CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbdə müəllimi döyən şəxs tutulub

© AFP 2023 / FRED DUFOURHəbs, arxiv şəkli
Həbs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib
BAKI, 25 yanvar — Sputnik. Bakıda məktəbdə müəllimi döyən şəxs tutulub.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib.
Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.
Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, yanvarın əvvəllərində Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdləri döyməsini əks etdirən video geniş müzakirə mövzusuna çevrilmişdi.
Məktəbdə şagirdlərin güc yolu ilə tərbiyəsi birmənalı qarşılanmamışdı. Bəziləri məktəbdə şagirdlərin döyülməsini təhsilimizdə olan ənənə olduğunu bildirib bunu tərbiyə üsulu kimi qəbul etsə də, digərləri birmənalı olaraq təhsil müəssisələrində şagirdlərin döyülməsini düzgün saymır.
Həmçinin oxuyun:
"Müəllimin vurduğu yerdə gül bitər"?! - Video
Şagirdi necə döyməli?
Tərbiyəçi və tərbiyəsi - Uşaq təhsil alsın deyə döyülməlidir?
Xəbər lenti
0