https://sputnik.az/20211214/firudin-qurbansoy-meger-hidrometeoroloqlar-hava-proqnozu-verende-allahin-isine-qarisir-437253923.html
Firudin Qurbansoy: Məgər hidrometeoroloqlar hava proqnozu verəndə Allahın işinə qarışır?
Firudin Qurbansoy: Məgər hidrometeoroloqlar hava proqnozu verəndə Allahın işinə qarışır?
Sputnik Azərbaycan
Astroloq: Mübariz Qurbanlı demişdi ki, "falçılıq qadağan olunub, harada görsələr cəzalanacaqlar". Dedim ki, İçəri şəhərdə nə qədər falçı var, siyahısını verim... 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T21:00+0400
2021-12-14T21:00+0400
2021-12-15T00:26+0400
astroloq səbuhi rəhimli
qanun
media
https://cdnn1.img.sputnik.az/img/41649/73/416497386_0:0:2001:1125_1920x0_80_0_0_d2676373d5296023cbdbdaed9af9cf44.jpg
BAKI, 14 dekabr — Sputnik. Azərbaycanda Media haqqında hazırlanan qanunda parapsixologiya, ekstrasens, medium, mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir. Amma elə insanlar var ki, onlar işlərini ulduz falına uyğun qururlar. Bu qanun onlara necə təsir edə bilər?Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün insanlar məlumatları təkcə KİV-dən almır. Astroloji məlumat almaq istəyən gedib sosial mediyadan, xarici KİV-dən alacaq:"Bu baxımdan inanmıram ki, insanlara təsir etsin. Təbii ki, hər şeydən bəhanə axtarıb depressiyaya düşən insanlar da var. Melanxolik insanlar (ən çətin ünsiyyət yaradılan insan tipidir - red.) nüans axtarırlar ki, depressiyaya düşsünlər. Bu, onların psixoloji durumundan, özgüvənsizliyindən qaynaqlanır".Filologiya üzrə fəlsəfə doktoru, astroloq, Firudin Qurbansoy bildirir ki, bu gün Azərbaycan mühitində bu elmi genişləndirmək üçün, yaymaq üçün şərait yoxdur:"Hər kəs öz bacarığı hesabına, bildiyi dillər sferasında bu elmi öyrənmək istəyir. Amma bu elmi 1 aya, 1 ilə öyrənmək mümkün deyil. Bunu öyrənmək üçün gərək ömrünü sərf edəsən. Əfsuslar olsun ki, bu elmi savadsız din xadimləri və jurnalistlər gözdən salmaq istədilər və buna nail oldular. Savadsız din adamları deyirlər ki, "bu, Allahın işinə qarışmaqdır". Məgər başqa sahələrdə proqnoz yoxur? Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava proqnozu verirlər. Onlar Allahın işinə qarışmış olurlar? Onda hidrometeoroloqlar heç bir məlumat verməsinlər, iqtisadçılar da heç bir proqnoz verməsinlər".10 ildən artıqdır ki, bu sahədən uzaqlaşan Qurbansoyun sözlərinə görə, Qurani-Kərimdə də ayələr var ki, orada da astrologiyanın tərəfindədir:Müsahibimiz bu qərarı dəstəklədiyini söylədi:"Çünki, KİV-lər internetdən götürüb tərcümə edirlər. Amma bu, düz gəlməyəcək. Çünki, hər bir ərazininin özününü astroloji qatları var. Bunu nəzərə almadan məlumat vermək doğru deyil".Tanınmış astroloq Səbuhi Rəhimli bildirir ki, Azərbaycanda astroloq demək olar ki, yoxdur. Əgər bu qanun insanların saflaşmasına xidmət edirsə, onda gərək çox şeyə qadağa qoyalar:S. Rəhimli əlavə edir ki, astroloji məlumatlar bütün dünyada var:"Ondansa televiziyalarda ucuz skandal şouları yığışdırsınlar. Onun əvəzinə maarifləndirici verilişlər versinlər".Astroloq hesab edir ki, Media haqqında qanun baş qatmaq üçündür:Ötən əsrin 90-cı illərindən bu yana proqnoz verən həmsöhbətimiz bildirir ki, həmin proqnozları çox az hissəsi səhv çıxıb:"Biz verdiyimiz proqnozun elmi izahını verə bilirik. Mən media ilə məşğulam. Təbii ki, astroloji xətt də mənim yaradıcılığımın əsasını təşkil edir. Bir zaman bütün efirlərdə ekstrasenslərin yarışması keçirilirdi, xəstəlik kimi yayılmışdı. Yaxşı, bəs niyə o zamanlar bu qadağanı qoymurdular? Buna görə pul qazanmıram. Mən sadəcə qonorar alıram".Həmçinin oxuyun:Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub"Media haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41649/73/416497386_0:0:1861:1396_1920x0_80_0_0_0824e00ffff9ebe51b58ba97b1a6352c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
astroloq səbuhi rəhimli, qanun, media
astroloq səbuhi rəhimli, qanun, media
Firudin Qurbansoy: Məgər hidrometeoroloqlar hava proqnozu verəndə Allahın işinə qarışır?
21:00 14.12.2021 (Yenilənib: 00:26 15.12.2021) Astroloq: Mübariz Qurbanlı demişdi ki, "falçılıq qadağan olunub, harada görsələr cəzalanacaqlar". Dedim ki, İçəri şəhərdə nə qədər falçı var, siyahısını verim, cəzalandırın. Cavab gəlmədi. Deməli burada başqa manevrlər var.
BAKI, 14 dekabr — Sputnik. Azərbaycanda Media haqqında hazırlanan qanunda parapsixologiya, ekstrasens, medium, mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir. Amma elə insanlar var ki, onlar işlərini ulduz falına uyğun qururlar. Bu qanun onlara necə təsir edə bilər?
Psixoloq
Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün insanlar məlumatları təkcə KİV-dən almır. Astroloji məlumat almaq istəyən gedib sosial mediyadan, xarici KİV-dən alacaq:
"Bu baxımdan inanmıram ki, insanlara təsir etsin. Təbii ki, hər şeydən bəhanə axtarıb depressiyaya düşən insanlar da var. Melanxolik insanlar (ən çətin ünsiyyət yaradılan insan tipidir - red.) nüans axtarırlar ki, depressiyaya düşsünlər. Bu, onların psixoloji durumundan, özgüvənsizliyindən qaynaqlanır".
Filologiya üzrə fəlsəfə doktoru, astroloq, Firudin Qurbansoy bildirir ki, bu gün Azərbaycan mühitində bu elmi genişləndirmək üçün, yaymaq üçün şərait yoxdur:
"Hər kəs öz bacarığı hesabına, bildiyi dillər sferasında bu elmi öyrənmək istəyir. Amma bu elmi 1 aya, 1 ilə öyrənmək mümkün deyil. Bunu öyrənmək üçün gərək ömrünü sərf edəsən. Əfsuslar olsun ki, bu elmi savadsız din xadimləri və jurnalistlər gözdən salmaq istədilər və buna nail oldular. Savadsız din adamları deyirlər ki, "bu, Allahın işinə qarışmaqdır". Məgər başqa sahələrdə proqnoz yoxur? Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava proqnozu verirlər. Onlar Allahın işinə qarışmış olurlar? Onda hidrometeoroloqlar heç bir məlumat verməsinlər, iqtisadçılar da heç bir proqnoz verməsinlər".
10 ildən artıqdır ki, bu sahədən uzaqlaşan Qurbansoyun sözlərinə görə, Qurani-Kərimdə də ayələr var ki, orada da astrologiyanın tərəfindədir:
"Bir jurnalist mənə sual vermişdi ki, "siz günah etmirsiniz? Siz qeybdən xəbər verirsiniz". Mən də cavabımda bildirdim ki, müqəddəs kitabımızda da bununla bağlı ayələr var".
Müsahibimiz bu qərarı dəstəklədiyini söylədi:
"Çünki, KİV-lər internetdən götürüb tərcümə edirlər. Amma bu, düz gəlməyəcək. Çünki, hər bir ərazininin özününü astroloji qatları var. Bunu nəzərə almadan məlumat vermək doğru deyil".
Tanınmış astroloq Səbuhi Rəhimli bildirir ki, Azərbaycanda astroloq demək olar ki, yoxdur. Əgər bu qanun insanların saflaşmasına xidmət edirsə, onda gərək çox şeyə qadağa qoyalar:
"Qəzetlər, televiziyalar astrolji məlumatlar verirlər. Deməli, onlar bunu özlərindən yazırlar. Bu baxımından bu qərarı dəstəkləyirəm. Amma ümumən bu qərar nəyə xidmət edir, onu anlamıram. Efirə falçıları çıxarırlar, qaraskop adı ilə efirə uyğun olmayan söhbətlər edirlər. Üzdəniraq insanlar çıxırlar onları qəhrəman kimi göstərirlər. Bəs niyə onlara qadağa qoyulmur?".
S. Rəhimli əlavə edir ki, astroloji məlumatlar bütün dünyada var:
"Ondansa televiziyalarda ucuz skandal şouları yığışdırsınlar. Onun əvəzinə maarifləndirici verilişlər versinlər".
Astroloq hesab edir ki, Media haqqında qanun baş qatmaq üçündür:
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı demişdi ki, "falçılıq qadağan olunub, harada görsələr cəzalanacaqlar". Dedim ki, İçəri şəhərdə nə qədər falçı var, siyahısını verim, cəzalandırın. Cavab gəlmədi, deməli burada başqa manevrlər var. Dediyim odur ki, bu qərarın mənə heç bir istisi-soyuğu yoxdur".
Ötən əsrin 90-cı illərindən bu yana proqnoz verən həmsöhbətimiz bildirir ki, həmin proqnozları çox az hissəsi səhv çıxıb:
"Biz verdiyimiz proqnozun elmi izahını verə bilirik. Mən media ilə məşğulam. Təbii ki, astroloji xətt də mənim yaradıcılığımın əsasını təşkil edir. Bir zaman bütün efirlərdə ekstrasenslərin yarışması keçirilirdi, xəstəlik kimi yayılmışdı. Yaxşı, bəs niyə o zamanlar bu qadağanı qoymurdular? Buna görə pul qazanmıram. Mən sadəcə qonorar alıram".
Jurnalistlərin
ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub