Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov müharibənin başlaması ehtimalı barədə

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Lavrov deyib ki, müharibə istəmirlər, lakin maraqlarının kobud şəkildə vurulmasına, diqqətdən kənarda qalmasına imkan verməyəcəklər.
BAKI, 28 yanvar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov müharibənin başlaması ehtimalı barədə danışarkən bildirib ki, əgər bu Rusiyadan asılıdırsa, müharibə olmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya KİV-lərinə müsahibəsində bildirib.
"Əgər bu Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin biz maraqlarımızın kobud şəkildə vurulmasına, maraqlarımızın da diqqətdən kənarda qalmasına imkan verməyəcəyik", - deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabı ABŞ-ın cavabı ilə müqayisədə çox ideolojidir: "Bu cavabın fonunda ABŞ-ın cavabı az qala diplomatik ədəb nümunəsidir"
Təhlükəsizlik zəmanətləri
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.
Xəbər lenti
0