https://sputnik.az/20220128/ogurlanan-usaqla-bagli-yeni-xeber-438612121.html
Oğurlanan uşaqla bağlı yeni xəbər
Oğurlanan uşaqla bağlı yeni xəbər
Sputnik Azərbaycan
Uşaqların ailəyə qaytarılması və ya alternativ digər variantların gözdən keçirilməsi müzakirə ediləcək. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T16:10+0400
2022-01-28T16:10+0400
2022-01-28T16:10+0400
oğurluq
cəmiyyət
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
bahar muradova
sığınacaq
sosial sığınacaq mərkəzi
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815826_730:808:2810:1978_1920x0_80_0_0_6b0e379709ac5650aeae99e597240a2b.jpg
BAKI, 28 yanvar — Sputnik. On gün sonra tapılan iki yaşlı uşaq və qardaşları ilə bağlı sığınacaqda reabilitasiya işləri davam etdirilir.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.O bildirib ki, uşaqların psixoloji durumları ilə bağlı zəruri prosedurlar həyata keçirilir:"Bu proseslər müəyyən zaman tələb edir. Bu dövr başa çatdıqdan sonra digər məsələlərə də baxılacaq. Ailənin vəziyyəti, valideynlərin durumu qiymətləndiriləcək. Yekun olaraq uşaqların ailəyə qaytarılması və ya alternativ digər variantların gözdən keçirilməsi müzakirə ediləcək".Uşağın atası da istintaqa cəlb edilibXatırladaq ki, Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib. Məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq hərəkətləri davam etdirilir.Uşaqlar sığınacağa yerləşdirilibQeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib. Oğurlanan iki yaşlı uşağın anası Reyhan Şıxəliyeva bildirmişdi ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən aparılıb: "İki gün əvvəl işdə olarkən həyat yoldaşım övladımızın oğurlandığını dedi. Dərhal işlədiyim bazardan evə gəldim".R.Şıxəliyeva iddia edib ki, uşağını oğurlayan qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar. 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan iki yaşlı uşaq polislər tərəfindən tapılıb.Həmçinin oxuyun:Bakıda oğurlanan uşağın anası: "O qadın bizi siyahıya alıb"Bakıda oğurlanan iki yaşlı uşağın atası saxlanıldı - VİDEOBakıda oğurlanan iki yaşlı uşaq tapılıb - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815826_862:758:2468:1963_1920x0_80_0_0_dee124eb5659c1dd20d65418cab1989a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
oğurlanan uşaqların acınacaqlı taleyi
oğurlanan uşaqların acınacaqlı taleyi
Oğurlanan uşaqla bağlı yeni xəbər
Uşaqların ailəyə qaytarılması və ya alternativ digər variantların gözdən keçirilməsi müzakirə ediləcək.
BAKI, 28 yanvar — Sputnik. On gün sonra tapılan iki yaşlı uşaq və qardaşları ilə bağlı sığınacaqda reabilitasiya işləri davam etdirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, uşaqların psixoloji durumları ilə bağlı zəruri prosedurlar həyata keçirilir:
"Bu proseslər müəyyən zaman tələb edir. Bu dövr başa çatdıqdan sonra digər məsələlərə də baxılacaq. Ailənin vəziyyəti, valideynlərin durumu qiymətləndiriləcək. Yekun olaraq uşaqların ailəyə qaytarılması və ya alternativ digər variantların gözdən keçirilməsi müzakirə ediləcək".
Uşağın atası da istintaqa cəlb edilib
Xatırladaq ki, Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib. Məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq hərəkətləri davam etdirilir.
Uşaqlar sığınacağa yerləşdirilib
Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib. Oğurlanan iki yaşlı uşağın anası Reyhan Şıxəliyeva bildirmişdi ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən aparılıb: "İki gün əvvəl işdə olarkən həyat yoldaşım övladımızın oğurlandığını dedi. Dərhal işlədiyim bazardan evə gəldim".
R.Şıxəliyeva iddia edib ki, uşağını oğurlayan qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.
Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar. 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan iki yaşlı uşaq polislər tərəfindən tapılıb.