https://sputnik.az/20211217/ermenistan-bmt-de-fasizme-qarsi-cixdi---bes-njde-nece-oldu-437343595.html
Ermənistan BMT-də faşizmə qarşı çıxdı - Bəs Njde necə oldu?
Ermənistan BMT-də faşizmə qarşı çıxdı - Bəs Njde necə oldu?
Sputnik Azərbaycan
Ermənistanda Avropada cücərməyə başlayan müxtəlif faşist yönümlü partiyalarla görüşlər keçirilməyə başlayıblar.
2021-12-17T19:41+0400
2021-12-17T19:41+0400
2021-12-17T19:41+0400
bmt
təhlil
rusiya federasiyası
faşist
njde
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437352728_2:0:3133:1761_1920x0_80_0_0_86941ac4765d61392e1dd829b3646dbc.jpg
BAKI, 17 dekabr — Sputnik. BMT Baş Assambleyası Rusiyanın irəli sürdüyü "Nasizm, neonasizm və irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün qızışdırılmasına yol açan digər təcrübələrin tərənnümünə qarşı mübarizə" haqqında qətnaməsini qəbul edib. Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.Maraqlı məqam budur ki, bu qətnaməni leyhinə səs verən ölkələrdən biri də Ermənistandır. Ermənistanda faşist Qaregin Njdenin qəhrəmanlaşdırılması hər kəsə bəllidir. Müxtəlif vaxtlarda faşist Njdenin təbliği üçün görülən işlər Azərbaycan tərəfindən ifşa edilib. Ermənistanın nasizmin təbliği yolunda gördüyü işlər qınaq obyektinə çevrilib.Sputnik Azərbaycan BMT-də nasizm əleyhinə qəbul olunmuş qətnamənin əhəmiyyətini araşdırıb.Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiyanın təşəbbüsü ilə BMT-də nasizmin və faşizmin qəhrəmanlaşdırılmasına qarşı belə bir qətnamənin qəbul edilməsi mühüm tarixi hadisədir:Politoloqun sözlərinə görə, bu məsələ Azərbaycan üçün də aktualdır:İlyas Hüseynov hesab edir ki, Ermənistanda faşizm ideyalarına sadiqlik və rəğbət böyükdür:"Bu gün də Ermənistanda faşizmə xidmət etmiş şəxslərin adını əbədiləşdirirlər. Bu da Ermənistanda faşizmin dərin təməllər üzərində dayandığını göstərir. Ermənistanın mövcud iqtidarı özündən əvvəlkilərin qoyduğu bu yolla getməyə davam edir. Ermənistanda Avropada cücərməyə başlayan müxtəlif faşist yönümlü partiyalarla görüşlər keçirilməyə başlayıblar".Qeyd edək ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın nasizm siyasətindən danışıb. Prezident bildirib ki, Ermənistanda mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib."Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub", - deyə Azərbaycan Prezidenti bildirib.Həmçinin oxuyun:Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndiBayramov və Lavrov nasizmin qəhrəmanlaşdırmasını pislədilərVeteranlar Qaregin Njde ilə bağlı daha bir müraciət etdilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437352728_393:0:2741:1761_1920x0_80_0_0_05dd9b53f3e49c5d918556e0d587bfa4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan bmt-də faşizmə qarşı çıxdı bəs njde necə oldu
ermənistan bmt-də faşizmə qarşı çıxdı bəs njde necə oldu
Ermənistan BMT-də faşizmə qarşı çıxdı - Bəs Njde necə oldu?
Politoloq: Ermənistanda Avropada cücərməyə başlayan müxtəlif faşist yönümlü partiyalarla görüşlər keçirilməyə başlayıblar.
BAKI, 17 dekabr — Sputnik. BMT Baş Assambleyası Rusiyanın irəli sürdüyü "Nasizm, neonasizm və irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün qızışdırılmasına yol açan digər təcrübələrin tərənnümünə qarşı mübarizə" haqqında qətnaməsini qəbul edib. Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
Maraqlı məqam budur ki, bu qətnaməni leyhinə səs verən ölkələrdən biri də Ermənistandır. Ermənistanda faşist Qaregin Njdenin qəhrəmanlaşdırılması hər kəsə bəllidir. Müxtəlif vaxtlarda faşist Njdenin təbliği üçün görülən işlər Azərbaycan tərəfindən ifşa edilib. Ermənistanın nasizmin təbliği yolunda gördüyü işlər qınaq obyektinə çevrilib.
Sputnik Azərbaycan BMT-də nasizm əleyhinə qəbul olunmuş qətnamənin əhəmiyyətini araşdırıb.
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiyanın təşəbbüsü ilə BMT-də nasizmin və faşizmin qəhrəmanlaşdırılmasına qarşı belə bir qətnamənin qəbul edilməsi mühüm tarixi hadisədir:
"Müxtəlif Avropa dövlətlərində bu meyl getdikcə güclənməkdədir. Neofaşist cərəyanı təmsil edən partiyalar formalaşmaqdadır, onlar müxtəlif parlamentlərdə təmsil olunurlar. Bu da Avropa üçün çox pis ssenari üzrə inkişaf etməkdədir".
Politoloqun sözlərinə görə, bu məsələ Azərbaycan üçün də aktualdır:
"Çünki qonşu Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına xüsusi yer ayrılır. Yerevanda faşizmin təmsilçisinə abidə də ucaldılıb. Nikol Paşinyan hökuməti bunun onlardan əvvəlki hökumətin fəaliyyəti olduğunu bildirsə də, hələ də abidənin demontajı işini aparmayıblar".
İlyas Hüseynov hesab edir ki, Ermənistanda faşizm ideyalarına sadiqlik və rəğbət böyükdür:
"Bu gün də Ermənistanda faşizmə xidmət etmiş şəxslərin adını əbədiləşdirirlər. Bu da Ermənistanda faşizmin dərin təməllər üzərində dayandığını göstərir. Ermənistanın mövcud iqtidarı özündən əvvəlkilərin qoyduğu bu yolla getməyə davam edir. Ermənistanda Avropada cücərməyə başlayan müxtəlif faşist yönümlü partiyalarla görüşlər keçirilməyə başlayıblar".
Qeyd edək ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın nasizm siyasətindən danışıb. Prezident bildirib ki, Ermənistanda mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib.
"Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub", - deyə Azərbaycan Prezidenti bildirib.