Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Bəs o əjdahadan bizdə niyə yoxdur?" - kinoşəhərciyi nə vaxt salınacaq

© AP Photo / Julio CortezÇəkliş
Çəkliş - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Belə şəhərciyin tikilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə, Özbəkistanın kino sənayesinin inkişafına güclü təkan verəcək. Bəs Azərbaycanda vəziyyət necədir?
BAKI, 16 yanvar — Sputnik. Özbəkistanda kino sənayesinin inkişaf etdirilməsi məqsədilə kinoşəhərcik salınacaq. Layihənin reallaşması üçün Daşkənd vilayətinin Bostanlıq rayonunda 50 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Kinoşəhərciyin tikilməsi 2022-2026-cı illərdə Özbəkistanın Strateji İnkişaf layihəsində yer alıb. Ekspertlər hesab edir ki, belə şəhərciyin tikilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə, Özbəkistanın kino sənayesinin inkişafına güclü təkan verəcək.
İnkişaf baxımından bizdən xeyli zəif inkişaf etmiş ölkələrdə belə, hazırda bu sahədə islahatlar gedir. Bu yerdə milli kinolarımızdan bir fraqmet yadıma düşdü. "Bəyin oğurlanması" kinosunda deyilən kimi desək "bəs o əjdahadan bizdə niyə yoxdur?"
İllər öncə Azərbaycanda da kinonun inşafı üçün kinoşəhərciyinin tikilməsi nəzərdə tutulmuşdu. Amma təəssüf ki, bu plan həyata keçmədi. Bəs görəsən, ölkəmizdə kinomuzun inkişafına təkan verəcək məkan nə vaxt tikiləcək?
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adlı yerdə Audiovizual və interaktiv media şöbəsində baş məsləhətçisi Ramil Ələkbərovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, "Azərbaycanfilm" kinostudiyası hələ keçən əsrin 60-cı illərində hazırda yerləşdiyi əraziyə köçürülüb. Bu ərazi kino şəhərciyi şəklində nəzərdə tutulub:
"Burada "Azərbaycanfilm" kinostudiyası üçün inzibati binalar, dövrün kino sənayesi üçün lazım olan obyektlər – kino laboratoriyaları, müxtəlif texniki və yaradıcı sexlər, çəkiliş pavilyonları salınıb. Hazırda kinostudiya həmin ərazidə fəaliyyətini davam etdirir".
R.Ələkbərov qeyd edir ki, 2021-ci ildə Prezidentin Ehtiyat Fondundan ayrılan maliyyə vəsaiti hesabına "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasını gücləndirmək məqsədilə yeni çəkiliş avadanlıqları alınıb. 2021-ci il ərzində bu avadanlıqlardan istifadə edilərək yeni filmlər istehsal olundu:
"Hazırda kinostudiya ərazisində yenilənmə işləri davam etdirilir. Pavilyonların və inzibatı binanın bir hissəsinin təmiri reallaşıb. İnfrastrukturun yenilənməsi və şəraitin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir".
Xəbər lenti
0