndirmək çətindir. Lakin nəzərə almaq lazımdır ki, qrip əlamətlərinə "influenza"da daha çox, koronavirusda isə daha az rast gəlinir", - deyən həkim həmin virusdan qorunmaq üçün profilaktik tədbirlərin önəmli olduğunu qeyd edib.
"Peyvənd vurdurmaqdan başqa, tibbi maska taxmaq, sağlam və vitaminli qidalar qəbul etmək lazımdır. Bu cür şəxsi gigiyena qaydalarına əməl etməklə istənilən virusdan müəyyən qədər də olsa, qorunmaq mümkündür. Valideynlərə tövsiyə edilir ki, övladlarını ümumiyyətlə vacib olan bütün peyvəndlərlə təmin etsinlər", - Aytayev deyib.
Xatırladaq ki, son günlər uşaqlar arasında yayılan xəstəlik qripin, yəni "influenza” virusunun A və ya B ştamıdır. Bəzi hallarda mənşəyi bilinməyən və təhlükəli virus adlandırılan "influenza”nın A və B ştamları tibb elminə uzun illərdir ki məlumdur. “İnfluenza” virusu hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.
Həmçinin oxuyun:
Uşaqlar arasında yayılan virus nədir? Nazirlik və mütəxəssislər həyəcan təbili çalır
Azərbaycanda uşaqlar arasında kütləvi yayılmış virus nədir?
Xəbər lenti
0