https://sputnik.az/20220113/sagirdi-nece-doymeli-438093310.html
Şagirdi necə döyməli?
Şagirdi necə döyməli?
Sputnik Azərbaycan
Ustadın bir sözü hələ də qulağımda cingildəyir: "Döyülməyən düyüdən aş olmaz!" 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T09:06+0400
2022-01-13T09:06+0400
2022-01-13T09:06+0400
şagird
yazarlar
müəllim
məktəb
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424876394_0:0:3071:1728_1920x0_80_0_0_fdef881d714ece4257f0e6ff664e0457.jpg
Ötən həftə Bakı şəhərində fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərini döyməsi ilə bağlı videogörüntü ciddi müzakirələrə səbəb oldu. Direktoru müdafiə edən də, tənqid edən də tapıldı. Daha sonra isə Bakının başqa bir məktəbində şagirdlərin müəllimi döyməsi xəbərini aldıq. Şükürlər olsun ki, bu xəbər əsassız çıxdı. Yoxsa uzun müddət bu xəbərin təsirindən çıxmaqda çətinlik çəkəcəkdik. Bu xəbərlərin təsiri ilə xeyli kövrəldim və uzaq-uzaq illərin o tayına, uşaqlıq illərimə qayıtdım.***...Yaxşı yadımdadır, məktəbə kövrək qədəmlərimi basanda həmin məktəbdə idman müəllimi işləyən atam başımı tumarlayıb, alnımdan öpüb, uzun-uzun uzaqlara baxıb, köks ötürdü. Sonra əllərini çiynimə qoyub belə dedi: "Bu ölüm-dirim savaşıdır, oğul! Gedib də dönməmək, dönüb də şey eləməmək var. (Açığı, bu “şey eləməmək” hissəsini hələ də tam aydınlaşdıra bilməmişəm.) Bu gündən sənin qara günlərin başlayır. Müəllimlərin səni mütəmadi olaraq döyəcək, qol-qabırğanı qıracaq, lazım gəlsə, söyəcək, amma sənə elmin sirlərini öyrədəcəklər". Cəsarətlə atamın gözlərinin içinə baxıb: "Mən bu davaya, qazavata hazıram, atacan!" – dedim. Cəsarət məsələsinə tam əmin deyiləm. Üstündən illər keçib, bəlkə də tumanı islatmışdım qorxumdan, dəqiq bilmirəm.***Məktəbin dəhlizinə daxil olan kimi atam yuxarı sinif şagirdlərindən birini amansız sambo fəndiylə qaldırıb yerə çırpdı, axı o, idman müəllimi idi! Dəhliz boyu irəlilədikcə, qürur duyurdum. Sentyabrın ilk günü məktəbimizin dəhlizi Şaolin məbədini xatırladırdı. İlk dərs günü sevincini yaşayan müəllimlər şagirdləri amansızcasına döyür, müxtəlif güləş, sambo, şotokan fəndləri ilə onları qaldırıb yerə çırpır, eyni zamanda elmin sirlərini elə dəhlizdəcə, döyə-döyə şagirdlərə öyrədirdilər. Atam məni ibtidai sinif müəlliminə təhvil verəndə eynən belə dedi: "Əti sənin, sümüyü mənim". Müəllim razılıqla başını yelləyib, boynumun arxasından yaxşıca bir qapaz ilişdirib mənə yerimi göstərdi. İlk dərsdəcə ortalıq qan gölünə döndü. Ağzı-burnu partlayan, qaşı yarılan, barmağı qırılan... Müəllim ağına-bozuna baxmadan bizi çırpır, eyni zamanda məktəbin faydalarından, təhsilin önəmindən, elmin dərinliklərindən danışırdı.Biz hamımız xoşbəxt idik.***İlk dərs günü mənim həyatımda dərin iz buraxdı. Müəllimin "mae geri" və "mikazuki geri" adlandırdığı təpik zərbələri çənəmi sındırmışdı. Amma mən bunu evdə demədim, çünki atam sümük məsələsində çox həssas idi. O, şagirdlərin skeletinin zədələnməsinə hər zaman qarşı çıxır, heç vaxt şagirdlərinin sümüklərini qırmırdı. Sözün düzü, sinif müəllimimiz də ayaq zərbələri ilə məni “nokdaun” vəziyyətinə salanda sümüklərimi qırmaq niyyəti güdmürdü. Sadəcə, uşaq idim və kövrək sümüklərim elmin təpiyinə, yumruğuna kifayət qədər hazır deyildi. Döyülə-döyülə əlifbanı öyrəndim, birinci sinfi yüksək qiymətlərlə başa vurdum. Beşinci sinfə qədər əla qiymətlərlə oxuduğum üçün digər sinif yoldaşlarımla müqayisədə az döyülürdüm. Sinfimizdə elə uşaqlar vardı ki, üçüncü dərsdən sonra "Təcili Yibbi Yardım" maşını ilə xəstəxanaya aparılır, ilkin tibbi yardımdan sonra evə buraxılırdılar. Nənəm müəllim zərbəsindən qorunmağım üçün kəndin mollasına haradasa 30-35 dua yazdırmışdı. Buna baxmayaraq hər rübün sonunda "Qiymət cədvəli" təqdim olunanda sinif rəhbərimiz zarafata salıb məni qurşaqdan aşağı "Kin geri", "Tsumasaki" zərbələrinə qonaq edir, sonra boynumun arxasına yağlı bir şapalaq vurub, tərifləyirdi.***Yuxarı siniflərdə bədənimiz kifayət qədər bərkimişdi. Müəllimlərin qəfil suallarına cavab verə bilməsək də, qəfil zərbələrinə blok qoya bilirdik. Hərdən öz bilik və bacarıqlarımızı nümayiş etdirmək üçün həm suallara cavab verir, dərs danışır, həm də qocalıb əldən düşmüş müəllimlərimizi döyüb xurd-xəşil edirdik.Yaxşı yadımdadır, müəllimlər bizi döyəndə "eşşək", "qoyun", "öküz", "tərbiyəsiz", "nadan" kimi sözlərdən istifadə edir, bizi çiçəklənən ölkəmizin nurlu gələcəyi üçün var gücləri ilə hazırlayırdılar.Beləcə döyülə-döyülə orta məktəbi bitirib, həyata atıldım. Məktəbi qurtaranda polad iradəli Şaolin rahibləri kimi sərt, eyni zamanda həyatın və elmin sirlərinə bələd olan güclü bir gənc idim. Bu gün də müəllimlərimin şillə-təpiklərini, söyüşlərini unutmuram.Ustadın bir sözü hələ də qulağımda cingildəyir: "Döyülməyən düyüdən aş olmaz!"***Bəs müasir dövrdə müəllim şagirdi necə döyməlidir? Bax, bu mövzu o qədər ciddidir ki, mən ürək edib “Şagirdi necə döymək lazımdır?” – sualına cavab verə bilmirəm. Ümumiyyətlə, mənə qalsa, çox yaxşı olar ki, müəllimlər və şagirdlər məktəbdə döyüşməsinlər, elmlə, təhsillə məşğul olsunlar. Yox, əgər çox məcburiyyət yaranarsa, bunu hamının gözü qarşısında yox, məktəbin arxasında etsinlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424876394_0:0:2729:2047_1920x0_80_0_0_57f09757b3c3c9a9e29196c86f8ef05f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
şagirdi necə döyməli? bu "elmin" də sirri var?
şagirdi necə döyməli? bu "elmin" də sirri var?
Şagirdi necə döyməli?
Ustadın bir sözü hələ də qulağımda cingildəyir: "Döyülməyən düyüdən aş olmaz!"
Ötən həftə Bakı şəhərində fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərini döyməsi ilə bağlı videogörüntü ciddi müzakirələrə səbəb oldu. Direktoru müdafiə edən də, tənqid edən də tapıldı. Daha sonra isə Bakının başqa bir məktəbində şagirdlərin müəllimi döyməsi xəbərini aldıq.
Şükürlər olsun ki, bu xəbər əsassız çıxdı. Yoxsa uzun müddət bu xəbərin təsirindən çıxmaqda çətinlik çəkəcəkdik. Bu xəbərlərin təsiri ilə xeyli kövrəldim və uzaq-uzaq illərin o tayına, uşaqlıq illərimə qayıtdım.
...Yaxşı yadımdadır, məktəbə kövrək qədəmlərimi basanda həmin məktəbdə idman müəllimi işləyən atam başımı tumarlayıb, alnımdan öpüb, uzun-uzun uzaqlara baxıb, köks ötürdü. Sonra əllərini çiynimə qoyub belə dedi: "Bu ölüm-dirim savaşıdır, oğul! Gedib də dönməmək, dönüb də şey eləməmək var. (Açığı, bu “şey eləməmək” hissəsini hələ də tam aydınlaşdıra bilməmişəm.) Bu gündən sənin qara günlərin başlayır. Müəllimlərin səni mütəmadi olaraq döyəcək, qol-qabırğanı qıracaq, lazım gəlsə, söyəcək, amma sənə elmin sirlərini öyrədəcəklər".
Cəsarətlə atamın gözlərinin içinə baxıb: "Mən bu davaya, qazavata hazıram, atacan!" – dedim. Cəsarət məsələsinə tam əmin deyiləm. Üstündən illər keçib, bəlkə də tumanı islatmışdım qorxumdan, dəqiq bilmirəm.
Məktəbin dəhlizinə daxil olan kimi atam yuxarı sinif şagirdlərindən birini amansız sambo fəndiylə qaldırıb yerə çırpdı, axı o, idman müəllimi idi! Dəhliz boyu irəlilədikcə, qürur duyurdum. Sentyabrın ilk günü məktəbimizin dəhlizi Şaolin məbədini xatırladırdı.
İlk dərs günü sevincini yaşayan müəllimlər şagirdləri amansızcasına döyür, müxtəlif güləş, sambo, şotokan fəndləri ilə onları qaldırıb yerə çırpır, eyni zamanda elmin sirlərini elə dəhlizdəcə, döyə-döyə şagirdlərə öyrədirdilər.
Atam məni ibtidai sinif müəlliminə təhvil verəndə eynən belə dedi: "Əti sənin, sümüyü mənim". Müəllim razılıqla başını yelləyib, boynumun arxasından yaxşıca bir qapaz ilişdirib mənə yerimi göstərdi. İlk dərsdəcə ortalıq qan gölünə döndü. Ağzı-burnu partlayan, qaşı yarılan, barmağı qırılan... Müəllim ağına-bozuna baxmadan bizi çırpır, eyni zamanda məktəbin faydalarından, təhsilin önəmindən, elmin dərinliklərindən danışırdı.
Biz hamımız xoşbəxt idik.
İlk dərs günü mənim həyatımda dərin iz buraxdı. Müəllimin "mae geri" və "mikazuki geri" adlandırdığı təpik zərbələri çənəmi sındırmışdı. Amma mən bunu evdə demədim, çünki atam sümük məsələsində çox həssas idi. O, şagirdlərin skeletinin zədələnməsinə hər zaman qarşı çıxır, heç vaxt şagirdlərinin sümüklərini qırmırdı.
Sözün düzü, sinif müəllimimiz də ayaq zərbələri ilə məni “nokdaun” vəziyyətinə salanda sümüklərimi qırmaq niyyəti güdmürdü. Sadəcə, uşaq idim və kövrək sümüklərim elmin təpiyinə, yumruğuna kifayət qədər hazır deyildi. Döyülə-döyülə əlifbanı öyrəndim, birinci sinfi yüksək qiymətlərlə başa vurdum. Beşinci sinfə qədər əla qiymətlərlə oxuduğum üçün digər sinif yoldaşlarımla müqayisədə az döyülürdüm.
Sinfimizdə elə uşaqlar vardı ki, üçüncü dərsdən sonra "Təcili Yibbi Yardım" maşını ilə xəstəxanaya aparılır, ilkin tibbi yardımdan sonra evə buraxılırdılar. Nənəm müəllim zərbəsindən qorunmağım üçün kəndin mollasına haradasa 30-35 dua yazdırmışdı. Buna baxmayaraq hər rübün sonunda "Qiymət cədvəli" təqdim olunanda sinif rəhbərimiz zarafata salıb məni qurşaqdan aşağı "Kin geri", "Tsumasaki" zərbələrinə qonaq edir, sonra boynumun arxasına yağlı bir şapalaq vurub, tərifləyirdi.
Yuxarı siniflərdə bədənimiz kifayət qədər bərkimişdi. Müəllimlərin qəfil suallarına cavab verə bilməsək də, qəfil zərbələrinə blok qoya bilirdik. Hərdən öz bilik və bacarıqlarımızı nümayiş etdirmək üçün həm suallara cavab verir, dərs danışır, həm də qocalıb əldən düşmüş müəllimlərimizi döyüb xurd-xəşil edirdik.
Yaxşı yadımdadır, müəllimlər bizi döyəndə "eşşək", "qoyun", "öküz", "tərbiyəsiz", "nadan" kimi sözlərdən istifadə edir, bizi çiçəklənən ölkəmizin nurlu gələcəyi üçün var gücləri ilə hazırlayırdılar.
Beləcə döyülə-döyülə orta məktəbi bitirib, həyata atıldım. Məktəbi qurtaranda polad iradəli Şaolin rahibləri kimi sərt, eyni zamanda həyatın və elmin sirlərinə bələd olan güclü bir gənc idim. Bu gün də müəllimlərimin şillə-təpiklərini, söyüşlərini unutmuram.
Ustadın bir sözü hələ də qulağımda cingildəyir: "Döyülməyən düyüdən aş olmaz!"
Bəs müasir dövrdə müəllim şagirdi necə döyməlidir? Bax, bu mövzu o qədər ciddidir ki, mən ürək edib “Şagirdi necə döymək lazımdır?” – sualına cavab verə bilmirəm. Ümumiyyətlə, mənə qalsa, çox yaxşı olar ki, müəllimlər və şagirdlər məktəbdə döyüşməsinlər, elmlə, təhsillə məşğul olsunlar. Yox, əgər çox məcburiyyət yaranarsa, bunu hamının gözü qarşısında yox, məktəbin arxasında etsinlər.