Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib

© AR Ministry of DefenceZakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
İranlı nazir xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir.
BAKI, 25 yanvar - Sputnik. İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Görüşdən əvvəl müdafiə naziri general-polkovnik Z.Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olub.
© AR Ministry of DefenceZakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Qonaqları İranda görməkdən məmnunluğunu ifadə edən general-mayor M.Gərayi Aştiani xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını vurğulayıb. İranlı nazir xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir.
Öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan-İran əlaqələrinin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu deyib. General-polkovnik Z.Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.
Görüşdə hərbi əməkdaşlığın inkişaf etməsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında yaradılmış birgə işçi qrupunun fəaliyyəti, eləcə də ikitərəfli razılaşma əsasında həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.
Azərbaycan və İran arasında hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda görüşün yekununa dair tərəflər arasında protokol imzalanıb.
© AR Ministry of DefenceZakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Qeyd edək ki, Zakir Həsənov bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə də görüşüb.
Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub.
Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.
© AR Ministry of DefenceZakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Baş Qərargah rəisi qonaqları salamlayaraq son illər ərzində Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə edilən qələbədən sonra yeni yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş Azərbaycan ərazilərində görülən işlər barədə ətraflı məlumat verib.
© AR Ministry of DefenceZakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyini, ikitərəfli hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerini Azərbaycana rəsmi səfərə dəvət edib.
Görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Sonda görüşün yekununa dair protokol imzalanıb, mətbuata birgə açıqlama verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü
Ehtiyatda olanlar üçün hərbi təlim toplanışı - VİDEO
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Xəbər lenti
0