https://sputnik.az/20220110/bakida-ogurlanan-iki-yasli-usagin-atasi-saxlanildi---vdeo-438024434.html
Bakıda oğurlanan iki yaşlı uşağın atası saxlanıldı - VİDEO
Bakıda oğurlanan iki yaşlı uşağın atası saxlanıldı - VİDEO
Sputnik Azərbaycan
Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb... 10.01.2022, Sputnik Azərbaycan
2022-01-10T15:19+0400
2022-01-10T15:19+0400
2022-01-10T15:19+0400
uşaq
cəmiyyət
ağdam
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 10 yanvar — Sputnik. Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib.Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M. Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər.İstintaq hərəkətləri davam etdirilir.Qeyd edilib ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.Xatırladaq ki, oğurlanan iki yaşlı uşağın anası Reyhan Şıxəliyeva Xəzər TV-yə açıqlamasında bildirmişdi ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən aparılıb:"İki gün əvvəl işdə olarkən həyat yoldaşım övladımızın oğurlandığını dedi. Dərhal işlədiyim bazardan evə gəldim".R.Şıxəliyeva iddia edib ki, uşağını oğurlayan qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.Həmçinin oxuyun:Bakıda oğurlanan uşağın anası: "O qadın bizi siyahıya alıb"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dəhşətli etiraf öz uşağını oğurlayan ata saxlanıldı
dəhşətli etiraf öz uşağını oğurlayan ata saxlanıldı
Bakıda oğurlanan iki yaşlı uşağın atası saxlanıldı - VİDEO
Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər.
BAKI, 10 yanvar — Sputnik. Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M. Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər.
İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edilib ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
Xatırladaq ki, oğurlanan iki yaşlı uşağın anası Reyhan Şıxəliyeva Xəzər TV-yə açıqlamasında bildirmişdi ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən aparılıb:
"İki gün əvvəl işdə olarkən həyat yoldaşım övladımızın oğurlandığını dedi. Dərhal işlədiyim bazardan evə gəldim".
R.Şıxəliyeva iddia edib ki, uşağını oğurlayan qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.
Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.