https://sputnik.az/20220127/nazarbayevin-qazaxistan-tehlukesizlik-surasina-omurluk-sedrliyi-legv-edilib-438551316.html
Nazarbayevin Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük sədrliyi ləğv edilib
Nazarbayevin Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük sədrliyi ləğv edilib
Sputnik Azərbaycan
Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
2022-01-27T11:27+0400
2022-01-27T11:27+0400
2022-01-27T11:17+0400
nursultan nazarbayev
dünya xəbərləri
sədr
qazaxıstan
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883864_0:277:3065:2002_1920x0_80_0_0_f75ce12b9ad81ea82d5625eb73e27c9f.jpg
BAKI, 27 yanvar — Sputnik. Qazaxıstan Parlamentinin Senatı (yuxarı palatası) sabiq prezident Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqları Assambleyasına (ANC) ömürlük sədrlik etməsi ilə bağlı düzəlişləri qəbul edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti açıqlama yayıb.Qanunvericiliyə görə, bu dəyişikliklər dövlət başçısı tərəfindən təsdiqlənməlidir.Bundan başqa, senatorlar dövlət təşəbbüslərinin, siyasətin əsas istiqamətlərinin N.Nazarbayevlə razılaşdırılmasını ləğv etməyi təklif ediblər. Bu norma "Birinci Prezident - Elbası haqqında" Konstitusiya Qanununda öz əksini tapıb.Qeyd edək ki, yanvarın 19-da parlamentin aşağı palatasının deputatları bu qanunu təsdiqləyib. Mövcud qanunvericilikdən Nazarbayevə Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqlar Assambleyasına ömürlük rəhbərlik etmək hüququ verilən müddəalar çıxarılıb.Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Yanvarın 16-dan etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.Yanvarın 9-u Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib."KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda yalan şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk", - deyə Ukibay açıqlamasında bildirib.Mətbuat katibinin sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır və Tokayevə dəstək verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiya XİN: KTMT Qazaxıstanda özünü effektli mexanizm kimi göstərdiSıromolotov: Qazaxıstandakı hadisələrin sifarişçiləri barədə danışmaq hələ tezdirTokayev ölkədəki qarşıdurmaların əsl səbəbini açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883864_321:0:3050:2047_1920x0_80_0_0_22ac1f53687385401affdafdb15a60eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nazarbayevin qazaxıstan təhlükəsizlik şurasına ömürlük sədrliyi ləğv edilib
nazarbayevin qazaxıstan təhlükəsizlik şurasına ömürlük sədrliyi ləğv edilib
Nazarbayevin Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük sədrliyi ləğv edilib
Bundan başqa, senatorlar dövlət təşəbbüslərinin, siyasətin əsas istiqamətlərinin N.Nazarbayevlə razılaşdırılmasını ləğv etməyi təklif ediblər.
BAKI, 27 yanvar — Sputnik. Qazaxıstan Parlamentinin Senatı (yuxarı palatası) sabiq prezident Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqları Assambleyasına (ANC) ömürlük sədrlik etməsi ilə bağlı düzəlişləri qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti açıqlama yayıb.
Qanunvericiliyə görə, bu dəyişikliklər dövlət başçısı tərəfindən təsdiqlənməlidir.
Bundan başqa, senatorlar dövlət təşəbbüslərinin, siyasətin əsas istiqamətlərinin N.Nazarbayevlə razılaşdırılmasını ləğv etməyi təklif ediblər. Bu norma "Birinci Prezident - Elbası haqqında" Konstitusiya Qanununda öz əksini tapıb.
Qeyd edək ki, yanvarın 19-da parlamentin aşağı palatasının deputatları bu qanunu təsdiqləyib. Mövcud qanunvericilikdən Nazarbayevə Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqlar Assambleyasına ömürlük rəhbərlik etmək hüququ verilən müddəalar çıxarılıb.
Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Yanvarın 16-dan etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.
Yanvarın 9-u Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.
"KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda yalan şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk", - deyə Ukibay açıqlamasında bildirib.
Mətbuat katibinin sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır və Tokayevə dəstək verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.