https://sputnik.az/20220128/ermenistan-xn-bascisi-basimiza-gelen-facie-ozumuzu-aldatmagin-neticesidir-438598732.html
Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"
Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"
Sputnik Azərbaycan
Mirzoyan qeyd edib ki, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparılıb, lakin bu barədə cəmiyyətə məlumat verilməyib. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T14:49+0400
2022-01-28T14:49+0400
2022-01-28T14:49+0400
ermənistan
dünya xəbərləri
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/41890/72/418907250_0:0:963:541_1920x0_80_0_0_43bd67f6d74a4d0adabf4344e0292476.jpg
BAKI, 28 yanvar — Sputnik. Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan 44 günlük müharibəni özlərini aldatmağın nəticəsi kimi dəyərləndirib. Bu barədə Sputnik Ermənistan xəbər verir."Yalan içərisində yaşadığımız bəsdir. Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır", - deyə Mrizoyan bildirib.O, əlavə edib ki, müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab vermək istəmir.Mirozyan qeyd edib ki, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparılıb, lakin bu barədə cəmiyyətə məlumat verilməyib.Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi, kommunikasiya əlaqələrinin, eləcə də diplomatik münasibətlərin bərpası istiqamətində addımlar atılır. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin yaydığı məlumata görə, Ermənistana qarşılıqlı uçuşlar fevralın 2-də başlayacaq.Hətta Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41890/72/418907250_101:0:822:541_1920x0_80_0_0_17808d2d9e0c9f93344bf8bad1f7d85b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ararat mirzoyan
ermənistan, ararat mirzoyan
Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"
Mirzoyan qeyd edib ki, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparılıb, lakin bu barədə cəmiyyətə məlumat verilməyib.
BAKI, 28 yanvar — Sputnik. Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan 44 günlük müharibəni özlərini aldatmağın nəticəsi kimi dəyərləndirib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
"Yalan içərisində yaşadığımız bəsdir. Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır", - deyə Mrizoyan bildirib.
O, əlavə edib ki, müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab vermək istəmir.
Mirozyan qeyd edib ki, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparılıb, lakin bu barədə cəmiyyətə məlumat verilməyib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi, kommunikasiya əlaqələrinin, eləcə də diplomatik münasibətlərin bərpası istiqamətində addımlar atılır. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin yaydığı məlumata görə, Ermənistana qarşılıqlı uçuşlar fevralın 2-də başlayacaq.
Hətta Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək.