https://sputnik.az/20220109/deqiqe-erzinde-nece-milyon-dollar-qazanmaq-olur-437992920.html
Dəqiqə ərzində neçə milyon dollar qazanmaq olur?
Dəqiqə ərzində neçə milyon dollar qazanmaq olur?
Sputnik Azərbaycan
Elə bir idmançı var ki, o, 1 milyon dollar qazanmaq üçün cəmi 7 saniyə sərf edib. 09.01.2022, Sputnik Azərbaycan
2022-01-09T11:44+0400
2022-01-09T11:44+0400
2022-01-09T11:44+0400
idman
dollar
idmançı
idmançılar
milyon
dəqiqə
https://cdnn1.img.sputnik.az/img/41677/27/416772777_0:364:3501:2333_1920x0_80_0_0_fefd7d8be9493117c407ab716838d75d.jpg
BAKI, 9 yanvar - Sputnik. Məşhur idmançıların bir dəqiqə ərzində nə qədər pul qazandıqlarını Olbg portalı hesablayıb. Araşdırma nəticəsini Sporf dərc edib.Bu göstərici üzrə lider qarışıq döyüş növləri (MMA) ilə məşğul olan irlandiyalı Konor Makqreqor olub. 2021-ci ildə Absolyut Döyüş Çempionatında (UFC) o, iki döyüş keçirib. İrlandiyalı amerikalı Dastin Poryeyə bunların hər birində uduzub. Ümumilikdə 33 yaşlı idmançı oktaqonda cəmi üç dəqiqə keçirib. Bu müddət ərzində Konor 22 milyon dollar qazanıb. Dəqiqə ərzində onun qazancı 8.69 milyon dollar olub. 1 milyon dollar qazanmaq üçün idmançıya cəmi 7 saniyə gərək olub.Reytinqin ikincisi meksikalı boksçu Saul Alvaresdir. O, bir dəqiqə ərzində 444 min dollar qazanıb. Üçlüyü amerika futbolu oyunçusu, kvoterbek Dak Preskott qapayır. O, bir dəqiqə ərzində 325 min dollar qazanıb. 2021-ci ilin sonunda "Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlamışdı. Konor orada da siyahıya başçılıq edirdi: 1. Konor Makqreqor - 180 milyon dollar2. Lionel Messi - 130 milyon dollar3. Kriştianu Ronaldu - 120 milyon dollar4. Dak Preskott (Amerika futbolu) - 107,5 milyon dollar5. Lebroin Ceyms (basketbol) - 96,5 milyon dollar6. Neymar (PSJ, Fransa) - 95 milyon7. Rocer Federer (tennis) - 90 milyon dollar8. Lüis Hemilton (Formula 1) - 82 milyon dollar9. Tom Bredi (Amerika futbolu) - 76 milyon dollar10. Kevin Dürant (basketbol) - 75 milyon dollar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41677/27/416772777_0:0:3111:2333_1920x0_80_0_0_a764b82821b44fe8b367b5cd6912c71d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəqiqə ərzində neçə milyon dollar qazanmaq olur? idmançı
dəqiqə ərzində neçə milyon dollar qazanmaq olur? idmançı
Dəqiqə ərzində neçə milyon dollar qazanmaq olur?
Elə bir idmançı var ki, o, 1 milyon dollar qazanmaq üçün cəmi 7 saniyə sərf edib.
BAKI, 9 yanvar - Sputnik. Məşhur idmançıların bir dəqiqə ərzində nə qədər pul qazandıqlarını Olbg portalı hesablayıb. Araşdırma nəticəsini Sporf dərc edib.
Bu göstərici üzrə lider qarışıq döyüş növləri (MMA) ilə məşğul olan irlandiyalı Konor Makqreqor olub. 2021-ci ildə Absolyut Döyüş Çempionatında (UFC) o, iki döyüş keçirib. İrlandiyalı amerikalı Dastin Poryeyə bunların hər birində uduzub.
Ümumilikdə 33 yaşlı idmançı oktaqonda cəmi üç dəqiqə keçirib. Bu müddət ərzində Konor 22 milyon dollar qazanıb. Dəqiqə ərzində onun qazancı 8.69 milyon dollar olub. 1 milyon dollar qazanmaq üçün idmançıya cəmi 7 saniyə gərək olub.
Reytinqin ikincisi meksikalı boksçu Saul Alvaresdir. O, bir dəqiqə ərzində 444 min dollar qazanıb.
Üçlüyü amerika futbolu oyunçusu, kvoterbek Dak Preskott qapayır. O, bir dəqiqə ərzində 325 min dollar qazanıb.
2021-ci ilin sonunda "Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlamışdı. Konor orada da siyahıya başçılıq edirdi:
1. Konor Makqreqor - 180 milyon dollar
2. Lionel Messi - 130 milyon dollar
3. Kriştianu Ronaldu - 120 milyon dollar
4. Dak Preskott (Amerika futbolu) - 107,5 milyon dollar
5. Lebroin Ceyms (basketbol) - 96,5 milyon dollar
6. Neymar (PSJ, Fransa) - 95 milyon
7. Rocer Federer (tennis) - 90 milyon dollar
8. Lüis Hemilton (Formula 1) - 82 milyon dollar
9. Tom Bredi (Amerika futbolu) - 76 milyon dollar
10. Kevin Dürant (basketbol) - 75 milyon dollar.