Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Moskva Vaşinqtondan gizli məktub alıb

© Sputnik / Антон Денисов / Mediabanka keçidABŞ-ın Rusiyadakı səfiri Con Sallivan
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Əgər ABŞ-ın Rusiyanın təkliflərinə cavabı "bir addım da geri çəkilməmək" ruhunda yazılıbsa, onda niyə amerikalılar onun mətnini dərc etməmək tələbində bu qədər təkid edirlər? Detallarda hansı şeytan gizlənib?
BAKI, 28 yanvar — Sputnik. Dünən ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Xarici İşlər Nazirliyinə iki məktub gətirib. Bunlar Rusiyanın dekabr ayında təhlükəsizliklə bağlı təkliflərinə rəsmi cavablar idi. Biri Vaşinqtondan, ikincisi NATO-dan.
Orada dəqiq nə yazıldığı hələ də ictimaiyyətə məlum deyil. Bununla belə, ABŞ dövlət katibi Entoni Blinken keçirdiyi mətbuat konfransında hər kəsi heç bir sürprizin olmayacağına əmin etdi. "ABŞ güzəştə getmir", - mətbuat Amerika hakimiyyətinin mövqeyini qısaca bu şəkildə ifadə etdi.
"Rusiya müttəfiqlərimizə və digər xalqlara qarşı zorakı hərəkətlərdən, aqressiv ritorikadan və hücumlardan çəkinməlidir. Rusiya ölkələrin razılığı olmadan yerləşdirdiyi qoşun bölmələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır", - deyə Blinken bildirib.
ABŞ dövlət katibinin Ukraynada rus bölmələrini harada gördüyü məlum deyil, amma aydındır ki, digər iki halda söhbət Dnestryanı və Cənubi Osetiyadan gedir.
Blinken təsdiqləyib ki, Amerika silahlarının Ukraynaya tədarükü davam edəcək və "zərurət yaranarsa, bu silahlardan istifadə olunacaq". O, Ukrayna iqtisadiyyatına kömək vəd edib ki, bu da xüsusi arsızlıqla səsləndirilib. Məhz Vaşinqton Ukraynanı hərbi avantüralara cəlb edərək, qrivnanın məzənnəsini sarsıdır və yerli iqtisadiyyatdan qalanları məhv edir. İndi də eyni adamlar ukraynalılara maliyyə yardımı vəd edirlər, təki onlar təxribatları davam etdirsinlər.
Dövlət katibinin mətbuat konfransında "NATO-nun açıq qapıları", ümumilikdə müttəfiqlərə, xüsusən də Ukraynaya sədaqətlə bağlı ənənəvi və artıq hamının tamam zəhləsini tökmüş ritorika səsləndi:
"Biz alyansımızın, eləcə də, Avropa və Şimali Amerikadakı müttəfiqlərimizin təhlükəsizlik prinsiplərində güzəştə getməyəcəyik" deyən Blinken vurğulayıb ki, "Xalqların öz yolunu seçmək hüququna hörmət edilməlidir".
Rusiyaya qarşı sanksiyalar haqqında da çox şey deyildi - Blinken yenə Rusiyaya "ixrac nəzarəti"ndən dəm vurdu. Eyni zamanda, dövlət katibinin sözlərinə görə, əgər "cəzalandırılan" Rusiya Avropaya enerji nəqlini məhdudlaşdırmaq və təbii qazdan "silah kimi istifadə etmək" qərarına gəlsə, onu bir daha "cəzalandırmalı" olacaqlar. Amma hər bir halda məhdudiyyətlər qaçılmaz olacaq, çünki amerikalılar "Şimal axını 2"ni də qadağan etməyi planlaşdırırlar.
Rusiyanın Ukrayna probleminə qarşı ekzistensial tələblərini azaltmaq cəhdləri də kifayət qədər bezdirci hal alıb. Maraqlı olan başqa bir şey idi. Vaşinqton Moskvanın təkliflərinə konkret olaraq nə cavab verdi? Mətbuat konfransında jurnalistlərin ilk sualı bu oldu: "Siz Moskvanın Ukrayna və Gürcüstanı heç vaxt NATO-ya daxil etməmək və NATO qoşunlarını Rusiya sərhədlərindən uzaqlaşdırmaq tələblərinə qəti şəkildə "yox" cavabını verdinizmi?
Bu zaman hər dəqiqədən bir dodaqlarını yalayan və əsəbiləşdiyi açıq-aydın görünən ABŞ dövlət katibi cavabdan yayınmağa başladı. O, "Mən bu barədə konkret məlumat vermək istəməzdim" deyərək dərhal "NATO-nun açıq qapıları", "prinsiplərə sadiqlik", "bir dəfədən çox açıq şəkildə bəyan etmişik..." və s. kimi mücərrəd mantralara keçdi.
Odur ki, belə bir təbii sual yarandı. Əgər ABŞ-ın Rusiyanın təkliflərinə cavabı "bir addım da geri çəkilməmək" ruhunda yazılıbsa, onda niyə amerikalılar onun mətnini dərc etməmək tələbində bu qədər israr edirlər? Detallarda hansı şeytan gizlənib ki?
Bir sözlə, nə qədər fəndgir ifadələr işlədildisə də, məna baxımından heç bir irəliləyiş olmadı. Məktubun mətnində amerikalı tərəfdaşlar NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair istənilən zəmanətdən də eyni dərəcədə məharətlə yayınıblar. Bunu bir qədər əvvəl xarici işlər naziri Lavrov deyib:

"Bu sənəddə əsas məsələ ilə bağlı müsbət reaksiya yoxdur. Əsas məsələ NATO-nun şərq istiqamətində daha da genişlənməsinin və Rusiya Federasiyasının ərazisini təhdid edə biləcək zərbə silahlarının yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı aydın mövqeyimizdir".

Rusiyaya NATO-nun genişlənməyəcəyinə dair təminat əvəzinə xırda, əhəmiyyətsiz güzəştlər təklif olunur. "Wall Street Journal" ABŞ prezident administrasiyasının Qara dənizdən hərbi gəmilərin keçməsi üçün yeni qaydaların yaradılmasını, Polşa və Rumıniyada Amerika raket sistemlərinin sınaqdan keçirilmə imkanlarını müzakirə etdiyini sızdırıb. Guya hər iki məsələ də Rusiyanın "narahatlığına" cavab verməlidir.
"New York Times" qəzetinin yazdığına görə, ABŞ-ın yazılı cavabında, həmçinin, orta və qısa mənzilli raketlərin məhdudlaşdırılması və hərbi təlimlərin işğala hazırlıq təsiri bağışlamaması üçün sərhədlərdən uzaqda keçirilməsi də daxil olmaqla, qarşılıqlı çəkindirmə üzrə mümkün danışıqlara dair təkliflər var.
NATO-nun məktubunda isə Yens Stoltenberqin sözlərindən də anlaşıldığı kimi, Moskva ilə alyans arasında əlaqələrin bərpası ilə bağlı mülahizələr öz əksini tapıb:
"Biz Moskva və Brüsseldəki ofislərimizi bərpa etməliyik", - deyə NATO rəhbəri bildirib.
Başqa sözlə, Rusiya rəhbərliyinin dəfələrlə xəbərdarlıq etdiyi mövzunu bağlamaq siyasəti. "Danışıqların başlanması ilə bağlı danışıqların mümkünlüyü ilə bağlı danışıqlar".
Bu dinc jestlərə paralel olaraq, açıq təzyiq də var. Amerikanın altı döyüş təyyarəsi Estoniyaya yenicə enib. Dövlət Departamentinin sözçüsü Ned Prays təsdiqləyib ki, amerikalılar Rusiyanın Ukraynanı"işğal" edəcəyi təqdirdə "Şimal axını 2"-nin işə salınmasına icazə verməyəcəklər.
Bununla belə, ABŞ-da Ukrayna ilə bağlı hələ də fikir birliyi yoxdur. Neokonların, bürokratların və maaşlı jurnalistlərin gurultulu xoru ABŞ-ın gərginliyi artırmasına və Rusiyanı təxribata çəkməsinə ehtiyac olmadığına inananların səsini boğa bilmir. Onlar deyirlər ki, bu mənasız və təhlükəlidir, Moskvanın bütün tələblərini yerinə yetirmək və 25 il əvvəlki hərbi blokların konfiqurasiyasına qayıtmaq daha məqsədəuyğun olardı.
Ötən həftələr ərzində müxtəlif ekspertlərin NATO-nun nə Ukraynaya, nə də Gürcüstana ehtiyacı olmadığını təkidlə ifadə edən çoxsaylı bəyanatlarına şahid olduq. Hətta Baltikyanı ölkələrə də ehtiyac yoxdur. Ümumiyyətlə, bütün Şərqi Avropaya.

"NATO, ümumiyyətlə, nəyə lazımdır axı? Alyansın özünü müdafiə etməli olduğu Sovet İttifaqı otuz il bundan əvvəl yoxa çıxıbsa, bunun nə əhəmiyyəti var?", - deyə “Fox News”-un aparıcısı Taker Karlson təbii olaraq sual edir.

"Onlar istəyirlər ki, üçüncü dünya müharibəsi başlasın? Bu ağılsızlıqdır, mənim hakimiyyətim dövründə belə bir şey heç vaxt baş verməzdi", - deyə sabiq prezident Tramp Ukrayna uğrunda döyüşmək üçün Avropaya əlli min amerikalı əsgər göndərmək fikrinə reaksiya verərkən bildirib.
Yəni, Amerika elitası arasında özlərinin yaratdıqları vəziyyətlə bağlı açıq-aşkar fikir ayrılığı var. Belə bir təəssürat yaranır ki, onlar özləri də başa düşmürlər: Vaşinqtonun aqressiv siyasəti hələ də idarə oluna bilən xaosdur, yoxsa artıq idarəolunmaz hal alıb? Bəs indi nə etməli? Yalnız bir cavab var: vaxtı uzatmaq, bu mövzuda sadəcə, çərənləmək və mənasız məktublar yazmaq.
Lakin daha böyük fikir ayrılıqları bir tərəfdən ABŞ və ona qoşulmuş Britaniyanı, digər tərəfdən isə Avropanın əsas güclərini parçalayır. Anqlosakslar növbəti dəfə Almaniya və Fransanı Rusiyaya qarşı qoymağa çalışırlar. Avropalılar tarixi təcrübəni nəzərə alaraq, buna bacardıqları qədər müqavimət göstərirlər.
Hazırda Parisdə "Normand dördlüyü"nün Ukraynadakı vəziyyəti normal hala gətirmək üçün danışıqları gedir. Bütün tərəflər atəşkəs rejiminə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Almaniya prinsipial olaraq Ukraynaya silah tədarük etmək istəmir və yenicə Estoniyaya da bunu qadağan edib - estonlar Kiyevə alman silahları göndərmək niyyətində idilər. Əvəzində almanlar (əlbəttə ki, heç bir hiyləgər niyyət olmadan) Ukraynaya beş min dəbilqə göndəriblər. "Bundan sonra nə göndərəcəklər? Yastıq?" – deyə Kiyev meri Vitali Kliçko sual edib.
Bu arada, Britaniya elitası görkəmli jurnalist və aristokrat Patrik Vinturun vasitəsilə Fransa və Almaniyanı Rusiyaya qarşı kifayət qədər aqressiv olmadıqlarına görə danlayıb. Bu ölkələr "inadkarcasına bağışlamaq istəyində və Putinə qarşı hədsiz nikbinlik"də ittiham olunurlar. Babetta müharibəyə getməlidir, vəsallam! Əgər getməsə, onda Vaşinqton onların qazını kəsəcək, yəni "Şimal axını 2"-ni bağlayacaq.
Avropalılar yavaş-yavaş anlamağa başlayırlar ki, amerikalılar məhz onlarla vuruşmaq istəyirlər. Amerikalılar da başa düşməyə başlayıblar ki, avropalılar bunun baş verməməsi üçün əllərindən gələni edəcəklər. Təəccüblü deyil ki, Vaşinqton Moskvadan məktubun mətnini dərc etməməyi xahiş edir. Alyans daxilində bu cür qarşılıqlı inamsızlıq olduğu bir vaxtda istənilən söz, istənilən ifadə Vaşinqtonun müttəfiqlərin fikrini nəzərə almadan Moskva ilə ayrıca danışıqlar aparmasının sübutu kimi şərh oluna bilər. Presedentlər olub axı.
Əfqanıstandan sonra az qala, NATO-ya üzv bütün ölkələr açıq şəkildə bildirdilər ki, amerikalılar öz qoşunlarının çıxarılması barədə Talibanla əvvəlcədən razılaşıblar və müttəfiqlərə bu barədə yalnız hadisədən sonra məlumat verilib.
Moskva ilə danışıqlar müttəfiqlər arasında daha böyük narazılıqlara və iğtişaşlara səbəb olur.
Fransa və Almaniyaya heç bir münaqişə lazım olmadığı halda, Polşa, Baltikyanı ölkələr və NATO-nun digər kiçik qardaşları yalnız buna çalışırlar. Yüksək məxfilik tədbirləri və tarixdə görünməmiş bütün bu qəribə diplomatik əlaqə tərzi də elə buradan yaranır: "Aleksdən - Yustasa", başqa heç nə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Putin ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı cavablarına necə reaksiya verib
Lavrov müharibənin başlaması ehtimalı barədə
Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər
Xəbər lenti
0