https://sputnik.az/20220128/manat-dollar-ve-kriptovalyutanin-taleyi-nece-olacaq-elman-rustemov-detallari-aciqladi-438617374.html
Manat, dollar və kriptovalyutanın taleyi necə olacaq? Elman Rüstəmov detalları açıqladı
Manat, dollar və kriptovalyutanın taleyi necə olacaq? Elman Rüstəmov detalları açıqladı
Sputnik Azərbaycan
Mərkəzi Bankın sədri FED-in qərarlarının Azərbaycana təsirləri, valyuta hərraclarında satışın artması, kriptovalyuta bazarı və digər məsələlərdən danışıb. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T18:00+0400
2022-01-28T18:00+0400
2022-01-28T19:08+0400
manat
elman rüstəmov
iqtisadiyyat
dollar
azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib
mərkəzi bank
uçot dərəcəsi
kriptovalyuta
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_0:102:2000:1227_1920x0_80_0_0_8ad65c9be8834edca58f27d90abdd702.jpg
BAKI, 28 yanvar — Sputnik. Yanvarda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta hərraclarında satış artıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında deyib.O bildirib ki, bu ilin sonunda dövlət büdcəsi xərclərinin artması, dövriyyəyə daha çox milli valyuta buraxılması ilə bağlıdır."Kriptovalyuta bazarından təhdid görmürük"Mətbuat konfransında Mərkəzi Bankın Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib ki, Azərbaycanda kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur.O bildirib ki, kriptovalyutadan istifadənin məhdudlaşdırıldığı qonşu Türkiyə və Rusiyada kriptovalyuta istifadəçiləri və bu sahəyə yönəldilən maliyyə haqqında dəqiq məlumat yoxdur: "O cümlədən, Azərbaycanda da kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur. Sadəcə bir neçə məlumat saytlarında, informasiya portallarında yayılan xəbərlərə istinadən istifadəçilərin sayı haqqında fikir yarana bilir. Bu da kriptovalyutadan istifadənin aşağı səviyyədə olduğunu göstərir. Məlumdur ki, bu aşağı göstərici nə pul siyasətinə, nə də maliyyə təhlükəsizliyinə ciddi təsir göstərmir, təhlükə yaratmır".Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib: "Məlumdur ki, bizdə kriptolaşma səviyyəsi çox aşağıdır. Hazırda öyrənmək lazımdır, dünyada kriptolaşma nə dərəcədə maliyyə kötüyü yarada bilər, kapital axınları ilə bağlı hansı risklər var. Hələlik biz bu bazardan kifayət qədər təhdidlər görmürük"."FED-in qərarları Azərbaycana elə bir təsir etməyəcək"Elman Rüstəmov deyib ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarlarının Azərbaycana elə bir təsiri olamayacaq."FED-in uçot dərəcəsi ilə bağlı qərarları bütövlükdə inkişaf etmiş bazarlarda problemlər yarada bilər. O bazarlarda ki, olduqca böyük həcmdə xarici maliyyə axınları olub. Aşağı faiz dərəcələri çərçivəsində, məntiqi olaraq FED faiz dərəcələrini aşağı salanda bu vəsaitlərin geri qayıtması halları yaşana bilər", - E.Rüstəmov deyib.O bildirib ki, bu hal bütövlükdə maliyyə bazarlarını destabilizasiya edə bilər: "Amma, bütövlükdə Azərbaycanda belə xarakterli axınlar yoxdur. Hesab edirəm ki, Azərbaycana elə bir təsiri olmayacaq"."Azərbaycan və Türkiyə valyuta svopu haqda danışıqlar aparmır"Mərkəzi Bankın sədri bildirib ki, Azərbaycan və Türkiyə Mərkəzi Bankları valyuta svopu haqqında danışıqlar aparmır.Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm). "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirmişdi ki, mümkün müqavilə siyasi motivli hesab edilir və AMB-nin beynəlxalq ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmayacaq.10 milyard dollarlıq itki barədə deyilənlər tarixi faktdırElman Rüstəmov bildirib ki, 2015-ci ildə Azərbaycanda manatın məzənnəsini qorumaq üçün ölkənin valyuta ehtiyatlarında 10 milyard dollarlıq itki ilə bağlı Prezident İlham Əliyevin dedikləri tarixi faktdır."Həmin il manatın 2-ci devalvasiyasına qədər 10 milyard ABŞ dolları məbləğində vəsait məzənnənin sabit saxlanılmasına sərf olunub, amma yekunda yenə də milli valyuta ucuzlaşdırılıb. Biz çox da uzaq olmayan dövrdə ağır məqamlar yaşadıq və yaşamaqda da davam edirik. 2014-ci ilin iyun ayından başlayaraq qlobal iqtisadi böhran, neftin qiymətinin uzunmüddətli və kəskin düşməsi ölkənin tədiyyə balansında ciddi problemlər yaratdı. Həmin dövrdə ölkədə ciddi quruculuq işləri gedirdi. Dövlət büdcəsinə neft gəlirləri hesabına transferlər çox idi. Odur ki, neftin kəskin ucuzlaşması ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı", - deyə o, əlavə edib.Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9% səviyyəsində müəyyən edilib.Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsi 0,25% artırılıb.Bundan öncə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlamaMərkəzi Bank inflyasiya ilə bağlı proqnozunu açıqlayıbMərkəzi Bank uçot dərəcəsini qaldırdıDollar bahalaşacaqmı? - Deputatdan məzənnə ilə bağlı açıqlamaMərkəzi Bank dollarla bağlı mühüm məlumat yaydıDollar üçün geri sayım başladı - Gözlər FED-in iclasındaDəqiqə ərzində neçə milyon dollar qazanmaq olur?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_114:0:1887:1330_1920x0_80_0_0_4a6c3679b3e8f5f64a014c6a17deb21d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, elman rüstəmov, dollar, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib, mərkəzi bank, uçot dərəcəsi, kriptovalyuta
manat, elman rüstəmov, dollar, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib, mərkəzi bank, uçot dərəcəsi, kriptovalyuta
Manat, dollar və kriptovalyutanın taleyi necə olacaq? Elman Rüstəmov detalları açıqladı
18:00 28.01.2022 (Yenilənib: 19:08 28.01.2022) Mərkəzi Bankın sədri FED-in qərarlarının Azərbaycana təsirləri, valyuta hərraclarında satışın artması, kriptovalyuta bazarı və digər məsələlərdən danışıb.
BAKI, 28 yanvar — Sputnik. Yanvarda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta hərraclarında satış artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında deyib.
O bildirib ki, bu ilin sonunda dövlət büdcəsi xərclərinin artması, dövriyyəyə daha çox milli valyuta buraxılması ilə bağlıdır.
"Kriptovalyuta bazarından təhdid görmürük"
Mətbuat konfransında Mərkəzi Bankın Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib ki, Azərbaycanda kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur.
O bildirib ki, kriptovalyutadan istifadənin məhdudlaşdırıldığı qonşu Türkiyə və Rusiyada kriptovalyuta istifadəçiləri və bu sahəyə yönəldilən maliyyə haqqında dəqiq məlumat yoxdur:
"O cümlədən, Azərbaycanda da kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur. Sadəcə bir neçə məlumat saytlarında, informasiya portallarında yayılan xəbərlərə istinadən istifadəçilərin sayı haqqında fikir yarana bilir. Bu da kriptovalyutadan istifadənin aşağı səviyyədə olduğunu göstərir. Məlumdur ki, bu aşağı göstərici nə pul siyasətinə, nə də maliyyə təhlükəsizliyinə ciddi təsir göstərmir, təhlükə yaratmır".
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib: "Məlumdur ki, bizdə kriptolaşma səviyyəsi çox aşağıdır. Hazırda öyrənmək lazımdır, dünyada kriptolaşma nə dərəcədə maliyyə kötüyü yarada bilər, kapital axınları ilə bağlı hansı risklər var. Hələlik biz bu bazardan kifayət qədər təhdidlər görmürük".
"FED-in qərarları Azərbaycana elə bir təsir etməyəcək"
Elman Rüstəmov deyib ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarlarının Azərbaycana elə bir təsiri olamayacaq.
"FED-in uçot dərəcəsi ilə bağlı qərarları bütövlükdə inkişaf etmiş bazarlarda problemlər yarada bilər. O bazarlarda ki, olduqca böyük həcmdə xarici maliyyə axınları olub. Aşağı faiz dərəcələri çərçivəsində, məntiqi olaraq FED faiz dərəcələrini aşağı salanda bu vəsaitlərin geri qayıtması halları yaşana bilər", - E.Rüstəmov deyib.
O bildirib ki, bu hal bütövlükdə maliyyə bazarlarını destabilizasiya edə bilər: "Amma, bütövlükdə Azərbaycanda belə xarakterli axınlar yoxdur. Hesab edirəm ki, Azərbaycana elə bir təsiri olmayacaq".
"Azərbaycan və Türkiyə valyuta svopu haqda danışıqlar aparmır"
Mərkəzi Bankın sədri bildirib ki, Azərbaycan və Türkiyə Mərkəzi Bankları valyuta svopu haqqında danışıqlar aparmır.
Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm). "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirmişdi ki, mümkün müqavilə siyasi motivli hesab edilir və AMB-nin beynəlxalq ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmayacaq.
10 milyard dollarlıq itki barədə deyilənlər tarixi faktdır
Elman Rüstəmov bildirib ki, 2015-ci ildə Azərbaycanda manatın məzənnəsini qorumaq üçün ölkənin valyuta ehtiyatlarında 10 milyard dollarlıq itki ilə bağlı Prezident İlham Əliyevin dedikləri tarixi faktdır.
"Həmin il manatın 2-ci devalvasiyasına qədər 10 milyard ABŞ dolları məbləğində vəsait məzənnənin sabit saxlanılmasına sərf olunub, amma yekunda yenə də milli valyuta ucuzlaşdırılıb. Biz çox da uzaq olmayan dövrdə ağır məqamlar yaşadıq və yaşamaqda da davam edirik.
2014-ci ilin iyun ayından başlayaraq qlobal iqtisadi böhran, neftin qiymətinin uzunmüddətli və kəskin düşməsi ölkənin tədiyyə balansında ciddi problemlər yaratdı. Həmin dövrdə ölkədə ciddi quruculuq işləri gedirdi. Dövlət büdcəsinə neft gəlirləri hesabına transferlər çox idi. Odur ki, neftin kəskin ucuzlaşması ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9% səviyyəsində müəyyən edilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsi 0,25% artırılıb.
Bundan öncə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.