Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər

© Sputnik / Владимир ТрефиловRusiya və Ukraynanın dövlət bayraqları
Rusiya və Ukraynanın dövlət bayraqları - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Millət vəkili Rasim Musabəyov deyib ki, Rusiya tərəfinin müzakirələr üçün dəvətinin Ukrayna prezidenti tərəfindən qəbul olunmayacağını düşünmür.
BAKI, 28 yanvar — Sputnik. Təəssüf edirəm ki, Rusiya və Ukrayna arasında gərginlik bu səviyyəyə qalxıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, gərginliyin bu qədər artması böyük təhlükədir: "Nəzərə almalıyıq ki, bu gərginlik bizim sərhədlərimizdən uzaqda baş vermir. Real müharibə təhlükəsi olmasaydı, xarici diplomatların ailələri Ukraynadan çıxarılmazdı".
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna prezidentini Rusiyaya dəvət etməsinə də münasibət bildirən millət vəkili deyib ki, müharibənin olmayacağı ilə bağlı çox söz deyilə bilər, amma faktiki olaraq sərhəddə çox sayda hərbçilər və hərbi texnikalar cəmləşdirilib:
"Rusiya tərəfinin müzakirələr üçün dəvətinin Ukrayna prezidenti tərəfindən qəbul olunmayacağını düşünmürəm. Tərəflərin görüşləri üçüncü bir ölkədə baş tuta bilər. Bildiyimiz kimi, Türkiyə belə bir təkliflə çıxış edib. Həmçinin bu görüş neytral bir ölkədə - Avstriyada, İsveçrə və ya Finlandiyada ola bilər. Hətta bu görüş Bakıda da ola bilər. Amma indiki şəraitdə Zelenskinin Moskvada görüşə gedəcəyinə inanmıram".
Zelenski Lavrov tərəfindən Rusiya Federasiyasına dəvət edilib
Əgər Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münasibətlərin normallaşmasısını müzakirə etməyə hazırdırsa, Moskva hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"Əgər Zelenski rejiminin birtərəfli fəaliyyətinin vurduğu ziyandan əziyyət çəkən ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə etmək istəyirsə və təbii ki, biz bu addımlara cavab veririk, biz hazırıq. Buyursun, qoy Moskvaya, Soçiyə, Sankt-Peterburqa, harada görüşə razılaşacaqlarsa, ora da gəlsin", - deyə Lavrov qeyd edib.
O, həmçinin qeyd edib ki, Zelenski əgər Donbası müzakirə etmək istəyirsə, Normand formatı çərçivəsində kontakt qrupuna müraciət etməlidir.
Lavrov Ukrayna ilə müharbənin başlaması barədə
Rusiya xarici işlər naziri Sergey Lavrov müharibənin başlaması ehtimalı barədə danışarkən bildirib ki, əgər bu Rusiyadan asılıdırsa, müharibə olmayacaq.
"Əgər bu Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin biz maraqlarımızın kobud şəkildə vurulmasına, maraqlarımızın da diqqətdən kənarda qalmasına imkan verməyəcəyik", - deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabı ABŞ-ın cavabı ilə müqayisədə çox ideolojidir: "Bu cavabın fonunda ABŞ-ın cavabı az qala diplomatik ədəb nümunəsidir"
Təhlükəsizlik zəmanətləri
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.
Həmçinin oxuyun:
Lavrov müharibənin başlaması ehtimalı barədə
Zelenski Lavrov tərəfindən Rusiya Federasiyasına dəvət edildi
Xəbər lenti
0