https://sputnik.az/20220130/ermenilerin-ogurladigi-azerbaycan-mahnilari---vdeo-438570044.html
Ermənilərin oğurladığı Azərbaycan mahnıları - VİDEO
Ermənilərin oğurladığı Azərbaycan mahnıları - VİDEO
Sputnik Azərbaycan
Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən... 30.01.2022, Sputnik Azərbaycan
2022-01-30T12:28+0400
2022-01-30T12:28+0400
2022-01-30T12:48+0400
musiqi
mədəniyyət
erməni
mahnı
ermənistan
oğurluq
azərbaycan
saxtakarlıq
https://cdnn1.img.sputnik.az/img/41908/72/419087233_0:86:1920:1166_1920x0_80_0_0_ca1c9b39527da74c85067cbb4b6fa974.jpg
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını zaman-zaman erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Sputnik Azərbaycan ermənilər tərəfindən özününkiləşdirilmiş Azərbaycan mahnılarını təqdim edir.Ermənilər dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bəstələdiyi "Arşın mal alan"ın musiqisini "Ermənistanda doğulmuşlar" adı ilə ifa ediblər.Başqa bir mahnı isə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur "Vokaliz"dir. Bu dəfə mahnını erməni müğənnisi Siruşo (Siranuş Harutyunyan) "Yurmala" festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim edib.Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova bu mahnını ilk dəfə 2001-ci ildə ifa edib. Mahnının səs-sorağı ölkə hüdudlarını aşıb. 2005-ci ildə isə erməni müğənnisi Vartuni Vartanyan da bu mahnını ifa edərək, onu erməniləşdirmiş, özününküləşdirmişdi.Bu cür mahnılarımızdan biri bəstəkar Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur "Tut ağacı" mahnısıdır. Qeyd edək ki, bu mahnı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub. İlk dəfə rusiyalı müğənni onu "Ana" mahnısı kimi təqdim edib oxuduqdan sonra erməni müğənni tərəfindən erməni mahnısı kimi oxunmuşdu. Həmçinin mahnı elə "Tut ağacı" adı altında yunan müğənni tərəfindən yunan mahnısı kimi təqdim olunmuşdu.Azərbaycanın məşhur xalq mahnısı "Tut ağacı boyunca" mahnısı isə dəfələrlə ermənilər tərəfindən oğurlanaraq, özününküləşdirilib. Lakin maraqlı fakt budur ki, bir neçə il öncə Rusiyada yaşayan erməni müğənnisi Vaçik Oqanyan bu mahnını məhz Azərbaycan dilində oxumuşdu. Eləcə də Bakıda anadan olmuş "Boka" ləqəbli məşhur erməni əsilli müğənni Boris Davidyan da başqa bir Azərbaycan xalq mahnısını - "Bu qala, daşlı qala"nı Azərbaycan dilində ifa etmişdi.Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu "Yerevan" mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı "Arşın mal alan" operettasından "Əsgərin mahnısı"nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.Bir faktı da qeyd edək ki, Xaçaturyanın "Armenin rəqsi", "Karen və Nunenin rəqsi", "Erməni-kürd rəqsi" və digər rəqslərin əslində erməniləşdirilmiş "Şələqoy" və "Uzundərə" rəqslərimiz olduğu da artıq çoxlarına məlumdur.Uzun illərdir ki, özəlləşdirməyə çalışdıqları mahnılardan biri də Azərbaycanın xalq mahnısı "Sarı gəlin"dir. Rusiyada aşkar olunan "The art of armenian duduk" ("Maqiçeskiy Duduk") adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanmışdır. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin "Sənə də qalmaz", Rauf Hacıyevin "Saçlarına gül düzüm", Cahangir Cahangirovun "Ay qız", Emin Sabitoğlunun "Neyləyim", Eldar Mansurovun "Melodiya", "Gecə zəngləri" və Ələkbər Tağıyevin "Sən gəlməz oldun" kimi məşhur musiqi əsərləri var.Aram Asatryan adlı erməni müğənnisi Əməkdar artistimiz Ədalət Şükürovun 2003-cü ildə ifa etdiyi və klip çəkdirdiyi "Serenada" (Pəncərə) mahnısını özəlləşdirib.1978-ci ildə Hüseyn Seyidzadənin lentə aldığı "Qaynana" filminə yazılmış sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə məxsus olan "Mehribanlıq" mahnısı da mənfur qonşularımız tərəfindən oğurlanıb.Dillər əzbəri olan, 1972-ci ildə Bəhram Nəsibov tərəfindən (sözləri Rəfiq Zəka Xəndanındır) yazılmış "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") mahnısı da bu qəbildəndir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Qarabağın alban-qıpçaq tarixinə dair kitab nəşr olunubArxeoloqlarımız ermənilərin daha bir saxtakarlığını ifşa etdiQarabağın dağıdılmış kilsələri: Avropaya həqiqəti göstərdik - Video
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41908/72/419087233_132:0:1839:1280_1920x0_80_0_0_2705a1abe6e95e0a10631fd6dec4db7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənilərin oğurladığı azərbaycan mahnıları - video
ermənilərin oğurladığı azərbaycan mahnıları - video
Ermənilərin oğurladığı Azərbaycan mahnıları - VİDEO
12:28 30.01.2022 (Yenilənib: 12:48 30.01.2022) Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Məşhur Azərbaycan bəstəkarlarından
Üzeyir Hacıbəylinin,
Qara Qarayevin,
Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını zaman-zaman erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.
Sputnik Azərbaycan ermənilər tərəfindən özününkiləşdirilmiş Azərbaycan mahnılarını təqdim edir.
Ermənilər dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bəstələdiyi "Arşın mal alan"ın musiqisini "Ermənistanda doğulmuşlar" adı ilə ifa ediblər.
Başqa bir mahnı isə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur "Vokaliz"dir. Bu dəfə mahnını erməni müğənnisi Siruşo (Siranuş Harutyunyan) "Yurmala" festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim edib.
Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova bu mahnını ilk dəfə 2001-ci ildə ifa edib. Mahnının səs-sorağı ölkə hüdudlarını aşıb. 2005-ci ildə isə erməni müğənnisi Vartuni Vartanyan da bu mahnını ifa edərək, onu erməniləşdirmiş, özününküləşdirmişdi.
Bu cür mahnılarımızdan biri bəstəkar Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur "Tut ağacı" mahnısıdır. Qeyd edək ki, bu mahnı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub. İlk dəfə rusiyalı müğənni onu "Ana" mahnısı kimi təqdim edib oxuduqdan sonra erməni müğənni tərəfindən erməni mahnısı kimi oxunmuşdu. Həmçinin mahnı elə "Tut ağacı" adı altında yunan müğənni tərəfindən yunan mahnısı kimi təqdim olunmuşdu.
Azərbaycanın məşhur xalq mahnısı "Tut ağacı boyunca" mahnısı isə dəfələrlə ermənilər tərəfindən oğurlanaraq, özününküləşdirilib. Lakin maraqlı fakt budur ki, bir neçə il öncə Rusiyada yaşayan erməni müğənnisi Vaçik Oqanyan bu mahnını məhz Azərbaycan dilində oxumuşdu. Eləcə də Bakıda anadan olmuş "Boka" ləqəbli məşhur erməni əsilli müğənni Boris Davidyan da başqa bir Azərbaycan xalq mahnısını - "Bu qala, daşlı qala"nı Azərbaycan dilində ifa etmişdi.
Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu "Yerevan" mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı "Arşın mal alan" operettasından "Əsgərin mahnısı"nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.
Bir faktı da qeyd edək ki, Xaçaturyanın "Armenin rəqsi", "Karen və Nunenin rəqsi", "Erməni-kürd rəqsi" və digər rəqslərin əslində erməniləşdirilmiş "Şələqoy" və "Uzundərə" rəqslərimiz olduğu da artıq çoxlarına məlumdur.
Uzun illərdir ki, özəlləşdirməyə çalışdıqları mahnılardan biri də Azərbaycanın xalq mahnısı "Sarı gəlin"dir.
Rusiyada aşkar olunan "The art of armenian duduk" ("Maqiçeskiy Duduk") adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanmışdır. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin "Sənə də qalmaz", Rauf Hacıyevin "Saçlarına gül düzüm", Cahangir Cahangirovun "Ay qız", Emin Sabitoğlunun "Neyləyim", Eldar Mansurovun "Melodiya", "Gecə zəngləri" və Ələkbər Tağıyevin "Sən gəlməz oldun" kimi məşhur musiqi əsərləri var.
Aram Asatryan adlı erməni müğənnisi Əməkdar artistimiz Ədalət Şükürovun 2003-cü ildə ifa etdiyi və klip çəkdirdiyi "Serenada" (Pəncərə) mahnısını özəlləşdirib.
1978-ci ildə Hüseyn Seyidzadənin lentə aldığı "Qaynana" filminə yazılmış sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə məxsus olan "Mehribanlıq" mahnısı da mənfur qonşularımız tərəfindən oğurlanıb.
Dillər əzbəri olan, 1972-ci ildə Bəhram Nəsibov tərəfindən (sözləri Rəfiq Zəka Xəndanındır) yazılmış "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") mahnısı da bu qəbildəndir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.