DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Neftin orta qiyməti bu il xeyli artacaq - PROQNOZ

© Sputnik / Максим Богодвид / Mediabanka keçidНефтяная качалка в России, фото из архива
Нефтяная качалка в России, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş "World Economic Outlook" hesabatında bildirilir.
BAKI, 25 yanvar - Sputnik. Bu il neftin orta qiymətinin əvvəlki illə müqayisədə 11,9% artaraq bir barel üçün 77,31 təşkil edəcəyi gözlənilir. "APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş "World Economic Outlook" hesabatında bildirilir.
Eyni zamanda, gələn il neftin qiyməti, hesabat müəlliflərinin proqnozlaşdırdığı kimi, 7,8% azalaraq bir barel üçün 71,29 dollar təşkil edəcək.
"Fyuçers bazarları göstərir ki, neft qiymətləri 2022-ci ildə təxminən 12%, təbii qaz 58% artacaq, 2023-cü ildə isə azalacaq, çünki tələb-təklif balanssızlığı bir qədər də azalacaq", - hesabatda deyilir.
Xatırladaq ki, son günlər dünyada neftin qiyməti bahalaşmaqda davam edir. Neft çatışmazlığı qiymətləri daha da artıra bilər.
Belə ki, yanvarın 19-da Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,8% artaraq 90,56 dollar, 18-də isə 89,84 dollar olmuşdu.
Ötən gün “Brent” markalı neftin bir bareli 88,07 dollar olub. “Brent” qiyməti yanvarın 18-də 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Ekspertlər ötən ildən bahalaşmağa başlayan neft qiymətlərinin daha da artacağını gözləyir. "Omikron"un yoluxma sürətinə baxmayaraq, neftə olan tələb yüksək olaraq qalır.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İrandan Rusiyaya Azərbaycanla bağlı qeyri-adi təklif
Avstriyada nə baş verib? Ceyhun Bayramov və OPEC rəhbəri görüşdü
Azərbaycan neftinin qiyməti artır - 90 dollar həddini keçib
Xəbər lenti
0