Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ehtiyatda olanlar üçün hərbi təlim toplanışı - VİDEO

© AR Ministry of DefenceHərbi vəzifəlilərin təlim toplanışı keçirilir
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
BAKI, 21 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silahlarla, hərbi texnikalarla yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub. Tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirib.
Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun qazandığı zəfərdən, bu qələbənin tarixi əhəmiyyətindən danışıblar. Keçirilən təlimlərin onların döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir edəcəyini bildiriblər.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.
Qeyd edək ki, təlim toplanışı yanvarın 29-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0