Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda oğurlanan iki yaşlı uşaq tapılıb - VİDEO

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Tapılan azyaşlı
Tapılan azyaşlı - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
İki yaşlı Məhəmmədi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
BAKI, 8 yanvar - Sputnik. Bakıda 10 gün əvvəl oğurlanan iki yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov məlumata verib.
Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan iki yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
İki yaşlı Məhəmmədi oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, oğurlanan iki yaşlı uşağın anası Reyhan Şıxəliyeva Xəzər TV-yə açıqlamasında bildirmişdi ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən aparılıb:
"İki gün əvvəl işdə olarkən həyat yoldaşım övladımızın oğurlandığını dedi. Dərhal işlədiyim bazardan evə gəldim".
R.Şıxəliyeva iddia edib ki, uşağını oğurlayan qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.
Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.
Xəbər lenti
0