https://sputnik.az/20220129/aspa-da-ermenistanin-quzu-imici---azerbaycana-qarsi-qereze-etiraz-edildi-438626850.html
AŞPA-da Ermənistanın quzu imici - Azərbaycana qarşı qərəzə etiraz edildi
AŞPA-da Ermənistanın quzu imici - Azərbaycana qarşı qərəzə etiraz edildi
Sputnik Azərbaycan
Leonid Slutski deyib ki, qətnamə layihəsinin Qarabağ məsələsinə həsr edilmiş üçüncü paraqrafı reallığı əks etdirmir
2022-01-29T13:02+0400
2022-01-29T13:02+0400
2022-01-29T13:02+0400
aşpa
siyasət
ermənistan
imic
millət vəkili asim mollazadə
https://cdnn1.img.sputnik.az/img/41102/06/411020604_0:318:3076:2048_1920x0_80_0_0_c334b9a0b0ba19469a6aa4efdbe86291.jpg
BAKI, 29 yanvar — Sputnik. Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Leonid Slutski qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA-da Azərbaycana açıq-aşkar birtərəfli yanaşma gördüyünü bildirib.Leonid Slutski deyib ki, qətnamə layihəsinin Qarabağ məsələsinə həsr edilmiş üçüncü paraqrafı reallığı əks etdirmir və əlavə edib ki, AŞPA-da qəbul olunan qərarlar ölkələri iki qütbə parçalamamalıdır.Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a deyib ki, həmin qətnamə layihəsində Azərbaycana qarşı bir çox məsələlərdə qərəzli yanaşma var:"Media, insan haqları, erməni əsirləri ilə bağlı məsələlərdə xeyli qərəzli yanaşma ortaya qoyulub. Həmin sənəddə birtərəfli mövqe sərgilənib. Həmçinin cinsi azlıqlarla bağlı məsələlərdə Azərbaycanı qınayıcı müddəalar əks olunub. Bunlar mahiyyət etibarilə Azərbaycanın əleyhinə əvvəlcədən düşünülmüş, planlaşdırılmış bir yanaşmadır. Azərbaycan təbii olaraq bu qeyri-obyektiv münasibəti rədd eləyir. AŞPA-da Azərbaycanı qaralamaq məqsədilə çıxarılmış belə qərarların da heç bir hüquqi, siyasi nəticəsi olmayacaq".Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə isə deyib ki, AŞPA Ermənistanla bağlı monitorinqində hər şeyə gözünü yumub və normal qiymətləndirib:Millət vəkili deyib ki, bu, Avropanın bir çox prinsiplərinə ziddir:"Vaxtilə onlar Sarkisyanın keçirdiyi seçkiləri də bəh-bəhlə qarşıladılar, amma erməni xalqı Sarkisyanı bir neçə müddət sonra devirdi. Ermənistana yanaşmada münasibətin bu cür olması çox ciddi şübhələr yaradır və təəssüf doğurur. Onlar elə bir mənzərə yaradırlar ki, sanki Ermənistan hərbi cinayətlər törətməyib"."Mən öz çıxışımda bildirdim ki, bütün dünya, Avropa Nürnberq məhkəməsinin qərarına uyğun olaraq "SS"i cinayətkar qəbul edir, ancaq Avropa Şurası "SS" qatilinə heykəl qoyulmasına heç bir münasibət bildirməyib. Onlar Ermənistanda faşist marşlarına və müharibə çağırışlarına göz yumur. Bu, Avropa dəyərlərinə zidd olan münasibətdir", - deyə millət vəkili bildirib.Ermənistan BMT-də faşizmə qarşı çıxdı - Bəs Njde necə oldu?Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndiErmənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41102/06/411020604_207:0:2938:2048_1920x0_80_0_0_3650e4b1cb0b81898fce6fdf0a1b5fc9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aşpa-da ermənistanın quzu imici - azərbaycana qarşı qərəzə etiraz edildi
aşpa-da ermənistanın quzu imici - azərbaycana qarşı qərəzə etiraz edildi
AŞPA-da Ermənistanın quzu imici - Azərbaycana qarşı qərəzə etiraz edildi
Millət vəkili Asim Mollazadə deyib ki, vaxtilə onlar Sarkisyanın keçirdiyi seçkiləri də bəh-bəhlə qarşıladılar, amma erməni xalqı Sarkisyanı bir neçə müddət sonra devirdi.
BAKI, 29 yanvar — Sputnik. Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Leonid Slutski qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA-da Azərbaycana açıq-aşkar birtərəfli yanaşma gördüyünü bildirib.
Leonid Slutski deyib ki, qətnamə layihəsinin Qarabağ məsələsinə həsr edilmiş üçüncü paraqrafı reallığı əks etdirmir və əlavə edib ki, AŞPA-da qəbul olunan qərarlar ölkələri iki qütbə parçalamamalıdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili
Fazil Mustafa Sputnik Azərbaycan-a deyib ki, həmin qətnamə layihəsində Azərbaycana qarşı bir çox məsələlərdə qərəzli yanaşma var:
"Media, insan haqları, erməni əsirləri ilə bağlı məsələlərdə xeyli qərəzli yanaşma ortaya qoyulub. Həmin sənəddə birtərəfli mövqe sərgilənib. Həmçinin cinsi azlıqlarla bağlı məsələlərdə Azərbaycanı qınayıcı müddəalar əks olunub. Bunlar mahiyyət etibarilə Azərbaycanın əleyhinə əvvəlcədən düşünülmüş, planlaşdırılmış bir yanaşmadır. Azərbaycan təbii olaraq bu qeyri-obyektiv münasibəti rədd eləyir. AŞPA-da Azərbaycanı qaralamaq məqsədilə çıxarılmış belə qərarların da heç bir hüquqi, siyasi nəticəsi olmayacaq".
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə isə deyib ki, AŞPA Ermənistanla bağlı monitorinqində hər şeyə gözünü yumub və normal qiymətləndirib:
"Halbuki Ermənistanda olan bir çox təhlükəli proseslər nəzərə alınmalı idi. Avropa Şurası Ermənistanın quzu imicini yaratmağa çalışır".
Millət vəkili deyib ki, bu, Avropanın bir çox prinsiplərinə ziddir:
"Vaxtilə onlar Sarkisyanın keçirdiyi seçkiləri də bəh-bəhlə qarşıladılar, amma erməni xalqı Sarkisyanı bir neçə müddət sonra devirdi. Ermənistana yanaşmada münasibətin bu cür olması çox ciddi şübhələr yaradır və təəssüf doğurur. Onlar elə bir mənzərə yaradırlar ki, sanki Ermənistan hərbi cinayətlər törətməyib".
"Mən öz çıxışımda bildirdim ki, bütün dünya, Avropa Nürnberq məhkəməsinin qərarına uyğun olaraq "SS"i cinayətkar qəbul edir, ancaq Avropa Şurası "SS" qatilinə heykəl qoyulmasına heç bir münasibət bildirməyib. Onlar Ermənistanda faşist marşlarına və müharibə çağırışlarına göz yumur. Bu, Avropa dəyərlərinə zidd olan münasibətdir", - deyə millət vəkili bildirib.