https://sputnik.az/20220120/avstriyada-ne-bas-verib-ceyhun-bayramov-ve-opec-rehberi-gorusdu-438354910.html
Avstriyada nə baş verib? Ceyhun Bayramov və OPEC rəhbəri görüşdü
Avstriyada nə baş verib? Ceyhun Bayramov və OPEC rəhbəri görüşdü
Sputnik Azərbaycan
Baş katibi Məhəmməd Barkindo deyib ki, məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində OPEC Plus formatı yaradılıb. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T23:45+0400
2022-01-20T23:45+0400
2022-01-20T23:45+0400
siyasət
avstriya
opec
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/42368/74/423687400_0:17:1201:692_1920x0_80_0_0_eb956e75470cd5cccfcc879406d60c8d.jpg
BAKI, 20 yanvar - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin məlumatında bildirilir.Görüş çərçivəsində Baş katib Azərbaycan ilə əməkdaşlıqdan məmnunluqla bəhs edib. O, 2016-cı ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan dövlət başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin, eləcə də təşkilata üzv olmayan ölkələrin bir araya gəlməsi, birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladıb.Barkindo bu təşəbbüsün OPEC-ə üzv olan və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğunu, məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-ci ilin dekabr ayında OPEC Plus formatının yaradıldığını qeyd edib. Baş katib OPEC Plus formatında birgə fəaliyyətin dünya neft bazarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söyləyib.Nazir Ceyhun Bayramov OPEC Plus formatında uğurlu əməkdaşlığımızdan danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi altında OPEC Plus formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirib.Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.***Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərin perspektivləri müzakirə olunub, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd olunub.Nazirlər cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıblar.Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.C.Bayramov post-münaqişə dövründə regionda mövcud olan vəziyyət, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42368/74/423687400_0:0:1035:776_1920x0_80_0_0_3995819f2eb136fba0951203729e7594.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov opec rəhbəri ilə nə danışıb
ceyhun bayramov opec rəhbəri ilə nə danışıb
Avstriyada nə baş verib? Ceyhun Bayramov və OPEC rəhbəri görüşdü
Baş katibi Məhəmməd Barkindo deyib ki, məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində OPEC Plus formatı yaradılıb.
BAKI, 20 yanvar - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin məlumatında bildirilir.
Görüş çərçivəsində Baş katib Azərbaycan ilə əməkdaşlıqdan məmnunluqla bəhs edib.
O, 2016-cı ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan dövlət başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin, eləcə də təşkilata üzv olmayan ölkələrin bir araya gəlməsi, birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladıb.
Barkindo bu təşəbbüsün OPEC-ə üzv olan və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğunu, məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-ci ilin dekabr ayında OPEC Plus formatının yaradıldığını qeyd edib.
Baş katib OPEC Plus formatında birgə fəaliyyətin dünya neft bazarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söyləyib.
Nazir Ceyhun Bayramov OPEC Plus formatında uğurlu əməkdaşlığımızdan danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi altında OPEC Plus formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərin perspektivləri müzakirə olunub, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd olunub.
Nazirlər cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.
C.Bayramov post-münaqişə dövründə regionda mövcud olan vəziyyət, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.