https://sputnik.az/20220126/sn-resmisi-azerbaycanda-pandemiyanin-biteceyi-vaxt-haqda-438528359.html
SN rəsmisi Azərbaycanda pandemiyanın bitəcəyi vaxt haqda
SN rəsmisi Azərbaycanda pandemiyanın bitəcəyi vaxt haqda
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin infeksionisti pandemiyanın nə vaxt bitəcəyi barədə proqnoz verib. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T16:03+0400
2022-01-26T16:03+0400
2022-01-26T16:14+0400
peyvənd
səhiyyə
səhiyyə nazirliyi
icbari tibbi sığorta üzrə dövlət agentliyi
təbib
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083219_0:0:3072:1728_1920x0_80_0_0_dd63554bb0005a3ec05efde563a76c1e.jpg
BAKI, 26 yanvar — Sputnik. “Müəyyən vaxtdan sonra, təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq”.Sputnik Azərbaycan bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.O bildirib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək: “Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik, onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, ölkədə pandemiya yaxın gələcəkdə bitəcək”.“Bir neçə həftə ərzində “Omikron” ştammı digər növləri sıxışdırıb. Bu gün bu ştamm daha çox yayılıb”, - Təyyar Eyvazov deyib.Onun sözlərinə görə, artıq koronavirusa yoluxanların hansı ştamla xəstələnməsi əhəmiyyətli məsələ deyil: “Çünki yoluxanların 90%-in üzərində “Omikron”la əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir”.Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib.Sputnik Azərbaycan xəbər verir ki, üç qurumun birgə məlumatında deyilir:Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə, ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa, COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz, yaxud yüngül simptomlarla keçirirsinizsə, xəstəliyin ailənizə, ətrafınızdakılara yoluxmaması üçün evdə müalicə, təcridolunma qaydalarına riayət etməyiniz tövsiyə olunur:• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;• Maska taxın;• Tez-tez əllərinizi yuyun, ya da antiseptik vasitələrdən istifadə edin;• Təcrid olduğunuz yeri tez-tez havalandırın;• Ortaq istifadə olunan sahələrin mütəmadi dezinfeksiyasını aparın;• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;• Bol maye için;• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin, rahat yuxu);• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;• Tibb bacıları, kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C, D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra "İmmunitet sertifikatı" əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083219_261:0:2992:2048_1920x0_80_0_0_d917f77ad6e54f1054c087c67726b6cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan səhiyyə nazirliyi: yeddi gün sonra...
azərbaycan səhiyyə nazirliyi: yeddi gün sonra...
SN rəsmisi Azərbaycanda pandemiyanın bitəcəyi vaxt haqda
16:03 26.01.2022 (Yenilənib: 16:14 26.01.2022) Səhiyyə Nazirliyinin infeksionisti pandemiyanın nə vaxt bitəcəyi barədə proqnoz verib.
BAKI, 26 yanvar — Sputnik. “Müəyyən vaxtdan sonra, təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq”.
Sputnik Azərbaycan bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək: “Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik, onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, ölkədə pandemiya yaxın gələcəkdə bitəcək”.
“Bir neçə həftə ərzində “Omikron” ştammı digər növləri sıxışdırıb. Bu gün bu ştamm daha çox yayılıb”, - Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, artıq koronavirusa yoluxanların hansı ştamla xəstələnməsi əhəmiyyətli məsələ deyil: “Çünki yoluxanların 90%-in üzərində “Omikron”la əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir”.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, üç qurumun birgə məlumatında deyilir:
"Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştammına yoluxanların sayında artım müşahidə olunur. "Omikron" ştammının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə, ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa, COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.
COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz, yaxud yüngül simptomlarla keçirirsinizsə, xəstəliyin ailənizə, ətrafınızdakılara yoluxmaması üçün evdə müalicə, təcridolunma qaydalarına riayət etməyiniz tövsiyə olunur:
• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
• Tez-tez əllərinizi yuyun, ya da antiseptik vasitələrdən istifadə edin;
• Təcrid olduğunuz yeri tez-tez havalandırın;
• Ortaq istifadə olunan sahələrin mütəmadi dezinfeksiyasını aparın;
• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin, rahat yuxu);
• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;
• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;
• Tibb bacıları, kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;
• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C, D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.
COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra "İmmunitet sertifikatı" əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.