https://sputnik.az/20220131/bezi-ag-qara-filmlerin-renglenmesi-muellifin-fikrine-hormetsizlikdir---nazirlik-resmisi-438674257.html
Bəzi ağ-qara filmlərin rənglənməsi müəllifin fikrinə hörmətsizlikdir - Nazirlik rəsmisi
Bəzi ağ-qara filmlərin rənglənməsi müəllifin fikrinə hörmətsizlikdir - Nazirlik rəsmisi
Sputnik Azərbaycan
Dövlət Film Fondunda bərpa işləri aparılır. Orada həyata keçirilən bərpa prosesləri daha çox kinolent üzərindədir.
2022-01-31T10:00+0400
2022-01-31T10:00+0400
2022-01-31T10:00+0400
film
mədəniyyət
kino
bərpa
lent
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_0:320:3073:2048_1920x0_80_0_0_07a0c125cea9917d4e6023c1e3fd3da7.jpg
BAKI, 31 yanvar — Sputnik. Ötən həftə Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” bədii filminin bərpa olunmuş formatda nümayişi olub. “Balans” studiyası bundan əvvəl Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi" filmlərini rəqəmsal formatda bərpa edib. Bəs digər filmlərimiz necə, bərpa olunurmu?Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin baş məsləhətçisi Ramil Ələkbərovun Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rəng korreksiyası, filmlərin bərpası Azərbaycan Dövlət Film Fondu tərəfindən davamlı olaraq həyata keçirilir:"Bərpa prosesi uzun prosesdir. Bir filmin bərpası üçün 2 aya yaxın vaxt lazımdır".R.Ələkbərov bildirir ki, son bir il ərzində “Uzaq sahillərdə”, “Ögey ana”, “Sehrli xalat”, “Sarı gəlin”, “Şərikli çörək”, “Onu bağışlamaq olarmı”, “O qızı tapın”, “Nizami”, Möcüzələr adası”, “İstintaq”, “Babək” və digər filmlər yendən bərpa olunaraq televiziya kanallarına paylanıb:"Bundan başqa, son il ərzində Qarabağ mövzusuna həsr olunmuş 7 sənədli film bərpa olunub. “Bülbül”, “Divlər sarayı”, “İlmələrin nağılı”, “Köç”, “Qarabağa səyahət”, “Natəvan”, “Şuşa”. Bu filmlərin fraqmentlərindən cənab Prezidentin də iştirakı ilə Şuşada keçirilmiş “Xarı bülbül festivalı”nda və “Vaqif Poeziya günləri”ndə istifadə olunub. Fondun arxivində saxlanılan və bərpa olunmamış digər filmlər üzərində də 2022-ci ildə işlər davam etdiriləcək. Bərpa və restavrasiya prosesi Film Fondunun fəaliyyət istiqamətlərindən birini təşkil edir".Qurum rəsmisi bildirir ki, rəngləmə və restavrasiya tamam fərqli anlayışlardır. Filmlərin kütləvi rənglənməsi absurd anlayışdır. Ağ-qara filmin rənglənməsi prosesi mütəxəssislərin rəyi və kollegial qərarı ilə baş verir:"Hər bir ölkədə simvolik olaraq 1-2 film rənglənib ki, bu da hər hansı bir mədəniyyət daşıyıcı olan film olur. Məsələn, gürcülər “Əsgər atası” filmini rəngləyiblər. Bizdə isə Heydər Əliyev Fondu və “Ata Holding” tərəfidən rənglənən və restavrasiya olunan film “Arşın mal alan” filmidir. Bunun səbəbi sadədir: Filmlərin rənglənməsi müəllif hüquqlarına zidd anlayışdır. Məsələn, 70-ci illərdə çəkilmiş “Yeddi oğul istərəm”in çəkilişi zamanı rəngli film mövcud idi, amma Tofiq Tağızadə onu bilərəkdən ağ-qara çəkib. Bütün geyim, mizan-səhnələr və bütünlükə çəkiliş ağ-qara film üçün hesablanıb. Onu indi rəngləmək həm də müəllifin fikrinə hörmətsizlikdir. Belə bir hal üçün xüsusi komissiya təşkil olunmalıdır".Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov bildirir ki, filmin bərpası zamanı bəzi nüanslara diqqət yetirmək lazımdır:""Balans" studiyası filmlərin bərpası üçün bizə dəstək olur. Onların avadanlıqları daha müasirdir. Ötən gün artıq 4-cü bərpa olunmuş filmi təqdim etdik. Filmin bərpası zamanı çalışmaq lazımdır ki, həmin filmə müdaxilə edilməsin. "Balans"da əvvəlki filmlərində müdaxilə etmişdilər, "Bir cənub şəhərində"də bunu etmədilər. Onlar bunun üçün sponsor tapıblar. Bu, Azərbaycan kinosuna bir dəstəkdir".R.Qasımov bildirir ki, Dövlət Film Fondunda da bərpa işləri aparılır. Orada həyata keçirilən bərpa prosesləri daha çox kinolent üzərindədir:"Bizdə xüsusi qurğular var ki, onlar vasitəsi ilə kinolentlər təmizlənir. Bunun üzərində mütəxəssilər işləyirlər. Lentin kimyəvi tərkibi çox həssasdır. Bizdə kinolent var ki, onun yaşı 100 ildən çoxdur. Onların çoxu istismara məruz qalıb. Yəni, kinoteatrlarda müxtəlif vaxtlarda nümayiş olunub. Onların istismarı çox olduğuna görə, müəyyən zədələr alıb".Şöbə müdrinin sözlərinə görə, bərpa işləri "Savalan Film" studiyasında da həyata keçirilir. Orada filmin bərpası skayner vasitəsi ilə həyata keçirilir:"Filmskaynerdə kadrbakadr işləyirlər. Film üzərində olan cızıqları, nöqtələri daha professional şəkildə aradan qaldırırlar. Bu da çox böyük zaman tələb edir".O ki qaldı filmlərin rənglənməsinə, kinoşünas filmlərin rənglənməsini doğru hesab etmir:"Bu, müəllif hüquqlarına tamamilə ziddir. Fikir verin, xarici filmlərə, Çarli Çaplinin filmlərinə. Film sektorunda öz sözünü demiş ölkələr belə, filmlərini rəngləmirlər. Məsələn, Tofiq Tağızadə "Uzaq sahillərdə" filmini ağ-qara çəkən vaxt, bizdə rəngli filmlər var idi. O filmin dramaturgiyasına uyğun olaraq ağ-qara çəkməyi daha məqsədə uyğun hesab edib. Bizim ixtiyarımız yoxdur ki, biz onu rəngləyək".Amma elə filmlər var ki, onlar rənglənə bilər. Həmsöhbətimiz bildirir ki, dünyada da, azərbaycanda da elə filmlər var ki, onlar ağ-qara lentə çəkilib, sonradan rənglənib:"Müəyyən filmlər var, hansı ki, onlar mədəniyyət daşıyıcısıdırlar, onlar rənglənir. Məsələn, bizdə "Arşın mal alan"ı rənglədilər. Çünki, "Arşın mal alan" təkcə bədii film deyil. Orada milli geyimlər, adət-ənənlər var". "Bir müddət öncə Qazaxıstanfilm kinostudiyasında yanğın baş verdi. Yanğın zamanı xeyli sayda filmin letnləri məhv olub. Bəs bizdə Azərbaycan filmlərinin qorunması nə dərəcədə həyata keçirilir?" sualına R.Qasımovun cavabı belə oldu:"Bizdə olan bütün Sovet dövrü filmlərinin neqativləri Rusiyada var. Müstəqillik dövründə çəkilən filmlərin isə neqativləri və pozitivləri ayrı-ayrı bokslarda saxlanılır. Həmin bokslar isə çox ciddi şəkildə izoliyasiya olunur".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:"Bəs o əjdahadan bizdə niyə yoxdur?" - kinoşəhərciyi nə vaxt salınacaq"Bir cənub şəhərində": yeni versiya - VİDEO-FOTO"Ulduz" filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalırSəidə Quliyeva: "Bizdə yaxşı rejissor barmaqla sayılacaq qədərdir " - VİDEO
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_27:0:2758:2048_1920x0_80_0_0_68f79b2c122c88d011adea1d08843917.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəzi ağ-qara filmlərin rənglənməsi müəllifin fikrinə hörmətsizlikdir - nazirlik rəsmisi
bəzi ağ-qara filmlərin rənglənməsi müəllifin fikrinə hörmətsizlikdir - nazirlik rəsmisi
Bəzi ağ-qara filmlərin rənglənməsi müəllifin fikrinə hörmətsizlikdir - Nazirlik rəsmisi
Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov bildirir ki, filmin bərpası zamanı bir bəzi nüanslara diqqət yetirmək lazımdır.
BAKI, 31 yanvar — Sputnik. Ötən həftə Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” bədii filminin bərpa olunmuş formatda nümayişi olub. “Balans” studiyası bundan əvvəl Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi" filmlərini rəqəmsal formatda bərpa edib. Bəs digər filmlərimiz necə, bərpa olunurmu?
Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin baş məsləhətçisi
Ramil Ələkbərovun
Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rəng korreksiyası, filmlərin bərpası
Azərbaycan Dövlət Film Fondu tərəfindən davamlı olaraq həyata keçirilir:
"Bərpa prosesi uzun prosesdir. Bir filmin bərpası üçün 2 aya yaxın vaxt lazımdır".
R.Ələkbərov bildirir ki, son bir il ərzində “Uzaq sahillərdə”, “Ögey ana”, “Sehrli xalat”, “Sarı gəlin”, “Şərikli çörək”, “Onu bağışlamaq olarmı”, “O qızı tapın”, “Nizami”, Möcüzələr adası”, “İstintaq”, “Babək” və digər filmlər yendən bərpa olunaraq televiziya kanallarına paylanıb:
"Bundan başqa, son il ərzində Qarabağ mövzusuna həsr olunmuş 7 sənədli film bərpa olunub. “Bülbül”, “Divlər sarayı”, “İlmələrin nağılı”, “Köç”, “Qarabağa səyahət”, “Natəvan”, “Şuşa”. Bu filmlərin fraqmentlərindən cənab Prezidentin də iştirakı ilə Şuşada keçirilmiş “Xarı bülbül festivalı”nda və “Vaqif Poeziya günləri”ndə istifadə olunub. Fondun arxivində saxlanılan və bərpa olunmamış digər filmlər üzərində də 2022-ci ildə işlər davam etdiriləcək. Bərpa və restavrasiya prosesi Film Fondunun fəaliyyət istiqamətlərindən birini təşkil edir".
Qurum rəsmisi bildirir ki, rəngləmə və restavrasiya tamam fərqli anlayışlardır. Filmlərin kütləvi rənglənməsi absurd anlayışdır. Ağ-qara filmin rənglənməsi prosesi mütəxəssislərin rəyi və kollegial qərarı ilə baş verir:
"Hər bir ölkədə simvolik olaraq 1-2 film rənglənib ki, bu da hər hansı bir mədəniyyət daşıyıcı olan film olur. Məsələn, gürcülər “Əsgər atası” filmini rəngləyiblər. Bizdə isə Heydər Əliyev Fondu və “Ata Holding” tərəfidən rənglənən və restavrasiya olunan film “Arşın mal alan” filmidir. Bunun səbəbi sadədir: Filmlərin rənglənməsi müəllif hüquqlarına zidd anlayışdır. Məsələn, 70-ci illərdə çəkilmiş “Yeddi oğul istərəm”in çəkilişi zamanı rəngli film mövcud idi, amma Tofiq Tağızadə onu bilərəkdən ağ-qara çəkib. Bütün geyim, mizan-səhnələr və bütünlükə çəkiliş ağ-qara film üçün hesablanıb. Onu indi rəngləmək həm də müəllifin fikrinə hörmətsizlikdir. Belə bir hal üçün xüsusi komissiya təşkil olunmalıdır".
Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov bildirir ki, filmin bərpası zamanı bəzi nüanslara diqqət yetirmək lazımdır:
""Balans" studiyası filmlərin bərpası üçün bizə dəstək olur. Onların avadanlıqları daha müasirdir. Ötən gün artıq 4-cü bərpa olunmuş filmi təqdim etdik. Filmin bərpası zamanı çalışmaq lazımdır ki, həmin filmə müdaxilə edilməsin. "Balans"da əvvəlki filmlərində müdaxilə etmişdilər, "Bir cənub şəhərində"də bunu etmədilər. Onlar bunun üçün sponsor tapıblar. Bu, Azərbaycan kinosuna bir dəstəkdir".
R.Qasımov bildirir ki, Dövlət Film Fondunda da bərpa işləri aparılır. Orada həyata keçirilən bərpa prosesləri daha çox kinolent üzərindədir:
"Bizdə xüsusi qurğular var ki, onlar vasitəsi ilə kinolentlər təmizlənir. Bunun üzərində mütəxəssilər işləyirlər. Lentin kimyəvi tərkibi çox həssasdır. Bizdə kinolent var ki, onun yaşı 100 ildən çoxdur. Onların çoxu istismara məruz qalıb. Yəni, kinoteatrlarda müxtəlif vaxtlarda nümayiş olunub. Onların istismarı çox olduğuna görə, müəyyən zədələr alıb".
Şöbə müdrinin sözlərinə görə, bərpa işləri "Savalan Film" studiyasında da həyata keçirilir. Orada filmin bərpası skayner vasitəsi ilə həyata keçirilir:
"Filmskaynerdə kadrbakadr işləyirlər. Film üzərində olan cızıqları, nöqtələri daha professional şəkildə aradan qaldırırlar. Bu da çox böyük zaman tələb edir".
O ki qaldı filmlərin rənglənməsinə, kinoşünas filmlərin rənglənməsini doğru hesab etmir:
"Bu, müəllif hüquqlarına tamamilə ziddir. Fikir verin, xarici filmlərə, Çarli Çaplinin filmlərinə. Film sektorunda öz sözünü demiş ölkələr belə, filmlərini rəngləmirlər. Məsələn, Tofiq Tağızadə "Uzaq sahillərdə" filmini ağ-qara çəkən vaxt, bizdə rəngli filmlər var idi. O filmin dramaturgiyasına uyğun olaraq ağ-qara çəkməyi daha məqsədə uyğun hesab edib. Bizim ixtiyarımız yoxdur ki, biz onu rəngləyək".
Amma elə filmlər var ki, onlar rənglənə bilər. Həmsöhbətimiz bildirir ki, dünyada da, azərbaycanda da elə filmlər var ki, onlar ağ-qara lentə çəkilib, sonradan rənglənib:
"Müəyyən filmlər var, hansı ki, onlar mədəniyyət daşıyıcısıdırlar, onlar rənglənir. Məsələn, bizdə "Arşın mal alan"ı rənglədilər. Çünki, "Arşın mal alan" təkcə bədii film deyil. Orada milli geyimlər, adət-ənənlər var".
"Bir müddət öncə Qazaxıstanfilm kinostudiyasında yanğın baş verdi. Yanğın zamanı xeyli sayda filmin letnləri məhv olub. Bəs bizdə Azərbaycan filmlərinin qorunması nə dərəcədə həyata keçirilir?" sualına R.Qasımovun cavabı belə oldu:
"Bizdə olan bütün Sovet dövrü filmlərinin neqativləri Rusiyada var. Müstəqillik dövründə çəkilən filmlərin isə neqativləri və pozitivləri ayrı-ayrı bokslarda saxlanılır. Həmin bokslar isə çox ciddi şəkildə izoliyasiya olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.