CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Brüsseldə COVID-lə bağlı məhdudiyyətlərin əleyhdarları hökumətin istefasını tələb ediblər

© REUTERS / Francois LenoirBelçika - Brüksel - Zaventem Havalimanı
Belçika - Brüksel - Zaventem Havalimanı  - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Əsas tələblər hələ də koronavirus sertifikatının ləğvini ehtiva edir, onsuz restoranlara, kinoteatrlara, idman zallarına getmək mümkün deyil.
BAKI, 30 yanvar - Sputnik. Bazar günü minlərlə nümayişçi ilin əvvəlindən bəri üçüncü dəfə Brüssel küçələrinə çıxaraq koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə bir daha etiraz edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, nümyişçilər həmçinin hökumətin istefasını tələb ediblər.
Bu dəfəki aksiyanın təşkilatçısı Birləşmiş Belçika Azadlıq naminə ictimai hərəkatdır. Aksiya zamanı təşkilatçılar liberal Aleksandr de Kroonun hazırkı koalisiya hökumətinin buraxılması proseduruna başlamaq üçün Belçika Nümayəndələr Palatasına (Parlament) müraciət etmək üçün imza toplayırlar.
Əsas tələblər hələ də koronavirus sertifikatının ləğvini ehtiva edir, onsuz restoranlara, kinoteatrlara, idman zallarına getmək mümkün deyil.
Bundan əlavə, etirazçılar Belçikada tibb işçiləri üçün tətbiq edilməsi planlaşdırılan məcburi peyvəndin əleyhinədirlər.
Bir həftə əvvəl Brüsseldə keçirilən analoji aksiyada 50 mindən çox insan iştirak edib. Əvvəlcə dinc mitinq nümayişçilərlə polis arasında toqquşmaya çevrilib, bir neçə nümayişçi və polis xəstəxanalara aparılıb. Aksiya nəticəsində üçü azyaşlı olmaqla 11 nəfər həbs edilib. Belçikada cümə günü bəzi koronavirus məhdudiyyətlərini yüngülləşdirilib.
Yanvarın 24-dən Azərbaycanda COVID-19 xəstələrilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yoluyla keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".
Xatırladaq ki, Azərbaycana xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb.
Bildirək ki, hazırda Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un "Omicron" ştammı qeydə alınıb.
Koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
SN rəsmisi Azərbaycanda pandemiyanın bitəcəyi vaxt haqda
"Pfizer" Omikrona qarşı peyvəndin klinik sınaqlarına başlayır
Azərbaycanda karantin müddəti niyə azaldıldı
Omikron ilə pandemiyanın sonu gəlir? - ÜST-dən bəyanat
Omikron ştammını testsiz aşkarlamağın yolu
Xəbər lenti
0