QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

© Sputnik / Murad OrujovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
BAKI, 12 yanvar — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
© AR Ministry of DefenceMüdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.
Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.
Xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı olub. Ondan sonra qısa müddətdə bu vəzifədə general-mayor Mixail Kosobokov təyin edilib.
Daha sonra bu vəzifəni general-leytenant Gennadi Anaşkin icra edib. Andrey Volkov 2020-ci ilin 10 noyabrından etibarən bu vəzifəyə təyin olunan dördüncü şəxsdir.

Həmçinin oxuyun:

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib
Sülhməramlıların komandanı yenə dəyişdi
Xəbər lenti
0