CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdəmirdə dəfələrlə məhkum olunmuş falçı qadın saxlanılıb

© pixabay / RirrizKartla fala baxmaq, arxiv şəkli
Kartla fala baxmaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.
BAKI, 25 yanvar — Sputnik. Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Kürdəmir rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunun itirməsindən istifadə edərək 500 manat pulunu və 4 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.
Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
"Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.
DİN Mətbuat Xidmətinin yanvarın 18-də yaydığı məlumata görə, Bakıda vətəndaşı şantaj edən "baxıcı" saxlanılıb.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın 2021-ci il sentyabrın 19-da bir nəfərin ("baxıcı") onu aldadıb hesabına 1700 manat pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, ötən ilin oktyabr ayında da Ağstafada falçı saxlanılıb. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva həbs edilib. Araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2 000 manat pul alıb.
G.Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2 000 manatını dələduzluq yolu ilə mənimsəyib.
Bir müddət sonra 3-cü dəfə rayona gələn G.Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Həmçinin oxuyun:
Müştərisini hədələyən falçı saxlanıldı
Firudin Qurbansoy: Məgər hidrometeoroloqlar hava proqnozu verəndə Allahın işinə qarışır?
Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub
"Media haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
Xəbər lenti
0