https://sputnik.az/20220120/randan-rusiyaya-azerbaycanla-bagli-qeyri-adi-teklif-438354188.html
İrandan Rusiyaya Azərbaycanla bağlı qeyri-adi təklif
İrandan Rusiyaya Azərbaycanla bağlı qeyri-adi təklif
Sputnik Azərbaycan
İranın neft naziri Cavad Övci bildirib ki, onun ölkəsi Rusiyaya öz ərazisi ilə svop qaz nəqlini həyata keçirməyi təklif edib. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T23:03+0400
2022-01-20T23:03+0400
2022-01-20T23:43+0400
rusiya
qaz
türkmənistan
iran
aşqabad
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262228_0:320:3073:2048_1920x0_80_0_0_6a0b759540a7ddd4986268c4053f0af3.jpg
BAKI, 20 yanvar - Sputnik. İran Rusiyaya öz ərazisi ilə svop qaz nəqlini həyata keçirməyi təklif edib.Bunu İranın neft naziri Cavad Övci bildirib.Onun sözlərinə görə, Rusiyaya səfər zamanı qazın İran vasitəsilə svop tədarükü müzakirə olunub.Xəbəri Report Rusiya mediasına istinadla yayıb. Cavad Övci yanvarın 11-də bildirmişdi ki, İran öz ərazisindən nəql etdiyi Türkmənistan qazının həcmini artırmağa hazırdır. Bunun üçün İran müvafiq infrastruktura malikdir.Onun sözlərinə görə, ötən ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında imzalanan müqaviləyə əsasən Türkmənistan qazı İrandan tranzit olaraq keçərək Azərbaycana çatdırılır. Müqaviləyə əsasən ildə 2 milyard kubmetr qaz İran ərazisindən Azərbaycana nəql edilir. İran nəql olunan qazın həcmini gündəlik 40 milyon kubmetrə çatdıra bilər.Yaxın günlərdə Türkmənistan Prezidentinin İrana səfəri nəzərdə tutulub. Səfər çərçivəsində bu məsələnin də müzakirəsi gözlənilir.Aşqabadda qaz mübadiləsinə dair müqavilə imzalanıbQeyd edək ki, 2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Övci imzalayıb.Aşqabad müqaviləsinə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.İranın neft naziri bildirmişdi ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:İranlı nazir Azərbaycanla bağlı açıqlama verdiNaxçıvana qaz haradan gəlir?Aşqabad müqaviləsi işə düşüb: Türkmənistan qazı İran üzərindən Azərbaycana gətirilir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262228_57:0:2788:2048_1920x0_80_0_0_2efba598b0fbdcab93b0ec28c1239a75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, türkmənistan, iran, aşqabad
qaz, türkmənistan, iran, aşqabad
İrandan Rusiyaya Azərbaycanla bağlı qeyri-adi təklif
23:03 20.01.2022 (Yenilənib: 23:43 20.01.2022) İranın neft naziri Cavad Övci bildirib ki, onun ölkəsi Rusiyaya öz ərazisi ilə svop qaz nəqlini həyata keçirməyi təklif edib.
BAKI, 20 yanvar - Sputnik. İran Rusiyaya öz ərazisi ilə svop qaz nəqlini həyata keçirməyi təklif edib.
Bunu İranın neft naziri Cavad Övci bildirib.
Onun sözlərinə görə, Rusiyaya səfər zamanı qazın İran vasitəsilə svop tədarükü müzakirə olunub.
"Son aylar ərzində biz Türkmənistandan qazın Azərbaycan vasitəsilə svop tədarükünü həyata keçirməyə başlamışıq. Eynilə, bunu Rusiya qazının sonrakı ixracı üçün də təklif etdik”, - Övci deyib.
Xəbəri Report Rusiya mediasına istinadla yayıb.
Cavad Övci yanvarın 11-də bildirmişdi ki, İran öz ərazisindən nəql etdiyi Türkmənistan qazının həcmini artırmağa hazırdır. Bunun üçün İran müvafiq infrastruktura malikdir.
Onun sözlərinə görə, ötən ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında imzalanan müqaviləyə əsasən Türkmənistan qazı İrandan tranzit olaraq keçərək Azərbaycana çatdırılır. Müqaviləyə əsasən ildə 2 milyard kubmetr qaz İran ərazisindən Azərbaycana nəql edilir. İran nəql olunan qazın həcmini gündəlik 40 milyon kubmetrə çatdıra bilər.
Yaxın günlərdə Türkmənistan Prezidentinin İrana səfəri nəzərdə tutulub. Səfər çərçivəsində bu məsələnin də müzakirəsi gözlənilir.
Aşqabadda qaz mübadiləsinə dair müqavilə imzalanıb
Qeyd edək ki, 2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Övci imzalayıb.
Aşqabad müqaviləsinə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.
İranın neft naziri bildirmişdi ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.